“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı


C əlbedici və əlçatan təlim məkanları



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   ...   18   19   20   21   22   23   24   25   ...   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali

C
əlbedici və əlçatan təlim məkanları: 
Sinif v
ə məktəbin mühiti uşaqyönümlü təlim və tədrisi dəstəkləyə bilər. Uşaqyönümlü təlim 
m
əkanları bütün uşaqlar üçün nəzərdə tutulmalı, hər kəs üçün təhlükəsiz və hər şagirdin bərabər 
iştirakı və özünü kəşf etməsinə yönəlik olmalıdır. Hər kəs üçün cəlbedici və əlçatan təlim 
m
əkanları yaratmaq zəruridir, amma bu son hədəf deyil, əsas məqsəd: keyfiyyətli təhsil almaq 
bütün uşaqların hüququdur – bu hüququn dəyərləndirildiyi və həmin hüquqa əsaslanan uşaqyönlü 
t
əlim yanaşmasının həyata keçirilməsidir.
Uşaqyönümlü təlim məkanlarının bəzi xüsusiyyətləri:


24 

Fiziki m
əkan: bütün uşaqların sinif və məktəb daxilində, ətrafda sərbəst hərəkət edə 
bilm
ələri, fərdi və qrup şəklində işləmələri və lazım olduqda öyrənmə vasitələrinə yanaşmalarını 
t
əmin edin.  

Öyr
ənmə guşələri: uşaqların müstəqil və ya qrup şəklində öz iradələri ilə öyrənmək üçün 
sinifinizd
ə müxtəlif öyrənmə guşələri qurun. Hər bir guşədə resurslar və təlimatlar təqdim edilir. 
H
əmin guşələr şagirdlərə əvvəl öyrəndiklərini zənginləşdirmək, yeni bacarıqlarını təcrübə etmək 
v
ə yeni anlayışları kəşf etmək üçün şans verir. Şagirdlər öyrənmə guşələrinin 
planlaşdırılmasında, təşkilində və idarəsində iştirak edə bilər.  

T
əqdimat yeri: sinifinizdə bütün uşaqların işlərini nümayiş etdirə biləcəyiniz və fəaliyyətləri 
haqqında rəy verə biləcəyiniz təqdimat lövhəsi hazırlayın. Təqdimat lövhəsini tez-tez dəyişin və 
onu t
ədris vasitəsi kimi istifadə edin.  

Sinif kitabxanası: kitablar çox səmərəli tədris vasitələridir və kitablar yeni anlayışları 
öyr
ənməyə, dillərini inkişaf etdirməyə və məlumatı başa düşməkdə uşaqlara kömək edir. Kitablar 
v
ə ya uşaqların özlərinin hazırladıqları kitablar da bahalı uşaq kitabları kimi səmərəli ola bilər.  

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin