İnformatikanin əsaslari


Proqram təminatının tipologiyası



Yüklə 1,28 Mb.
səhifə79/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   156
nformatikanin saslari

Proqram təminatının tipologiyası


Proqram vasitələri 3 tipə bölünür: Sistem proqram təminatı;
Proqramlaşdırma texnologiyalarının instrumentariyası; Tətbiqi proqram təminatı.
Sistem proqram təminatı dedikdə, kompüter və ya şəbəkəni işçi vəziyyətdə saxla- yan proqram vasitələri kompleksi nəzərdə tutulur. Sistem təminatını işləyib hazırlayan, tətbiq edən və təkmilləşdirən proqramçılar sistem proqramçılar adlanır.
Şəbəkədə sistem proqram təminatı ilə sistem proqramçılarla yanaşı, şəbəkə inzibatçısı və operatorlar da məşğul olurlar.
Sistem proqram təminatının vəzifələrinə aşağıdakılar daxildir: Hesablayıcı sistemin normal fəaliyyətinin təmin edilməsi;
Kompüterdə və şəbəkədə tətbiqi proqramlar üçün iş şəraitinin yaradılması; Köməkçı prosedurların123 icrası;
Kompüter və ya şəbəkə aparaturasının diaqnostikası və profilaktikası.
Sistem təminatı kompüterin ayrılmaz tərkib hissəsi olmaqla, sabit yaddaşdakı baza təminatını, kompüterin əməliyyat sistemini (ƏS), əməliyyat örtüyünü və şəbəkə ƏS-ni özündə birləşdirir.
Servis (xidməti) proqram təminatı istifadəçi üçün rahat (komfort) iş şəraiti yaradır. Buraya: diaqnostika, antivirus, disklərə xidmət, verilənləri arxivləşdirən və imtinadan sonra bərpa proqramları daxildir.
Proqramlaşdırma texnologiyalarının instrumentariyası proqram tərtibi vasitələrini özündə birləşdirir. Bu qəbildən olan proqram məhsulları tətbiqi proqramların yaradılma- sı, sazlanması və testləşdirilməsi mərhələlərini özündə birləşdirən bütün proqramlaşdır- ma prosesini həyata keçirməyə imkan verir.
Turbo Pascal və ya Turbo C kimi universal dillərə və müəyyən sinif proqram vasitələrinin124 yaradılması üçün nəzərdə tutulan ixtisaslaşdırılmış sistemlərə əsaslanan çoxsaylı proqramlaşdırma sistemləri mövcuddur.
Proqramlaşdırma sistemlərinə: müəyyən proqramlaşdırma dilində mətn və obyekt- istinad proqram vasitələri; proqramlaşdırma dilindən kompilyator; proqram sazlayan; proqramları optimallaşdıran vasitələr; standart proqramlar kitabxanası; əlaqələr redaktoru125; sorğu informasiyası126; fərdi və kollektiv layihələrin reallaşdırılması üçün olan proqramlar; proqramları sənədləşdirən proqramlar aiddir.


123 surətçıxarma, arxivləşdirmə, faylların və verilən bazasının bərpası, icazəsiz müdaxilədən mühafizə
124 məsələn, verilən bazasının
125 kompanovkaedici
126 aidi və ümumi arayışlar
Proqramlaşdırma sistemləri ilə yanaşı, son illərdə proqramlaşdırmanın avtomat- laşdırılması üzrə müxtəlif vasitələrin127 geniş istifadəsi müşahidə olunur. Bunlara CASE (Computer Aided System Engineering) instrumentləri deyilir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin