Bu ƏS-i də Microsoftfirması İBMPCfərdi kompüterləri üçün işləyib hazırlamışdır. Windows MSDOS-a nisbətən daha geniş imkanlara malikdir və istifadəçilər üçün daha rahatdır. Bu, Applefirmasının maşınlarını yaradanlar tərəfindən düşünülmüş prinsiplərə əsaslanır. Faktiki olaraq Windows fərdi kompüterlər üçün qrafik standarta çevrilmişdir. Windows MS DOS-dan köklü fərqlənən prinsiplərə əsaslanır. MS DOS peşəkar üçün idisə, Windows peşəkar olmayan üçündür. Windows-un əsas fərqləndirici cəhəti cari momentdə işləyən proqramların və ƏS-in monitor ekranında ―pəncərə‖ adlanan xüsusi qrafik obyekt kimi təsviridir. Bu o deməkdir ki, Windows çoxməsələli sistemdir. Lakin burada da hər bir vaxt momentində yalnız bir proqram işləyir. Bununla yanaşı, operativ yaddaşda olan bir proqramdan digərinə keçmək üçün ―pəncərə‖ni dəyişmək kifayətdir. Windows-un əsas üstünlüyü münasib istifadəçi interfeysidir. Burada əmri MSDOS-dakı kimi mətni sətr şəklində verməyə ehtiyac yoxdur. Lazımi element mışla seçilir. Kompü- terin interfeysin dizaynı baxımından fərdiləşdirilməsi imkanı da Windows-un vacib üstünlüklərindəndir. Windows-da işçi stol konsepsiyası mühüm rol oynayır. Çünki istifadəçi işçi stolun məzmununu özü tərtib edə bilir. İstifadəçi proqramlarla yazı masası üzərindəki sənədlərlə işlədiyi kimi işləyir. Windows-un çox mühüm xüsusiyyətlərindən biri də işin çoxvariantlı təşkili imkanıdır. Kimə necə münasibdir, elə işləyir. Tez-tez rast gələn əməliyyatlar piktoqrafik menyüdə əyaniləşdirilmişdir. Tipik əməliyyatlardan biri
Alt, Shift, Ctrlkimi registr dəyişən düymələrlə digər düymələrin kombinasiyasından156 istifadə edilməsidir.
156 isti düymələrdən
Windows – inteqrasiya edilmiş sistemdir. Buraya xüsusi təyinatlı proqramlar: mətn və qrafik redaktorlar, sazlama proqramları, çap proqramları və s. daxildir. Windows-da hazırlanan bir sənədin müxtəlif hissələri müxtəlif proqram əlavələrinin köməyi ilə yerinə yetirilə bilir. Məsələn, Wordmətn redaktorunda hazırlanmış mətnə Paintbrushqrafik redaktorunda hazırlanmış şəkli obyekt formasında daxil etmək mümkündür. Şəkildə dəyişiklik etmək üçün onun üzərində mışın sol düyməsinin ikiqat sıxılması kifayətdir.
Windows sistemi həqiqətən çoxməsələli ƏS deyildir. Burada bəzi sistem cədvəlləri bütün icra edilən məsələlər üçün ümumidir. Bu, eyni zamanda bir neçə proqramın paralel icrasına imkan vermir. Windowsçoxlu cari informasiyanı operativ yaddaşda saxladığın- dan, kompüteri lazımi qaydada söndürmək tələb olunur. Windows32 mərtəbəli ƏS-dir. Windows-da müxtəlif proqramların əlaqələndirilməsi üçün mübadilə buferi (Clipboard) vardır.