Mü əllimlər birgə öyrənir. Öyr
ənmə sosial fəaliyyətdir. Məktəbdə inam və bilik mübadiləsi mədəniyyəti, əməkdaşlıq
mexanizml
əri mövcud olduqda müəllimlər daha yaxşı öyrənirlər. Müəllimlər dəstək göstərilən
şəraitdə, əməkdaşlıq etdikdə, öz sinif otaqlarında yeni yanaşmaları sınaqdan keçirməyə daha
meylli olurlar. Bu, mü
əllimlərin fəaliyyətinin səmərəliliyinin artmasına və şagirdlərin nəticələrinin
yaxşılaşmasına gətirib çıxarır.
Bilik dinamikdir Biliy
ə çox zaman nəzəriyyə və konsepsiyaların sabit toplusu kimi yanaşılır və fərz edilir ki,
mü
əllimlərə, məsələn, inklüziv təhsilin tətbiqi ilə bağlı biliklər aşılayanda, onlar avtomatik olaraq
bunu öz m
əktəblərində tətbiq edəcəklər. Lakin inklüziv təhsil çox mürəkkəb bir məfhumdur.
İnklüziv təhsilin tətbiqinin elə bir modeli yoxdur ki, bütün məktəblərdə uğurlu şəkildə həyata
keçirilsin. Çünki h
ər bir məktəb icması fərqlidir və inklüziv təhsilin tətbiqi üçün müxtəlif kontekstual
amill
əri, təlimə mane olan müxtəlif əngəlləri aradan qaldırmalıdır. Buna görə də müəllimlərə
t
əqdim olunan nəzəriyyə və biliklərin sabit toplusu yoxdur. Müəllimlər birlikdə tənqidi refleksiya
f
əaliyyətində iştirak etməyə, həmçinin öz məktəb icmalarında öz vəziyyətlərini təhlil etməyə və
yerli ç
ətinlikləri aradan qaldırmaq üçün yerli strategiyalar tapmağa həvəsləndirilməlidirlər.
Öyr ənmə aktiv fəaliyyətdir Mü
əllimlər əldə etdikləri biliyi tətbiq etdikidə yaxşı nəticələr əldə olunur. Ənənəvi müəllim
inkişafı prosesində öyrənmə çox zaman passiv xarakter daşıyır. Təlimçi ənənəvi olaraq, müəyyən
m
əzmun təqdim edir. Bəzən təlimçi yeni məzmun təqdim etməzdən əvvəl iştirakçılar bu məzmunu
müzakir
ə etməyə və öz fikirlərini bölüşməyə dəvət olunurlar. Bu yanaşma öyrənmə fəaliyyətinin
çox passiv olmasına səbəb olur. Müəllimlər əsasən bilikləri qəbul edir, lakin bu bilikləri təcrübədə
t
ətbiq etməyi öyrənmirlər və bununla bağlı dəstək almırlar. Aktiv təlim isə qrup müzakirələri və ya
seminarlarda keçiril
ən oyunlarla məhdudlaşmır. O, yeni konsepsiya və təcrübələrlə geniş şəkildə
işləməyi və əsas anlayışların və prinsiplərin real vəziyyətlərdə tətbiqini ehtiva edir.