“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   ...   10   11   12   13   14   15   16   17   ...   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali


əllimlər birgə öyrənir. 
Öyr
ənmə sosial fəaliyyətdir. Məktəbdə inam və bilik mübadiləsi mədəniyyəti, əməkdaşlıq 
mexanizml
əri mövcud olduqda müəllimlər daha yaxşı öyrənirlər. Müəllimlər dəstək göstərilən 
şəraitdə, əməkdaşlıq etdikdə, öz sinif otaqlarında yeni yanaşmaları sınaqdan keçirməyə daha 
meylli olurlar. Bu, mü
əllimlərin fəaliyyətinin səmərəliliyinin artmasına və şagirdlərin nəticələrinin 
yaxşılaşmasına gətirib çıxarır. 
Bilik dinamikdir
Biliy
ə çox zaman nəzəriyyə və konsepsiyaların sabit toplusu kimi yanaşılır və fərz edilir ki, 

əllimlərə, məsələn, inklüziv təhsilin tətbiqi ilə bağlı biliklər aşılayanda, onlar avtomatik olaraq 
bunu öz m
əktəblərində tətbiq edəcəklər. Lakin inklüziv təhsil çox mürəkkəb bir məfhumdur. 
İnklüziv təhsilin tətbiqinin elə bir modeli yoxdur ki, bütün məktəblərdə uğurlu şəkildə həyata 
keçirilsin. Çünki h
ər bir məktəb icması fərqlidir və inklüziv təhsilin tətbiqi üçün müxtəlif kontekstual 
amill
əri, təlimə mane olan müxtəlif əngəlləri aradan qaldırmalıdır. Buna görə də müəllimlərə 
t
əqdim olunan nəzəriyyə və biliklərin sabit toplusu yoxdur. Müəllimlər birlikdə tənqidi refleksiya 
f
əaliyyətində iştirak etməyə, həmçinin öz məktəb icmalarında öz vəziyyətlərini təhlil etməyə və 
yerli ç
ətinlikləri aradan qaldırmaq üçün yerli strategiyalar tapmağa həvəsləndirilməlidirlər.
Öyr
ənmə aktiv fəaliyyətdir 

əllimlər əldə etdikləri biliyi tətbiq etdikidə yaxşı nəticələr əldə olunur. Ənənəvi müəllim 
inkişafı prosesində öyrənmə çox zaman passiv xarakter daşıyır. Təlimçi ənənəvi olaraq, müəyyən 
m
əzmun təqdim edir. Bəzən təlimçi yeni məzmun təqdim etməzdən əvvəl iştirakçılar bu məzmunu 
müzakir
ə etməyə və öz fikirlərini bölüşməyə dəvət olunurlar. Bu yanaşma öyrənmə fəaliyyətinin 
çox passiv olmasına səbəb olur. Müəllimlər əsasən bilikləri qəbul edir, lakin bu bilikləri təcrübədə 
t
ətbiq etməyi öyrənmirlər və bununla bağlı dəstək almırlar. Aktiv təlim isə qrup müzakirələri və ya 
seminarlarda keçiril
ən oyunlarla məhdudlaşmır. O, yeni konsepsiya və təcrübələrlə geniş şəkildə 
işləməyi və əsas anlayışların və prinsiplərin real vəziyyətlərdə tətbiqini ehtiva edir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin