Scale– forma və ya qrafik pəncərəyə koordinat sistemi və miqyas daxil etməyə imkan verir: object.Scale(X1,Y1)–(X2,Y2).Bu metodun X1,Y1arqumentləri obyektin yuxarı sol, X2,Y2 isə aşağı sağ küncünün koordinatlarıdır.
Pset– verilmiş koordinata verilmiş rəngli nöqtə qoymağa imkan verir: object.Pset (X,Y) [,color]. Bu metodun X,Y arqumentləri nöqtənin koordinatları, color isə xəttin rəngidir. Color arqumentinin qiymətini aşağıdakı üsullarla:
Rəngi təyin edən vbBlack– qara, vbBlue– göy, vbGreen– yaşıl, vbCyan– mavi, vbRed– qırmızı, vbMagenta– çöhrəyi (yasəməni), vbYellow– sarı, vbWhite– ağ kimi 8 sabitdən biri ilə;
Arqumenti 16 əsas rəngi ifadə edən 0-dan 15-dək nömrələrdən ibarət olan QBColor (number) funksiyasının köməyi ilə;
RGB (bytRed, bytGreen, bytBlue) funksiyasının köməyi ilə vermək olar. Bu funksi- yanın arqumentləri olan hər üç parametr 0-dan 255-dək qiymətlər ala bilir. Bunların
nəticəsi olan funksiyanın qiyməti Long tipli ədəd olmaqla 0-dan 16777215 ( 2563 1)
diapazonunda dəyişə bilir. Yəni, rəng palitrası 16 milyondan artıq çalara malikdir. Hər bir
Color arqumenti verilmədikdə şəkil qara rəngdə çıxır.
Line – müəyyən rənglə rənglənmiş xətt çəkmək üçün istifadə edilir:
Bu metod: object.Line(X1,Y1) – (X2, Y2) [, color] [, B] [F] kimi verilir. X1və Y1düzbucaqlının yuxarı sol küncnün, X2və Y2aşağı sağ küncünün koordinatlarını, color xəttin rəngini, B bayraqcığı düzbucaqlı çəkməyi, F bayraqcığı rəngləməyi ifadə edir.
Circle – çevrə və oval çəkir.
Bu metod: object.Circle (X, Y), radius [, color, start, end, aspect] kimi verilir. X, Y çevrənin mərkəzinin koordinatlarını, radius çevrənin radiusunu, color çevrənin rəngini, start və end şüa bucağının əvvəlini və sonunu, aspekt sıxma əmsalını göstərir.
Qrafik metod ―forma‖ (Form) obyektinə tətbiq edilərkən, obyektin adının yazılışında
object sözünü yazmamaq olar.
İndi y=sinx funksiyasınin qrafikini qurmaq üçün layihə yaradaq.
114 primitiv - ibtidai