―Suanpan‖ adlı ilk ədədi informasiya emalı qurğusu bizim eranın 190-cı ilində Çində yaradılmışdır. Bu barədə məlumat Syuy Yuenin ―Şuşu tcizii‖ adlı kitabında verilmişdir. Bu qurğunu 12-ci əsrdə yaradılmış indiki ―çötkə‖nin ulu əcdadı hesab etmək olar.
―Çötkə‖ Rusiyaya, bəzi mənbələrə görə, 14-cü əsrdə, digər mənbələrə görə isə 17-18-ci əsrlərin qovşağında tacirlər tərəfindən gətirilmişdir.
―Soroban‖40 adlı ədədi informasiya emalı qurğusu 1400-cü ildə Yaponiyada
yaradılmışdır. Buna abak da deyilir. ―Soroban‖ orta əsrlərdə Çindən Yaponiyaya gətirilmiş
―Suanpan‖ əsasında düzəldilmiş qurğudur. ―Soroban‖ ən müasir kompüterlərlə təchiz edilmiş Yaponiyada bugün də istifadə edilir. 1500-cü ildə Leonardo da Vinçi Yapon abakının modifikasiyası olan cəmləyici qurğu düzəltmişdir. 10 dişli çarxlardan qurulmuş bu qurğu 13 mərtəbəli ədədləri cəmləyə bilirdi.
1617-ci ildə Neper hesab əməllərinin icrasını asanlaşdıran riyazi tirlər yığımı ixtira etmişdir. Tirlərin üzərində 0-dan 9-dək rəqəmlər və bunların hasilləri olan ədədlər yazılmışdır. Vurma əməlini icra etdikdə, üzərində uyğun rəqəmlər yazılmış tirlər yanaşı elə düzülür ki, tirlərin yan üzlərində nəticə görünür. Bu qurğu ilə bölmə və kvadrat kökalma əməllərini icra etmək mümkün idi.
1622-ci ildə ingilis həvəskar-riyaziyyatçısı Uilyam Otred ədədi informasiyanın emalı üçün dairəvi loqarifm xətkeşi yaratdı. Bunun sadəliyinə baxmayaraq mürəkkəb hesablamalar aparmağa imkan verirdi.
Şikkard 1623-cü ildə cəmləyici maşın yaratmışdır. Bu, 6 mərtəbəli ədədlər üzərində 4 hesab əməlini yerinə-yetirirdi.
1642-ci ildə Paskal ədədi informasiyanın emalı üçün dişli çarxlardan yığılmış hesablayıcı maşın düzəltdi.
1694-cü ildə Leybnis mexaniki kalkulyator yaratdı.
1804-cü ildə Jozef Mari Jakkar perfokartla işləyən toxucu dəzgahı düzəltdi. Perfokartlar seriyası naxışları təyin edirdi. Bu proqramlaşdırma tarixində ilk və çox vacib addım idi.
40 Yaponca ―hesab taxtası‖ deməkdir.
1820-ci ildə Tomas arifmometri meydana çıxdı. Bu, Leybnis maşınının iş prinsipinə əsaslanan ilk seriyalı istehsal edilən hesablayıcı maşın idi.
1830-cu ildə Bebbic ilk universal avtomat hesablayıcı maşın yaratdı. Bu maşın müasir EHM-lərin bütün əsas hissələrinə malik idi.
1874-cü ildə Peterburqlu mexanik V.Odner yeni arifmometr yaratdı. ―Feliks‖ arifmometri Odner maşınının modifikasiyası idi.
1983-cü ildə müxtəlif növ informasiyanın emalı üçün universal elektron qurğunun yaradılması barədə məlumat verildi ki, bu qurğu da müasir fərdi kompüterlər idi.
2000-ci ildə informasiya emalının ―ağılda‖ emalı üçün qurğu yaradıldığı barədə məlumat verildi.
Bizim eradan əvvəl 500-4200 il əvvələ aid mağara divarlarında qrafik informaiyanın qeyd edilib saxlanması həyata keçirilmişdi.
Hər şey ondan başladı ki, çoxmərtəbəli tam ədədləri maşında heç olmazsa, toplamaq (cəmləmək) mümkün olsun. 1500-cü ilə yaxın Leonardo da Vinçi 13 mərtəbəli cəmləyici qurğunun eskizini hazırladı. İlk cəmləyici maşını 1642-cii ildə Blez Paskal yaratdı. Bu maşın 8 mərtəbəli ədədləri cəmləyə bilirdi. O vaxtdan 250 il sonra, yəni 19-cu əsrin əvvə- lində bir-sıra elm sahələrinin, o cümlədən, riyaziyyatın, mexanikanın, astronomiyanın, mühəndis elmlərinin, naviqasiyanın, həmçinin praktiki fəaliyyət sahələrinin o zamana qədər görünməmiş inkişafı çoxsaylı və mürəkkəb hesablamalar aparılmasına kəskin ehtiyac yaratdı ki, bu da müvafiq texnika ilə silahlanmamış insanın imkanı xaricində idi. Bu mexaniki hesablayıcı qurğunun yaradılması və təkmilləşdirilməsi üzərində həm dünyanın ən görkəmli alimləri, həm də adları tarixə düşməyən minlərlə istedadlı insanlar ömür sərf etmişlər.
Hələ 20-ci əsrin 70-ci illərinədək mağazalarda mexaniki arifmometrlər və onların yaxın qohumu olan elektromexaniki hesablayıcı maşınlar satılırdı. Bu maşınlar tamamilə başqa səviyyəli texnika olan və adi dildə EHM41 adlandırılan avtomatik rəqəm hesablayıcı maşınlarla (ARHM) uzun müddət yanaşı istifadə edilmişdi.
ARHM-in tarixi 20-ci əsrin birinci yarısına gedib çıxır və ingilis riyaziyyatçısı və mühəndisi Çarlz Bebbicin adı ilə bağlıdır. Belə ki, 1822-ci ildə Ç.Bebbic ilk ARHM-ın layihəsini verdi və 30 illik təkmilləşdirmə nəticəsində ilk ―analitik maşın‖ yaradıldı.
―Analitik maşın‖ın yaradılması prinsipləri hesablayıcı texnikanın təməl prinsiplərinə çevrildi. Bu prinsiplər aşağıdakılardan ibarətdir:
Əməliyyatların avtomatik icrası.
İşə buraxılan proqram üzrə işləmək.
Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın42) olması.