8-lik və 16-lıq say sistemlərində hesab əməlləri də bu qayda ilə gedir. Lakin sadəlik üçün hesablamanı 2-likdə aparıb üç-üç 8-ə, dörd-dörd 16-ya tərcümə etmək daha məsləhətdir.
Məntiqin əsasları və kompüterin məntiqi əsasları 4.4.1.Təfəkkür formaları
Təfəkkürün formaları və üsulları haqqında elm olan formal məntiqin əsaslarını Aristotel yaratmışdır. Təfəkkürün əsas formaları bunlardır: anlayış, mülahizə və hökm (nəticə, qərar).
Anlayış. Anlayış bir obyekti digər obyektlərdən fərqləndirən əsas əlamətləri ayırır. Anlayışda əhatə edilən obyekt müəyyən çoxluq təşkl edir. Məsələn, ―kompüter‖ anlayışı çoxsaylı elektron və elektromexaniki qurğuları özündə birləşdirir. Anlayışın məzmun və həcm cəhətləri vardır. Anlayışın məzmunu əhəmiyyətli əlamətlər yığınıdır. Məsələn,
―Fərdi kompüter‖ anlayışının məzmunu ona verilən tərifdə açıqlanır: ―Fərdi kompüter dedikdə, bir istifadəçi üçün nəzərdə tutulan informasiyanı avtomatik emal etməkdən ötrü olan universal elektron qurğu nəzərdə tutulur‖. Anlayışın həcmi dedikdə, onun əhatə etdiyi əşyaların sayı nəzərdə tutulur. Məsələn, ―Fərdi kompüter‖ dedikdə, dünyada mövcud olan bütün fərdi kompüterlər göz önünə gətirilir.