2.3.13. M ənfi münasibətlər F
ərqli vəziyyətdə olan, xüsusi ilə əlilliyi olan uşaqlara qarşı mənfi münasibətlər uşaqların
m
əktəbə getməsinə ən böyük maneədir. Mənfi münasibətlərə bütün səviyyələrdə rast gəlinir:
valideynl
ər, icma üzvləri, məktəb və müəllimlər, dövlət məmurları və təcrid olunmuş uşaqların
özl
əri. Qorxular, tabular, utanc, cahillik, yanlış təsəvvürlər və digər səbəblər belə uşaqlara və
onların vəziyyətlərinə mənfi münasibətləri stimullaşdırır. Bu uşaqlar və hətta onların ailələrinin
özün
əhörmət səviyyəsi aşağı düşür, nəticədə onlar gizlənir, sosial təmaslardan çəkinir, öz
icmalarının görünməz üzvlərinə çevrilirlər. Bu isə onların məktəbdən təcrid olunmasına gətirib
çıxarır.
M əktəb səviyyəsində maneələr 2.3.14. X ərclər (birbaşa və gizli) Bir çox yoxsul ail
ələrin məktəb, imtahan rüsumları, məktəblərə və ya valideyn-müəllim
assosiasiyalarına ianələr, hətta kitab, karandaş, məktəbli forması və ya nəqliyyat xərclərini ödəyə
bilm
əməsi uşağı məktəbdən təcrid edir. 2.3.15. Yerl əşmə K
ənd ərazilərində, xüsusilə məktəb kənddən uzaqda yerləşdikdə, bəzən uşaqları evdə
saxlayırlar. Məktəbin evlərdən uzaq olması qızların təhlükəsizliyini təmin etmək məqsədi ilə
t
əhsildən təcrid olunması ilə nəticələnir. Əlilliyi olan uşaqları məktəbə aparan münasib nəqliyyat
vasit
əsinin olmaması onların məktəbə getməməsi ilə nəticələnir. 2.3.16. D ərs qrafiki M
əktəblərdə dərs qrafiki və təqvimlərin uşaqların iş qrafikləri ilə uzlaşmaması, onların
"h
əm öyrənə, həm işləyə” bilməsinə imkan vermir. Qızların məktəbə getməsi onların ailədəki
15
v
əzifələri, məsələn, ev işləri və ya azyaşlı bacı-qardaşlarına qulluq kimi işləri ilə uzlaşmayanda
qızlar məktəbdən çıxarıla bilər.