“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə5/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   2   3   4   5   6   7   8   9   ...   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali

1.2. Hüquqi 
əsaslandırma 
İnklüziv təhsil bütün uşaqların keyfiyyətli təhsil almaq hüququna əsaslanır. Bir sıra beynəlxalq 
konvensiyalar, milli qanunvericilik ç
ərçivələri müvafiq ölkələrdə inklüziv təhsilin tətbiqini təmin 
edir. Beyn
əlxalq və Azərbaycana dair hüquqi sənədlər aşağıdakılardır:  

İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 1948 

BMT-
nin “Uşaq hüquqları haqqında” Konvensiyası, 1989 

BMT-
nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası, 2006 

Az
ərbaycan Respublikasının Konstitusiyası, 1995 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2009 

“2018–2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv 
t
əhsilin inkişafı üzrə Dövlət Proqramı” 
İnklüziv təhsilin bir çox tərifləri və mənaları mövcuddur. Onların ümumi elementləri 
aşağıdakılardır:  

İnklüziv təhsil məktəblərin daha münbit və bütün uşaqlar üçün faydalı olmasına yönələn 
fasil
əsiz prosesdir; 

İnklüziv təhsil təhsil mədəniyyətinin, hüquqi sənədlərin və təcrübələrin şagirdlərə uyğun 
olması üçün yenidən qurulmasını ehtiva edir;  

İnklüziv təhsil bütün şagirdlərə uyğun olması üçün məktəbin dəyişməsini şərtləndirir; 

İnklüziv təhsil uşaqların məktəbdə və icmada təhsilə çıxışına mane olan konkret səbəbləri 

əyyənləşdirib aradan qaldırılması üçün davamlı fəaliyyətdir; 

İnklüziv təhsil bütün maraqlı tərəflərin iştirakı ilə icra edilməli olan bir prosesdir. 
 
1.3. Az
ərbaycanda və dünyada əlilliyi olan uşaqlarla bağlı məlumatlar 
Öt
ən il UNİCEF-in sifarişi ilə Azərbaycanda əlilliyi olan uşaqlarla bağlı tədqiqatlar aparıldı. Bu, 
2018-ci ilin ap
rel ayında təqdim olunmuş nəticələri bölüşməyə imkanı verir.  

Az
ərbaycanda əlilliyi olan uşaqlarla bağlı dəqiq məlumatlar əldə etmək çətindir. 

Az
ərbaycanda əhalinin 5.6%-ni əlilliyi olan şəxslərin təşkil etdiyi təxmin edilir. Onlardan 
2.6%-
i uşaqlardır. Bu göstəricilər beynəlxalq səviyyədə qəbul olunan hesablama 
göst
əriciləri ilə müqayisədə aşağıdır. Beynəlxalq səviyyədə qəbul olunan hesablamaya 



əsasən ümumi əhalinin (orta və ağır dərəcəli əlilliyi olan) 15%-ə, uşaqların isə 5.1%-ə 
q
ədəri ola bilər. 

M
əlumatların qeyri-dəqiqliyi məsələsi qismən əlilliyi olan şəxslərin müəyyənləşdirilmə 
sistemi il
ə bağlıdır. Belə ki, bu sistem əlilliyin tibbi modelinə əsaslanır. 

B
əzi valideynlər sosial damğalama ilə əlaqədar olaraq diaqnostikadan çəkinirlər. 
 
M
əlumatlarla bağlı məsələlər yalnız Azərbaycanda problemli deyil. Əlilliyi olan uşaqlarla bağlı 
d
əqiq statistik məlumatların əldə edilməsi qlobal məsələdir. 
2015-ci il üzr
ə Qlobal Monitorinq Hesabatının əsas nəticələrinə görə, orta gəliri aşağı olan 
ölk
ələrdə əlilliyi olan uşaqlara dair əksər məlumatlar təqribi hesablamalara əsaslanır. Bunun 
s
əbəbi əlilliyin tibbi modelinə əsaslanan qiymətləndirmədir. Hazırkı beynəlxalq tendensiya 
Funksionallıq, Əlillik və Sağlamlığın Beynəlxalq Təsnifatından istifadədir. Burada qiymətləndirmə 
zamanı orqanizmin funksiyaları, quruluşu, fəaliyyətlər, iştirak və ətraf mühit amilləri nəzərə alınır.
B
əzi ölkələrdə əlilliyi olan uşaqların 90%-i məktəbə getmir. Əlil olmaq uşağın məktəbə 
getm
əmək ehtimalını iki dəfə artırır. Əlilliyi olan uşaqların məktəbi yarımçıq tərk etmək və ya ayrı-
seçkilikl
ə üzləşmək ehtimalları ikiqat yüksəkdir. Son onilliklər ərzində dünyada inklüziv təhsilə 
yön
ələn nümunəvi təcrübələr yaranmışdır. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları” haqqında 
Konvensiyası tam inklüziv təhsilin dəstəklənməsi üçün müfəssəl istiqamət vermişdir, bir çox 
ölk
ələr öz siyasətlərini inklüziv təhsilin təməl prinsiplərinə uyğunlaşdırmışdır və fasiləsiz olaraq 
uyğunlaşdırmağa davam edir. Lakin bu müsbət proseslərə baxmayaraq hələ də çoxsaylı 
ç
ətinliklər qalır. Əlilliyi olan uşaqlar üçün bir nömrəli maneə insanların əlilliyə qarşı mənfi 
münasib
ətidir. Bu isə əlilliyi olan uşaqların davamlı olaraq kənarlaşdırılması, ayrı-seçkiliyə məruz 
qalması və təcrid olunması ilə nəticələnir.
İnklüziv təhsil inklüziv dəyərlərə əsaslanır.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin