Pəncərələr.Windowsqrafik interfeysinin vacib elementlərindən biri də pəncərədir.
Pəncərələr 2 qrupa bölünür: proqram əlavələrinin pəncərələri və sənədlərin pəncərələri.
Proqram əlavələrinin pəncərələri. Bu pəncərələrdə ya işə buraxılmış proqramın icrası öz əksini tapır, ya da qovluğun məzmunu əks etdirilir. Bu pəncərəni açmaq müvafiq proqram əlavəsini işə qoşmaq, bağlamaq isə proqramın işini dayandırmaq deməkdir. Proqram əlavələrinin pəncərələrini işçi stolun istənilən yerinə çəkmək, bütün ekran boyda açmaq və bağlayıb məsələ panelinin bir düyməsinə çevirmək olar.
Proqram əlavələrinin pəncərələrinin əsas elementləri aşağıdakılardır:
işçioblast:pəncərənin daxili hissəsidir, ya bir-birinin içindəki qovluqları, ya da sənəd pəncərələrini özündə əks etdirir;
sərhədlər: pəncərəni 4 tərəfdən əhatə edən çərçivə;
sərlövhə: pəncərənin yuxarı sərhədinin bilavasitə altındakı sətir, pəncərənin adını göstərir;
sistem menyüsünün nişanı: sərlövhə sətrinin sol ucundakı düymə, menyü açır;
üfqi menyü sətri: sərlövhənin altındakı sətr, menyü bəndlərini saxlayır;
alətlər paneli: menyü sətrinin altında yerləşir, düymələr yığımıdır, müəyyən əmrlərə cəld müraciət etmək üçündür;
pəncərəni bükmək, açmaq, bərpa etmək, bağlamaq düymələri pəncərənin sağ yuxarı küncündə yerləşir.
Sənədlərin pəncərələri. Sənəd pəncərəsi sənədlərlə işləmək üçündür və proqram əlavələrinin pəncərəsi daxilində ―yaşayır‖. Proqram əlavələrinin pəncərəsində olan düymələr eyni ilə sənəd pəncərəsində də vardır. Sənəd pəncərəsi aktiv və passiv ola bilir. Aktiv pəncərənin sərlövhəsi göy, passivinki boz olur.
Menyü. Qrafik interfeysin əsas elementlərindən biri də menyüdür. Menyü tematik cəhətdən qruplaşdırılmış əmrlərin siyahısından ibarətdir. İstənilən əmri seçmək mümkündür. Menyü əmrindən sonra 3 nöqtə varsa, dialoq paneli açılır ki, bu da əlavə informasiya almağa imkan verir.