Əməliyyatlarınavtomatikicrası.İrihəcmli hesablamaların icrası üçün təkcə hər bir hesab əməlinin cəld icrası əhəmiyyətli deyil, həm də bu əməllər arasında insan müdaxiləsi tələb edən fasilələr olmamasıdır. Halbuki, müasir kalkulyatorların əksəriyyəti hesab əməllərini kifayət qədər cəld icra etsə də, bu tələbə cavab vermir. Yəni icra edilən əməllər dayanmadan ardıcıl icra edilməlidir.
İşə buraxılan proqram üzrə işləmək. Əməliyyatların avtomatik icrası üçün proqram icraçı qurğuya əməliyyatların icra sürətinə bərabər sürətlə daxil edilməlidir. Bu məqsədlə Ç.Bebbic proqramın əvvəlcədən perfokartlara43 yazılmasını və sonra maşına daxil edilməsini təklif etmişdi.
Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın44) olması. Bu inqilabi ideyalar onların mexaniki texnika əsasında reallaşdırılmasının mümkün olmaması ucbatından xeyli gözləməli oldu. Belə ki, ilk elektrik mühərriki 50 il sonra, ilk elektron lampası isə 100 il sonra yaradıldı. Ötən 100 il ərzində az qala tamamilə unudulmuş bu ideyalar növbəti 100 illikdə yenidən kəşf edildi.
Avtomatik fəaliyyət göstərən ilk hesablayıcı qurğu 20-ci əsrin ortalarında meydana çıxdı. Bu, mexaniki konstruksiyalarla yanaşı, elektromexaniki relelərdən istifadə edilməsi sayəsində mümkün oldu. Releli maşınlar üzərində iş 20-ci əsrin 30-cu illərində başlandı. Bu iş 1944-cü ildə amerika riyaziyyatçısı və fiziki Qovard Aykenin rəhbərliyi altında İBM45 firmasında Ç.Bebbicin ideyalarına əsaslanan46 ―Mark-1‖ adlı maşının istehsalınadək
davam etdi. Bu maşında ədədləri təsvir etmək üçün mexaniki47, idarə etmək üçün isə
elektromexaniki elementlərdən istifadə edilmişdi. Ən güclü releli maşınlardan biri olan
42 Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı
43 O illərdə perfokartlar toxucu dəzgahların idarə edilməsi üçün istifadə edilirdi.
44 Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı
45 International BusinessMachines 46 Baxmayaraq ki, bu maşının yaradıcıları Ç.Bebbic ideyaları ilə tanış deyildilər.
47 sayğac təkərləri
―РВМ-148‖ 50-ci illərdə SSRİ-də N.İ.Bessonovun rəhbərliyi altında yaradılmışdı ki, bu da kifayət qədər uzun 2-lik ədədlər üzərində saniyədə 20 vurma əməli icra edə bilirdi.
Hesablayıcı texnikada əsl inqilab elektron qurğuların tətbiqi ilə baş verdi. Bu qurğular üzərində iş 20-ci əsrin 30-cu illərinin sonunda eyni vaxtda ABŞ-da, Almaniyada, İngiltərədə və SSRİ-də aparılmağa başladı. Bu illərdə radiotexniki qurğularda geniş tətbiq edilən elektron lampaları ədədi informasiyanın emalı və saxlanması üçün texniki təməl kimi istifadə edilməyə başladı.
İlk fəaliyyət göstərən EHM ABŞ-da 1945-1946-cı illərdə istehsal edlmiş ENIAColdu. Bu maşının adı ingiliscə ―elektron-ədədi inteqrator və hesablayıcı‖ kimi tərcümə edilən sözlərin baş hərflərindən yaradılmışdı. Bu maşının yaradılması işinə 30-cu illərin sonunda Corc Atanasov, sonrakı illərdə isə Con Mouçli və Presper Ekkert rəhbərlik etmişdilər. ENIAC 18 min elektron lampasından və çoxsaylı elektromexaniki elementlərdən qurulmuşdu. Enerji tələbatı 150 kvt idi ki, bu da çox da böyük olmayan bir zavodun tələbatı qədərdir.
