İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə18/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   156
nformatikanin saslari

Haffmen alqoritmi


Bu üsulda əvvəlcə bütün informasiya oxunur və təkrarlanan elementlər sayılır. Sonra bunlar üçün binar ağac qurulur.
Haffmen alqoritmi ilə sıxmaya misal cədvəldə verilmişdir.
Fərz edək ki, mətnə daxil olan simvolların təkrarlanması aşağıdakı kimidir:



Simvol

A

B

C

D

E

F

Təkrarlanma

10

20

30

5

25

10

Simvolları təkrarlanma tezliyinin azalması qaydasında çeşidləyək:



Simvol

C

E

B

F

A

D

Təkrarlanma

30

25

20

10

10

5

Bu cədvəl əsasında qurulmuş binar ağac aşağıdakı kimidir:



1
Göründüyü kimi, son iki elementi (A və D) birləşdirib təkrarlanma tezliyi 15 (5+10) olan bir ―düyün‖ alırıq. Sonra bu düyünü F-lə birləşdirib təkrarlanma tezliyi 25 (15+10) olan yeni bir ―düyün‖ alırıq. Sonra bu düyünü B ilə birləşdirib təkrarlanma tezliyi 45 (25+20) olan daha bir ―düyün‖ alırıq. Sonra C və E elementlərini birləşdirib təkrarlanma tezliyi 55 (30+25) olan yeni bir ―düyün‖ alırıq. Sonra isə bu düyünləri birləşdirib (45+55) binar aşacın kökünü alırıq.
Bu düyünlərin sol (yuxarı) qanadını 0-la, sağ (aşağı) qanadını 1-lə kodlaşdırırıq. Beləliklə:
C=00 (2 bit)
E=01 (2 bit)
B=10 (2 bit)
F=110 (3 bit)
A=1101 (4 bit)
D=1111 (4 bit) kimi kodlar alınır.
Sıxma zamanı bu simvollar yeni kodları ilə yadda saxlanır və açma zamanı əvvəlki kodları bərpa olunur.
Bundan əlavə, hesabi kodlaşdırma, Lempel-Ziv-Velç (LZW) alqoritmi, ikipilləli kodlaşdırma (Lempel-Ziv alqoritmi) kimi sıxma metodları mövcuddur.
Hal-hazırda PKPAK, ZİP, LHArc, LHA, ARJ, WinRAR kimi arxivator proqramları geniş tətbiq edilir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin