Kompüterdə informasiyanın təqdimatı üçün 2-lik kodlaşdırmadan istifadə edilir. Çünki yalnız iki vəziyyətdə ola bilən yüksək etibarlı texniki element mövcuddur. Bu element elektromaqnit reledən, maqnitlə işlənmiş səthdən, lazerlə işlənmiş səthdən və triggerdən ibarətdir ki, bunlar da yalnız 2 vəziyyətdə ola bilir. Vəziyyətin biri 1-ə, digəri 0-
a müvafiq gəlir. Kompüterə daxil edilən ədədi, mətni, qrafik, səs və video informasiya 2-
lik koda çevrilir. 2-lik kodun rəqəmləri olan 0 və 1-ə eyni ehtimallı iki mümkün hal kimi baxmaq olar. Hər işarə 1 bit informasiya daşıyır.
2.5.4.1 Səs informasiyasının kolaşdırılması
Səs müəyyən tezlikli və amplitudalı sinusoidal dalğadır. Səsin tezliyi herts-lə ölçülür. İnsan 20-17000 herts tezlikli dalğaları eşidə bilir. Səsi rəqəmsal kodla ifadə etmək üçün səsin müəyyən vaxt kəsiyindəki intensivliyi göstəricisindən31, məsələn, 0,001 saniyədə 48 dəfə və ya 1 saniyədə 48000 dəfə döyünən dalğadan istifadə edilir.
Səsin keyfiyyət xarakteristikaları aşağıdakılardır:
-seçim dəqiqliyi və ya səsin kodlaşdırılma dərinliyi32;
-seçim tezliyi və ya diskretləşdirmə tezliyi33.
2.6. İnformasiyanın saxlanması
Hiss üzvləri vasitəsi ilə əldə edilən informasiya yaddaşa köçürülür və orada toplanır. Lakin əldə edilmiş və biliyə çevrilmiş informasiyanı uzunmüddətli saxlamaq34və nəsildən-nəslə ötürmək üçün müxtəlif daşıyıcılardan: DNK molekulundan (genetik informasiya), kağızdan (mətn və şəkil), maqnit lentindən (səs), foto və kino lentlərindən (qrafik), yaddaş mikrosxemlərindən, maqnit və lazer disklərindən (kompüterdəki proqram və verilənlər) və s. istifadə edilir.
Mütəxəssislərin fikrincə, müxtəlif daşıyıcılarda saxlanan informasiyanın illik həcmi 1 eksabayt (1018bayt) təşkil edir. Bu informasiyanın 80%-i maqnit və optik daşıyıcılarda rəqəm formasında, 20%-i analoq daşıyıcılarda (kağızda, maqnit lentində, foto-kino lentlərində) saxlanır. 2000-ci ildə dünya üzrə adambaşına düşən saxlanan informasiyanın həcmi 250 Mbayt təşkil etmişdir ki, buna da hər biri 20 Qbaytlıq 85 milyon vinçester lazımdır.