Refleksiv mü əllim olmaq niyə vacibdir? Mü
əllimlər özünürefleksiya zamanı sinif otağında etdiklərinə nəzər salır, onları niyə etdiyi və
etdikl
ərinin nə qədər yararlı olduğu barədə düşünür. Refleksiv müəllimlər daha effektiv
mü
əllimlərdir.
Öyr
ətmək mürəkkəb bir peşədir. Müəllimlər çox zaman sinif otağında təkdir. Adətən bir çox
şey eyni zamanda baş verir və müəllimlər çox sürətli qərarlar verirlər. Bu qərarlar sinif otağında
uşaqların öyrənməsinə təsir göstərir. Sinif otağında baş verənlər barədə məlumat toplamaq və
onları təhlil etmək yolu ilə müəllimlər öz fəaliyyətlərinə və bunun əsasında duran inanclara nəzər
salırlar. Bu, növbəti dərs üçün alternativlər və dəyişikliklər barədə düşünməyə kömək edir.
3.3. Özünürefleksiya üsulları Sinif otağındakı fəaliyyəti refleksiya etmək üçün müxtəlif üsullar mövcuddur. Fəaliyyəti
yaxşılaşdırmaq üçün refleksiyadan istifadə barədə sistemli şəkildə düşünmək üçün mütəmadi
olaraq qısa sorğu anketinə diqqət yetirmək kifayətdir.
Özünürefleksiya üsulları aşağıdakllardır
F ərdi refleksiya – fəaliyyətiniz barədə düşünmək. Əvvəlcədən hazırlanmış qısa anketləri
doldurmaq. Daha yaxşı nailiyyət əldə etmək üçün nə etdiyinizə, nə üçün etdiyinizə, hansı
n
əticəni əldə etdiyinizə və üsulunuzda hansı dəyişikliyə ehtiyac olduğuna nəzər salmaq
vacibdir.
H əmkar müşahidəsi – iş yoldaşlarınızdan biri sinif otağına gələrək dərsiniz barədə
m
əlumat toplayır. Məqsəd qiymətləndirmək deyil, bir-birinizdən öyrənməkdir. Daha sonra
müşahidənin nəticələri müzakirə olunur.
D ərslərin qeydə alınması – Dərslər video və ya audio qeydiyyata alınır. Bu, refleksiya
üçün çox faydalı informasiyanı təmin edə bilər. Bəzən müəllim sinifdə baş verənlərdən
x
əbərdar olmur və ya diqqətindən qaçırır. Video və ya audio yazıları ortaq refleksiya və
öyr
ənmə üçün həmkarlarla paylaşmaq olar.