Praktiki olaraq eyni zamanda Böyük Britaniyada da EHM yaratmaq üzərində iş gedirdi. Bu iş, ilk növbədə, Allan Türinqin adı ilə bağlı idi. A.Türinq alqoritmlər nəzəriyyəsi və kodlaşdırma nəzəriyyəsi sahələrində görkəmli xidmətlər göstərmiş məşhur riyaziyyatçı idi. 1944-cü ildə Böyük Britaniyada ―Koloss‖ adlı maşın yaradıldı.
Bu və digər ilk EHM-lər sonrakı kompüterlərin konstruktorlarının nöqteyi-nəzərindən çox mühüm keyfiyyətə malik deyildilər. Belə ki, bu maşınlarda proqram yaddaşda saxlanmırdı. Olduqca mürəkkəb kommutasiyaedici xarici qurğularda yığılırdı.
Elektron-hesablayıcı texnikanın inkişafının ilk mərhələsində görkəmli amerika riyaziyyatçısı Con fon Neyman nəzəri və praktiki cəhətdən böyük xidmətlər göstərmişdir. Belə ki, ―fon Neyman prinsipləri‖ ömürlük tarixə düşmüşdür. Bu prinsiplər EHM-lərin klassik (fon Neyman) arxitekturasını törətdi49. Əsas prinsiplərdən biri, yəni proqramın
48 РВМ - Релейная вычислительная машина
49 Fon Neyman maşını aşağıdakı prinsiplərə əsaslnır:
-Kompüter bir-neçə əsas qurğulardan ibarət olmalıdır;
-İnformasiya xüsusi yaddaş qurğusunda saxlanmalıdır;
-Verilənlər yaddaşda ikilik ədədlər şəklində saxlanmalıdır;
-Hesab və məntiq əməlləri hesab-məntiq qurğusunda icra edilməlidir;
-Proqramın icrasına nəzarət idarəetmə qurğusu vasitəsi ilə həyata keçirilməlidir;
-Proqram verilənlərlə birgə yaddaş qurğusunda saxlanmalıdır;
-İnformasiyanın daxil edilməsi və çıxarılması üçün giriş-çıxış qurğusu olmalıdır. Müasir kompüterlərin əksəriyyəti fon Neyman prinsipləri əsasında qurulmuşdur.
saxlanması prinsipi ―proqramın da verilən kimi, maşın yaddaşında saxlanmasını‖ tələb edir. İlk belə maşın 1949-cu ildə Böyük Britaniyada yaradılan EDSAC adlı maşın oldu.
1970-ci illərədək SSRİ-də yaradılan EHM-lər son dərəcə məxfi strateji məhsul sayılaraq ətraf dünyadan tamamilə izolə olunmuş halda istehsal edilirdi. 80-ci illərdən məxfilik bir qədər yumşaldıldı və köhnə EHM modelləri idxal edilməyə başladı. Hal- hazırda ABŞ və Yaponiya yeni kompüter modellərinin hazırlanması və istehsalını məxfilik rejimində həyata keçirir.
SSRİ-də istehsal edilən ilk EHM50 1951-ci ildə akademik S.A.Lebedevin rəhbərliyi
altında yaradıldı. 60-cı illərin ortalarında SSRİ-də yaradılan BESM-651 adlı EHM öz dövrünün ən güclü EHM-i olaraq uzun müddət müdafiə, kosmik tədqiqatlar, elmi-texniki tədqiqatlar sahələrində baza maşın kimi istifadə edildi. Həmin illərdə İ.S.Bruk, M.A.Karsev, B.İ.Rameev, V.M.Qluşkov, Y.A.Brazilevcki kimi konstruktor və informatika nəzəriyyəçilərinin rəhbərliyi ilə ―Minsk‖, ―Ural‖, ―M-20‖, ―Mir‖ və s EHM-lər istehsal edildi.