İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə75/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   156
nformatikanin saslari

Baza səviyyəsi.


Baza səviyyəsi proqram təminatının ən aşağı səviyyəsidir. Bu səviyyə baza aparat vasitələrinin qarşılıqlı fəaliyyətini təmin edir. Baza proqram təminatı baza aparat təminatının tərkibində yerləşərək sabit yaddaş qurğusunun xüsusi mikrosxemlərində saxlanır və BİOS adlanan baza giriş-çıxış sistemini əmələ gətirir. Proqramlar və verilənlər sabit yaddaş qurğusuna istehsal mərhələsində yazılır və istismar zamanı dəyişdirilmir.

Sistem səviyyəsi.


Sistem səviyyəsi keçici səviyyədir. Bu səviyyənin proqramları kompüterin digər proqramlarının baza səviyyəsinin proqramları və bilavasitə aparat təminatı ilə qarşılıqlı fəaliyyətini təmin edir. Bütövlükdə hesablayıcı sistemin istismar göstəriciləri sistem səvyyəsinin proqramlarından asılıdır. Kompüterə yeni avadanlığın qoşulması zamanı sistem səviyyəsində həmin avadanlıqla qarşılıqlı fəaliyyəti təmin edən bütün proqramlar qurulmalıdır. Konkret qurğularla qarşılıqlı fəaliyyət yaratmaq üçün nəzərdə tutulan proqramlar drayver adlanır. Sistem səviyyəsinin digər sinif proqramları istifadəçi ilə qarşılıqlı fəaliyyəti təmin etmək üçündür. Bu proqramlar verilənləri hesablayıcı sistemə daxil etməyə, sistemin işinə rəhbərlik etməyə və nəticələri münasib formada almağa imkan verir. Kompüterlə işin münasibliyi və məhsuldarlığı istifadəçi interfeysinin bu təminat vasitələrindən asılıdır. Sistem səviyyəsindəki proqram təminatı çoxluğu kompüterin əməliyyat sisteminin nüvəsini təşkil edir. Əmməliyyat sisteminin nüvəsinin mövcudluğu istifadəçinin hesablayıcı sisemdə praktiki işləyə bilməsi mkanı üçün ilk şərtdir. Əməliyyat sisteminin nüvəsi aşağıdakı funksiyaları yerinə-yetirir:
- yaddaşın idarə edilməsi;
-giriş-çıxış proseslərinin idarə edilməsi;
-fayl ssisteminin idarə edilməsi;
-proseslərin qarşılıqlı fəaliyyətinin və dispetçerlənməsinin təşkili;
-resursların istifadə edilməsinin uçota alınması;
-əmrlərin emalı və i.a.


Xidmətedici səviyyə.


Bu səviyyənin proqramları həm baza, həm də sistem səviyyələrinin proqramları ilə qarşılıqlı fəaliyyət göstərir. Xidmətedici proqramlar (utilitlər) kompüter sisteminin yoxlanması və sazlanması işlərinin avtomatlaşdırılmasını həyata keçirir, həmçinin sistem proqramlarının funksiyalarının yaxşılaşdırılmasını təmin edir. Bəzi xidmətedici proqramlar iş başlayan kimi əməliyyat sisteminin tərkibinə daxil olaraq onun nüvəsini genişləndirir. Lakin bunların əksəriyyəti əməliyyat sisteminin imkanlarını genişləndirmək üçün nəzərdə tutulan əməliyyat sisteminə nəzərən xarici proqramlardır. Yəni xidmətedici proqramların bir qismi əməliyyat sistemi ilə ineqrasiya edilir digər qismi isə ayrıca fəaliyyət göstərir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin