İNGİLİs diLİNDƏ atalar söZLƏRİ VƏ ZƏRBİ MƏSƏLLƏRİn tariXİ MƏNŞƏYİ VƏ TƏDQİqat məNŞƏYİ. KeçDİYİ tariXİ DÖVR



Yüklə 35,88 Kb.
səhifə2/3
tarix01.05.2022
ölçüsü35,88 Kb.
#56790
1   2   3
Nazlı Məcidova elmi iş

Easy come, easy go

No pain, no gain

  • Nəqli cümlələrdə

Care and diligence bring luck.

Cards are the devil’s books.

Bəzən atalar sözləri dildə qrammatik qaydalara uyğun gəlmir. Bu kimi tipik qrammatik qayda dəyişiklikləri atalar sözlərində fikrin daha qabarıq, daha aydın və daha maraqlı şəkildə təqdim edilməsi üçündür. Məsələn:



  • After death doctor (Toydan sonra nağara)

  • Long hair and short wit (Dəvəcan boyun olunca, düyməcən ağlın olsun)

İngilis atalar sözlərini öyrənərkən, onları araşdırıb tədqiqat apararkən aydın olur ki, böyük inkişaf mərhələsi keçirmiş ingilis dili ilə birlikdə atalar sözləri də hər dövrdə dilin ifadə tərzindən, üslubundan asılı olaraq dəyişikliklərə uğramışdır. Buna görə də bəzən ingilis dilində bir atalar sözünün bir neçə müxtəlif variantı mövcuddur. Məsələn:

Diamond cut diamond

When Greek meets Greek then comes the tug of war

Bu iki atalar sözünün Azərbaycan dilinə ekvivalenti “daş qayaya rast gəlib” deməkdir.

Biz atalar sözləri və məsəlləri araşdıraraq, ingilis dilinin nə qədər mürəkkəb quruluşa, o cümlədən, nə qədər zəngin leksik quruluşa malik olduğunun şahidi olduq.

Atalar sözü köhnəlmir-sönmür, getdikcə cilalanıb xalqın fikir-zəka göylərində ulduz kimi parlayır. Zamanların və nəsillərin, müxtəlif ictimai formasiyaların ağır sınaqlarından şərəflə keçdiyi üçün bu müdriklik dəfinələri ömrün, ləyaqətin, dostluğun, məhəbbətin, düşmənə nifrətin, ümumiyyətləv bütün həyati hadisələrin, bütün bəşəri həqiqətlərin əsil meyarı, dəqiq məhək daşı olur. (Oğuznamə, Şərq-Qərb, 2006. Səh-13)

Atalar sözü xalqın tarixə, tarixin də xalqa verdiyi ibrət dərsinin hamı tərəfindən qəbul və təsdiq edilən elə nəticəsidir ki, düzlüyünə və dəqiqliyinə şübhə yeri yoxdur. Paremik vahid, birinci növbədə, öz ədalətli ruhu ilə şüurlara hakimdir. Onun aksiomatik səciyyə daşıması hökm səviyyəsində ifadə olunan məntiqi fikrin böyük ümumiləşdiricilik qüvvəsi ilə əlaqədardır. Bu “ümumiləşdirmə” müxtəlif nəsillər tərəfindən aparılmış, mətləbin-məzmunun aydın və sərrast ifadə səviyyəsinə görə ən son həddə çatmış, kristallaşmış ümumiləşdirmədir. (Oğuznamə, Şərq-Qərb, 2006. Səh-13)

Ağız ədəbiyyatının ayrılmaz parçası olub müdrik fikir, zəngin hiss, dərin müşahidə və böyük ümumiləşdirmə gücünə malik həyat təcrübəsini ifadə edən bu sadə və aforizmli cümlələr içərisində arxaik cizgiləri aydın görünən, inam və etiqadlardan yaranan elə nümunələr də vardır ki, onlar mifoloji görüşlər kompleksini anlamaq və bərpa etmək işində qaynaq kimi istifadə oluna bilir. (Atalar sözü, Öndər nəşriyyat, Bakı-2004, səh-7)

Minlərcə atalar sözü və el məsəllərinin hələ XV-XVI əsrlərdə yazıya köçürülməsi folklorşünaslığımızda Azərbaycan premik vahidlərinin tarixi ilə əlaqədar nəzəri-təcrübi qənaəti dəyişə bilər. Elmi ədəbiyyatda, dərsliklərdə Azərbaycan atalar sözlərinin əsasən XIX əsrdən toplandığı, yazıya köçürülüb nəşr edildiyi fikri irəli sürülür. Aparılan tədqiqata görə, XIX əsrin 80-ci illərində çap olunmuş materialların ayrı-ayrı nəşrlərdəki sayı 200-dən, XX əsrin əvvələrində isə 800-dən artıq olmayıb. (Oğuznamə, Şərq-Qərb, 2006. Səh-15)

Azərbaycanda atalar sözü və zərbi-məsəllərin şifahi xalq ədəbiyyatında geniş tədqiqatı M.İbrahimovun adı ilə, toplanması və nəşri isə Hənəfi Zeynallı və Əbülqasım Hüseynzadənin adı ilə bağlıdır.

Hənəfi Zeynallının 1926-cı ildə çap etdirdiyi “Azərbaycan atalar sözləri” kitabı ilk tədqiqat səciyyəli əsər olmaqla yanaşı, atalar sözlərinin kəmiyyətcə çoxluğu ilə də bu vaxta qədər çapdan çıxmış əsərlərdən fərqlənir.

Atalar sözlərini, adları çəkilən folklorşünaslardan başqa, “Rəvayətli ifadələr” başlığı altında Böyükağa Hüseynov da toplamış və çap etdirmişdir. Bu kitabın digərlərindən fərqli cəhəti ondadır ki, orada toplanmış ifadələrin tam qəlib formasına düşənə qədər keçdiyi yolun tarixçəsi verilir, elmi-nəzəri əsasda maraqlı müqəddiməsi də var.

Bu gün yeni gənc nəslin tərbiyə olunmasında və onlara həyatı məsələlərin öyrədilməsində “Atalar sözləri” ilə bərabər “Məsəllər” dən də istifadə olunur. Uzun zamanlardan bəri, Azərbaycan dilində “atalar sözləri” və “zərbi-məsəllər” ifadələri bir termin və anlayış kimi öz şərhini tapmamışdır. Bunun əsas səbəbi olaraq, atalar sözü və zərbi-məsəllərin sərhəddinin dəqiq müəyyən olunmaması götürülür.

Onların bir termin kimi işlənməsi barədə Hənəfi Zeynallı belə qeyd edir: “Atalar sözləri içərisindəki düşüncələri xarici şəkil etibarı ilə iki yerə ayırmaq olar. Onlardan biri “zərbi-məsəl” adını daşıyan məsəl, o biri də adi “söz”lər-“sav”lardır. Əski türkcəmizdə atalar sözünün əsil adı “sav” deyə istifadə olunarmış.”

Azərbaycanın görkəmli folklorşünası Ayaz Vəfalı “Bilgə ərən savların alğıl öyüt” atalar sözünü şərh edərək, belə bir fikir bildirib: “Bu atalar sözünün nə vaxt deyildiyi aşkardır. Bu atalar sözü öz dovrü üçün böyük cəsarətlə deyilmişdir. Deməli “atalar sözləri” qədir-qiymətdə müsəlmanların müqəddəs kitablndan heçdə ucuz deyildir.”

Dilçi alim M.Verdiyeva belə bir fikir irəli sürüb ki, atalar sözləri Allah kəlamıdır, Allah kəlamını isə insanlara rəhbər olaraq seçilmiş peyğəmbərlər çatdırmışdır.




Yüklə 35,88 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin