17
F
ərdi refleksiya fasilə vermək və düşünmək üçün faydalıdır. Öyrəndiklərini
mənimsəmək
üçün mü
əllimlərə fərdi refleksiya etmək lazımdır. Bu metod fərdi şəkildə öyrənənlər üçün
uyğundur.
Qrup müzakir
ələri – kiçik qruplar şəklində aparılan müzakirələr müxtəlif baxış bucaqlarını
öyr
ənməyə kömək edir. Bu metod qrup və şifahi şəkildə öyrənənlər üçün uyğundur.
Nümun
əvi hallar – yazılı mətnlər, videolar ola bilər. Nümunəvi halların
tədqiqi real sinif
otağı situasiyaları ilə əlaqə qurmağa kömək edir. Bu metod məntiqi şəkildə öyrənənlər
üçün uyğundur.
Simulyasiyalar
– yeni bacarıqları təcrübədən keçirməyə kömək edir. Bu metod fiziki şəkildə
öyr
ənənlər üçün uyğundur.
D
ərslərin əməkdaşlıq şəraitində planlaşdırılması – müəllimlər bir araya toplanaraq dərs
planlarını hazırlamaq üçün birgə çalışırlar. Daha sonra sinif otağında dərsin keçirilməsi,
n
əticələri yaxşılaşdırmaq üçün həmkarların müşahidə aparması
və rəylər verməsi
arzuedil
əndir. Bu metod məntiqi və qrup şəkildə öyrənənlər üçün uyğundur.
Açıq dərs – təcrübəli müəllimlərdən biri sinif otağında yeni anlayışları tətbiq edərkən
h
əmkarları onu müşahidə etmək üçün dəvət edilir. Bunun ardınca refleksiya və müzakirə
sessiyası aparılır. Bu metod şifahi və vizual şəkildə öyrənənlər üçün uyğundur.
T
əlim qrupları - bu qruplar təlimin əməkdaşlıq aspektinə köklənir. İştirakçılar
ortaq bir
problemi h
əll etmək və ya yeni anlayışların tətbiqini planlaşdırmaq üçün birlikdə çalışırlar.
Qruplar öz tapdıqları və ya təlimçi tərəfindən təqdim olunan materialları oxuyur, refleksiya
edir, müzakir
ə edir, planlaşdırır və yazırlar. Bu metod məntiqi və qrup şəklində öyrənənlər
üçün uyğundur.
Şaqirdin işinə baxmaq. Dərsin daha yaxşı planlaşdırılması üçün şagirdlərin təlim nəticələri,
onların
necə öyrənməsi, bunun dərsin planı ilə necə əlaqələndirildiyi barədə refleksiya
üçün
şagirdlərin işinə baxmaq olar. Bu metod məntiqi şəkildə öyrənənlər üçün uyğundur.
Tapşırıq. Bu fəaliyyət təlim sessiyaları arasında keçirilir. Bu, təlim sessiyalarının davamlı
öyr
ənmə təcrübəsinə çevrilməsinə kömək edir və məzmunun faktiki tətbiqinə töhfə verir.
Tapşırıqlara video roliklərə baxmaq, materialları oxumaq, resursları axtarmaq, əməkdaşlıq
şəraitində dərsin planlaşdırılması, birgə tədris, bir-birinin dərslərini müşahidə etmək və rəy
verm
ək, sınaq dərsləri daxildir. Bu metod bütün növ öyrənənlər üçün uyğundur.