İnformatikanin əsaslari


Kəsilmələrin idarə edilməsi



Yüklə 1,28 Mb.
səhifə90/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   156
nformatikanin saslari

Kəsilmələrin idarə edilməsi.


Kəsilmələr kompüterdə hesablama prosesinin idarə edilməsinin vacib elementidir. Çünki kəsilmələr kompüterin müxtəlif qurğularının sərbəst paralel işləməsi vasitəsidir. Məsələn, klaviaturadan daxiletmə zamanı müvafiq qurğu prosessora kəsilmə barədə siqnal göndərir. Səhv hesablama, məsələn, sıfra bölmə zamanı, qurğu imtinası zamanı da kəsilmə baş verir. Prosessor növbəti əmri icra etməzdən əvvəl kəsilmə siqnalının olub- olmadığını yoxlayır. Varsa, onu işləyir, sonra növbəti əmrə keçir. Kəsilmə sorğuları


154 direktoriya
maskalanmış və maskalanmamış olur. Maskalanmamış sorğular prosessora ayrıca xətlə verilir. Məsələn, elektrik cərəyanı şəbəkəsindən daxil olan sorğu maskalanmamış sorğu- dur. Bu sorğular yüksək prioritetə malikdir. Cərəyanda baş verən dəyişiklik informasiya itkisinə səbəb ola bildiyindən, xüsusi qəza halları üçün nəzərdə tutulan tutum filtrləri vardır ki, bu da informasiya itkisi təhlükəsini xeyli azaldır. Maskalanmış sorğular xarici qurğulardan daxil olur və növbədənkənar əməliyyat icrasına icazə istəyir. Prosessor cari işi yarımçıq qoyub həmin əməlin icrasına keçir və sonra yarımçıq qalmış iş davam etdirilir.


      1. Qrafik interfeysli əməliyyat sistemləri

UNİX Əməliyyat sistemi


UNİX digər sistemlərdən müsbət mənada fərqlənən ƏS-dir. Bunun təməlində proses konsepsiyası dayanır. Proses dedikdə, işə buraxılmış proqramın155 ixtiyari nüsxəsi nəzərdə tutulur. UNİX baxımından, hər bir proses öz virtual kompüterində icra edilən və öz virtual yaddaşından istifadə edən proqramdan ibarətdir. Bir proses digər prosesi işə qoşa bilir. Bu halda hansı prosesin hansı kompüterdə getməsi vacib deyil. UNİX-də proseslərarası informasiya mübadiləsi üçün paralel hesablamaları sinxronlaşdıran siqnal- lar, semoforlar, proseslərarası kanallar, ötürmə növbələri, paylanmış yaddaş kimi geniş imkanlar mövcuddur. Siqnallar proseslər mühitində kəsilmələr rolunu oynayır. Semofor prosesdaxili dayanma və davametmə işini icra edir. Proseslərarası kanallar proseslər arasında informasiya mübadiləsini reallaşdırır. Bir prosesin nəticələri kanala yazılır ki,
digər proses onu kanaldan oxusun. Lakin bu zaman kənar proseslər həmin kanala müdaxilə edə bilmirlər. Proseslərarası kanaldan fərqli olaraq, ötürmə növbələri bütün proseslər üçün açıqdır. Paylanmış yaddaş iki prosesin yaddaşdan şərikli istifadəsi imkanıdır. Yəni, eyni verilən paralel olaraq hər iki prosesdə istifadə edilir.
UNİX nüvədən (Kernel), əmr interpretatorundan (Shell) və xidməti proqramlardan (utilitlərdən) ibarətdir. UNİX utilitləri 5 qrupa bölünür:
Fayl sistemini idarə edən utilitlər; Prosesləri idarə edən utilitlər; Kommunikasiyaları idarə edən utilitlər;


155 UNİX-də proqram dedikdə, sadəcə, kompilyasiya edilmiş proqram faylı nəzərdə tutulur.
Xidməti proqramlar kitabxanası; Proqramlaşdırma mühiti.
Nüvə 4 hissədən ibarətdir:
Yaddaşı idarə edən;
Fayl sistemini idarə edən; Sistem resurslarını yerləşdirən; Müdaxilə hüququ verən hissə.
Nüvə hesablayıcı şəbəkənin quruluşunu təsvir edən sorğu cədvəlləri əsasında işləyir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin