Avtomatlaşdırılmış layihələşdirmə sistemləri (SAD-sistemlər). Bunlar layihə- konstruktor işlərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. SAD-sistemlər maşınqayırmada, cihazqayırmada, memarlıqda tətbiq edilir. Bu sistemlər qrafik işlərlə yanaşı sadə hesablamalar aparmaq, verilənlər bazasında mövcud olan hazır konstruktiv elementləri seçmək imkanı da verir. SAD-sistemlərin əsas xüsusiyyəti
layihələşdirmənin bütün mərhələlərində texniki şərtləri, norma və qaydaları
avtomatik təmin etməkdən ibarətdir. Layihə işlərinin avtomatlaşdırılmış sistemi (rusca-САПР) çevik istehsal sistemlərinin (ÇİS-lərin) və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin (TP AİS-lərin) zəruri komponentidir.
Stolüstü nəşriyyat sistemləri. Bunlar poliqrafiya məhsullarının səhifələnməsi (verstka edilməsi) prosesini avtomatlaşdırmaq üçündür. Nəşriyyat sistemləri mətnin səhifə parametrləri ilə və qrafik obyektlərlə qarşılıqlı təsirin idarə edilməsi üzrə geniş tərkibdə vasitələrə malik olsalar da, mətnin daxil edilməsi və redaktə işinin avtomatlaşdırılması imkanları üzrə xeyli zəifdir. Bunlar adətən əvvəlcədən mətn və qrafik redaktorlarda işlənilmiş sənədlərə tətbiq edilir.
HTML redaktorları (Web-redaktorlar). Bunlar mətn və qrafik redaktorların imkanlarını özündə birləşdirən xüsusi sinif redaktorlardır. Bu redaktorlar İnternetin veb-səhifələrini yaratmaq və redaktə etmək üçün nəzərdə tutulmuşdur. Bu sinfə aid olan proqramlar elektron sənədlərin və multimediya məhsullarının hazırlanmasında istifadə edilir.
Brauzerlər (Veb-sənədlərə baxış vasitələri). Bunlar HTML formatında yaradılmış elektron sənədlərə baxış keçirmək üçündür. Brauzerlər mətn və şəkilləri təkrar yaratmaqla yanaşı, musiqi, insan danışığı, radioverilişləri, video konfranslar səsləndirmək, elektron poçtla işləmək imkanı da yarada bilir.
Avtomatlaşdırılmış tərcümə sistemləri. Elektron lüğətlər və dildən-dilə tərcümə proqramları fərqləndirilir. Elektron lüğətlər sənəddəki ayrı-ayrı sözləri tərcümə etmək üçün olan proqram vasitələridir. Bunlar sərbəst mətn tərcüməsi ilə məşğul olan peşəkar tərcüməçilər tərəfindən istifadə edilir. Bu proqramlar bir dildə daxil edilən mətni başqa dildə ekrana çıxarıaraq tərcümə işini avtomatlaşdırır. Avtomatlaşdırılmış tərcümədə keyfiyyətli bədii tərcümə mətni almaq çətindir. Çünki burada tərcümə ayrı-ayrı leksik vahidlərin tərcüməsi yolu ilə əldə edilir. Texniki mətnlərin tərcüməsi xeyli keyfiyyətli alınır.
Avtomatlaşdırılmış tərcümə proqramlarından istifadə edilməsi aşağıdakı hallarda məqsədəuyğundur:
-xarici dili mütləq şəkildə anlamadıqda:
-sənədlə tez tanış olmaq zərurəti yarandıqda;
-xarici dilə tərcümə etmək lazım gəldikdə;
-tərcümə qaralaması hazırlayıb sonra redaktə etmək imkanı olduqda.
İnteqrasiyaedilmişkargüzarlıqsistemləri. Bunlar rəhbərin iş yerinin avtomatlaş- dırılması üçün nəzərdə tutulmuş vasitələrdir. Xüsusi halda, bu funksiyalar sənədlərin yaradılmasından, redaktə edilməsindən və formatlaşdırılmasından, elektron poçt, faksimil və telefon rabitəsi funksiyalarının mərkəzləşdirilməsindən, müəssisədəki sənəddövriyyəsinin monitorinqindən və dispetçerləmədən, alt bölmələrin işinin koordinasiyasından, inzibati-təsərrüfat fəaliyyətinin optimallaşdırılmasından və operativ və sorğu informasiyasının göndərilməsindən ibarətdir.
Mühasibatsistemləri. Bunlar mətn və cədvəl redaktorlarının, həmçinin VBİS-in funksiyalarını özlərində birləşdirmişdir. Mühasibat sistemləri ilkin mühasibat sənədlərinin tərtibi və uçotu, müəssisənin istehsal, təsərrüfat və maliyyə fəaliyyətinin yekunlarına dair müntəzəm hesabatların vergi orqanlarının, büdcədənkənar fondların və statistik uçot orqanlarının tələb etdikləri formada hazırlanmasının avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.
Maliyyə-analitik sistemləri. Bunlar bank və birja strukturlarında istifadə edilir. Maliyyə-analitik sistemləri maliyyə və ticarət bazarlarında, habelə xammal bazarlarında gözlənilən situasyaya nəzarət etmək və proqnozlaşdırmaq, həmçinin cari hadisələri təhlil etmək və hesabat tərtib etmək işlərini avtomatlaşdırmaq üçündür.
Ekspert sistemləri. Bunlar bilik bazalarındakı verilənlərin təhlili və istifadəçi sorğusuna uyğun cavabın verilməsi üçün nəzərdə tutulmuşdur. Ekspert sistemləri o halda istifadə edilir ki, qərar qəbulu üçün xüsusi geniş mütəxəssis biliyi tələb olunur. Bu sistemlər tibbdə, əczaçılıqda, kimyada, hüquqda və s istifadə edilir. Ekspert sistemlərinin istifadə edilməsi bilik mühəndisliyi adlanan elm sahəsi ilə əlaqədardır. Bilik mühəndisləri dedikdə, ekspert sistemlərinin layihələşdiriciləri ilə (proqramçılarla) elm və texnikanın konkret sahəsinə aid olan mütəxəssislər (ekspertlər) arasında əlaqə yaradan mütəxəssislər nəzərdə tutulur.
Geoinformasiya sistemləri. Bunlar xəritəçəkmə və geodeziya işlərinin avtomat- laşdırılması üçündür. Bu sistemlər topoqrafik və aeroqrafik metodlarla alınmış informasiya ilə işləyir.
Videomontaj sistemləri. Bu sistemlər video materialların rəqəmsal işlənməsi,
montaj edilməsi, video effektlərin yaradılması, video qüsurların ləğv edilməsi, video
materiala səsin qoşulması, titr və subtitrlərin əlavə edilməsi üçün nəzərdə tutulmuşdur. Bu sistemlərin bəzi kateqoriyaları tədris, sorğu və əyləncə sistemləri və proqramları şəklində mövcuddur. Bunların xarakterik cəhəti geniş spektrdə multimediya vasitələri ilə təcchiz olunmasıdır.
İnstrumentaldillərvəproqramlaşdırmasistemləri. Bu vasitələr yeni proqramların tərtib edilməsi üçün nəzərdə tutulmuşdur. Bu sistemlərin köməyi ilə tərtib edilmiş proqramı kompüter ―anlayır‖ və maşın kodunda icra edir. Hər bir əmr 1 və 0-lar sırası şəklində verilir. Proqramın maşın dilində yazılması qətiyyən münasib deyildir. Buna görə də proqram insana aydın olan dildə, yəni instrumental dildə, başqa sözlə, alqoritmik dildə və ya proqramlaşdırma dilində tərtib edilir və sonra translyator adlanan xüsusi proqram vasitəsilə proqram mətni maşın koduna tərcümə edilir ki, buna da proqramın translyasiya edilməsi deyilir. Translyatorlar 2 tip olur: 1) interpretatorlar və 2) kompilyatorlar. İnterpretator proqramdakı bir operatoru oxuyur, təhlil edir və həmin anda iccra edir. Sonra növbəti operatoru oxuyur və s. Kompilyator isə proqramı tamamilə oxuyub təhlil etdikdən sonra proqramın icrasına başlayır. İnstrumental dillər aşağı səviyyəli (maşın dilinə yaxın) və yüksək səviyyəli (insan dilinə yaxın) olmaqla 2 qrupa bölünür. Aşağı səviyyəli dillərə assemblerlər, yüksək səviyyəli dillərə isə Pascal, Basic, C/C++, VB dilləri və s aiddir. Proqramlaşdırma sistemlərinə translyatorlardan əlavə, mətn redaktorları, yerbəyer (komponovka) edici, standart proqramlar kitabxanası, sazlayıcı, proqramlaşdırmanın avtomatlaşdırılmasını vizuallaşdıran vasitələr daxildir. Belə sistemlərə nümunə olaraq Delphi, Visual Basic, C++, VisualFoxPro və s göstərilə bilər.