“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə21/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   ...   17   18   19   20   21   22   23   24   ...   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali

Birg
ə öyrənmə: 
Birg
ə öyrənmə daxilində şagirdlər ümumi hədəflər naminə çalışmaqla məsuliyyəti və 
resursları bölüşürlər. Birgə qrup işinin uşaqların əsas anlayışları yaxşı qavramasına, həmçinin işə 
v
ə bir-birinə qarşı müsbət münasibətlərin qurulmasına güclü müsbət təsiri ola bilər. Yaxşı tətbiq 
edildiyind
ə qrup işi müəllimlərə fərdi və kiçik qruplar ilə daha çox vaxt keçirməyə imkan verir.
Birg
ə öyrənmə və qrup işinə dair müxtəlif yanaşmalar var. Uşaqları necə qruplara bölməyi 
t
əyin etmək müəllimlər üçün mühümdür. İnklüziv siniflərdə, xüsusilə əlilliyi olan uşaqları 


23 
öyr
ədərkən qrup işinin səmərəli olmağını təmin etmək üçün, yaxşı olar ki, bacarıqların 
s
əviyyələrinə görə qruplaşdırılma aparılmasın. Əlilliyi olan bütün uşaqları bir qrupa yığmaq çox 
qürurqırıcı ola bilər və bu, uşaqlara əməkdaşlıq və öyrənmə üçün az imkanlar verir. Müxtəlif təməl 
bilikl
ərə malik uşaqlardan ibarət qrup yaratmaq hər kəs üçün daha öyrədici imkanlar təmin edir.
F
əaliyyətin hər kəs üçün anlamlı olduğunu təmin etmək məqsədilə qrup işi diqqətlə 
planlaşdırılmalı və lazım olduqda tapşırıq zamanı müəllim öz köməyini göstərə bilməlidir. Uşaqlar 
qrup işini müvəffəqiyyətlə tamamlamaq üçün müəyyən bacarıqlara yiyələnməli və onları istifadə 
etm
əlidirlər (çalışmanın başa düşülməsi, tapşırığın və resursların bölgüsü, növbələşmə, bir-birinin 
töhf
ələrini dəyərləndirmək, ideyalarını ifadə etmək və fəal qulaq asmaq və s.). Uşaqların hər biri 

əyyən bir vəzifəni icra edə bilər. Vəzifələrin dəyişməsini, məsələn, hər kəsin növbə ilə qrup 
r
əhbəri olmasını təmin edin. Həmçinin qrup işində əlilliyi olan uşaqların dəyərli və həlledici vəzifə 
almaları mühümdür. Adətən qrup işinə başlamazdan öncə təməl qaydaların qoyulması zəruri ola 
bil
ər.
Qrup işinin faydalı olması üçün qrupda elə şərait yaradılmalıdır ki, uşaqlar fərdi şəkildə 
tapşırıqları tamamlamasınlar və ehtiyac olduqda digərinə kömək etsinlər. Ən maraqlı təlim 
t
əcrübələri uşaqlar bir-birilərindən asılı olduqları və tapşırığı tamamlamaq üçün əməkdaşlıq 
etm
əli olduqları an alınır. Qrup işi daxilində bir-birindən asıllığın müxtəlif formalarına aiddir:

H
ədəf asıllığı: qrupun tək bir hədəfi var

Mükafat asıllığı: hər bir uşağın müxtəlif resursları var (materiallar və bilik) və tapşırığı 
tamamlamaq üçün onlar birl
əşdirilməlidir;  

V
əzifə asıllığı: tapşırığın tamamlanması üçün hər uşağın müxtəlif vəzifələri var (vaxta 
n
əzarət edən, hesabat verən və s.).  

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin