2.3.17. Texniki t əchizat M
əktəblərin lazımi texniki təchizata malik olmaması uşaqların məktəbə gəlməməsinin
s
əbəblərindən biridir. Məsələn, menstruasiya dövründə olan yeniyetmə qızlar üçün ayrıca sanitar
qovşaqların olmaması onları məktəbə gəlməkdən çəkindirir. Texniki təchizatın olmaması xüsusilə
əlilliyi olan uşaqlara mənfi təsir göstərir. 2.3.18. Hazırlıq F
ərqli mənsubiyyətlərə və bacarıqlara malik olan uşaqların məktəbdən kənarda
qalmasının səbəblərindən biri məktəbin və müəllimlərinin onlara dərs keçməyə hazır
olmamasıdır. Onlar bu uşaqlara necə dərs keçmək lazım olduğunu bilmirlər, çünki bu uşaqların
öyr
ənməsinə kömək etmək üçün zəruri hazırlıq keçməyiblər. Nəticədə bu uşaqlar məktəbə
g
əlsələr də, keyfiyyətli təhsil ala bilmirlər. 2.3.19. Sinifl ərin ölçüləri, resurslar və iş yükü Sinifl
ərdə uşaq sayının çox olması probleminə bütün ölkələrdə rast gəlinir və uşaqların
t
əhsilə cəlb edilməsinə mane olur. Müəllimlər ağır iş yükü götürür və daha gərgin olurlar. Qeyd
etm
ək lazımdır ki, sinfin ölçüsü inklüziv təhsilin uğurlu olması üçün əhəmiyyətli amil deyil ̶ əgər
münasib
ətlər müsbət və əlverişli olarsa, fərqli bacarıqlara malik uşaqlar təlim prosesinə asanlıqla
c
əlb olunurlar.
Mövzu 3. TƏHSİLDƏ İNAM, PAYLAŞMA VƏ DƏSTƏK MÜHİTİNİN FORMALAŞDIRILMASI 3.1. Mü əllimlər necə öyrənirlər? Öyr ənmə davamlı fəaliyyətdir. Öyr
ənmə bir günlük seminarlarda və ya təlim sessiyalarında baş vermir. Müəllimlər nadir
hallarda seminarlardan ekspert s
əviyyəsində biliklər və yeni ideyaların tətbiqi üçün bütün zəruri
bacarıqları əldə edirlər. Müəllimlərin yeni təcrübəni tam başa düşməsi və tətbiq edə bilməsi üçün
onlara vaxt, eyni zamanda yeni konsepsiya v
ə təcrübələrin içərisində olmaq lazımdır. Müəllim
inkişafı yalnız davamlı və fasiləsiz olduğu halda baş tutur.
Mü
əllimlərin öyrənməsi üçün ən yaxşı
mühit öz m
əktəbləridir.