İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə115/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   156
nformatikanin saslari

Şəkil 21. Rectangular Marguee Tool (Инструмент прямоугольная область – Düzbucaqlı sahə aləti)nə daxil olan alətlər dəsti
Yardımçı alətlər dəstini Mouse – un sağ düyməsini alət üzərində sıxmaqla da əldə edə bilərsiniz. Aləti seçərkən ona məxsus olan parametrlər masaüstünün yuxarı hissəsində yerləşən sazlama çubuğunda əks olunur. Sazlama çubuğunu zövqünüzə uyğun yerə sürükləyə bilərsiniz. Sazlama çubuğunu Window (Окно – Pəncərə) menyüsündəki Options (Настройки – Sazlama) əmrini qeyd etməklə (və ya əksinə) masaüstünə gətirə (və ya ekrandan götürə) bilərsiniz.
Masaüstünün sağ tərəfində palitranın idarəetmə elementləri yerləşir. Palitranın vəzifəsi istifadəçiyə rənglər toplusunun, fırçaların, naxışların, teksturların və təsvir qatlarının seçilməsində yardımçı olmaqdır. Fərdi kompüterə yüklənmiş proqramların sazlanmasından asılı olaraq palitranın sayı və masaüstündə yerləşməsi fərqli ola bilər.
Susmaya görə palitra masaüstünün sağ tərəfində, bir-birinə sıxılmış vəziyyətdə yerləşmişdir.

Əksər palitra əlavə sazlanma düyməsi ilə təchiz olunmuşdur. Palitranın sağ yuxarı küncündə yerləşən sazlanma düyməsi əlavə Menyünün əldə olunmasına yardımçıdır.


Masaüstünün aşağı hissəsində Status Bar (Строка состояния – Vəziyyət Çubuğu)
yerləşir. Status Bar (Строка состояния – Vəziyyət Çubuğu) bir neçə sahədən ibarətdir. Vəziyyət çubuğunun sol tərəfində cari sənədin miqyası əks olunur. Bir az sağda sənəd haqqında məlumat verilir
Adobe Photoshop rastr qrafik redaktorunda hazırlanmış təsvirləri sonradan istifadə etmək, onlar üzərində müəyyən dəyişikliklək aparmaq və s. üçün təsvirləri kompüterin yaddaşında və ya diskdə saxlamaq lazım gəlir. Bu baxımdan təsvirlərin yaddaşa yazılması, yaddaşdan çağırılması, yeni yaradılmış fayllara köçürülməsi və s. əməliyyatları yerinə- yetirmək üçün təsvirə ad verilməlidir, yəni təsvir üçün yeni sənəd yaradılmalıdır.
Bunun üçün File (Файл – Fayl) menyüsündən New (Новый – Yeni) əmrini seçin. Açılmış dialoq pəncərəsindəki Name (Имя – Ad) sahəsinə yaratdığınız təsvirin adını yazın (şəkil 22.).





Şəkil 22. File (Файл – Fayl) Menyüsu, New (Новый – Yeni) dialoq pəncərəsi



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin