İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə87/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   156
nformatikanin saslari

ƏS-in təkamülü. İlk zamanlar bir neçə firma tərəfindən hazırlanmış müxtəlif ƏS variantları mövcud olmuşdur. 1970-ci illərin ortalarında bir sıra səbəblər üzündən kompüterlərin əksəriyyətində İBM firmasının Disk Əməliyyat Sistemi (DOS) istifadə edilməyə başladı. İBM həm də fərdi kompüterin ilk istehsalçısıdır.
Sonra DOS əsasında Microsoft firması MS DOS əməliyyat sistemini yaratdı. Sonra MS DOS üzərində Norton Kommander adlı proqram örtüyü yaradıldı. Bu, istifadəçi interfeysini xeyli əyaniləşdirdi və işin etibarlılığını yüksəltdi. Əməliyyat sistemlərinin müasir versiyalarında istifadəçi interfeysi ƏS-in bilavasitə tərkib hissəsidir. Makintosh maşınlarındakı istifadəçi interfeysi daha uğurlu oldu. Sonra bu interfeys Windows ƏS-də də istifadə edildi. Sonra ƏS-in inkişafı yeni xidmətlərin daxil edilməsi istiqamətində getdi. Məsələn, Windows ƏS-də çap dispetçeri yaradıldı ki, bu da mətn və qrafik informasiyanın çapa çıxarılması funksiyasını öz üzərinə götürdü. Yəni çap avtonomlaşdı.
Müasir ƏS-lər virtual maşın konsepsiyasına əsaslanır.
Virtual maşın dedikdə, xarakteristikaları yaxşılaşdırılmış operativ yaddaşı149 və müxtəlif proqramların verilənləri üçün mütləq təhlükəsizlik təmin edən hüdudsuz sayda xarici qurğuları olan mücərrəd maşın nəzərdə tutulur. Tətbiqi sistemlər məhz belə ideal virtual maşına istinad edir. Bu halda ƏS-in vəzifəsi real kompüterin işini elə təşkil etməkdən ibarət olur ki, tətbiqi proqram nöqteyi-nəzərindən o, virtual maşın kimi görünsün. ƏS vasitələrinin köməyi ilə virtual maşın reallaşdırılmasına virtual maşının emulyasiyası deyilir.
149 virtual yaddaşı
Hesablayıcı şəbəkələrin meydana çıxması yeni tip məsələlər yaratdı. Fərdi kompüterlər arasında şəbəkə rabitəsini təmin edən şəbəkə örtükləri150 istifadəyə verildi. Şəbəkə funksiyalarının daxil edilməsi ƏS-in inkişafında mühüm rol oynadı. Windows NT UNIX belə yarandı. Bu əməliyyat sistemləri həm ayrıca kompüterin, həm də şəbəkənin fəaliyyətini təmin edir. Şəbəkə ƏS-ləri şəbəkədəki bütün kompüterlərin fayl fəzalarını vahid fayl fəzası kimi istifadə edir. Yəni, istifadəçi öz kompüterində nə edə bilirsə, onu şəbəkədə də edə bilir. Şəbəkə ƏS-ləri çoxistifadəçili sistemlər olduğundan, hansı proqramın hansı kompüterdən işə buraxıldığını, fayl sistemindən açılmış fayldan kimin iştifadə etdiyini izləmək lazım gəlir. Bu zaman ƏS həmin istifadəçinin açılmış fayla müraciət hüququnun olub-olmadığını yoxlayır və istifadəçi prioritetini nəzərə alır.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin