“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı


Ədalətlilik və bərabərliyə münasibətlər



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   ...   5   6   7   8   9   10   11   12   ...   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali

Ədalətlilik və bərabərliyə münasibətlər
İnklüziv olmaq hər kəsə bərabər şəkildə qiymət vermək, müxtəlifliyə hörmət etmək və 
q
əbul etmək deməkdir. Yalnız bu yolla əlilliyi olan uşaqların ehtiyaclarına cavab vermək, onların 
k
ənarlaşdırılmamasını təmin etmək və məktəblərin inklüziv olması üçün dəyişiklik etmək 
mümkündür. 


12 
2.3.1. Öyr
ənmə və iştiraka əngəl olan potensial maneələr
Biz uşaqların təhsil almaq və öyrənmək imkanını çətinləşdirən maneələri müəyyən edə 
bil
ərik. Lakin vurğulamaq lazımdır ki, məktəbə getməməyə və ya öyrənməməyə görə məsuliyyəti 
heç vaxt uşağın üzərinə qoymamalıyıq. Mənsubiyyətindən asılı olmayaraq və həyat şəraiti nə 
q
ədər çətin olursa-olsun, bütün uşaqların təhsil almaq hüququ vardır. Uşaqların təhsil almağa 
çalışarkən üzləşdikləri maneələri aşkar etmək və aradan qaldırmaq məktəbin və cəmiyyətin 
v
əzifəsidir. Çox zaman eşitdiyimiz fikirlərdən biri budur: “Uşaq dərsə getmək istəmir”. Bu, uşağın 
niy
ə məktəbə getmək istəməməsi və məktəb və cəmiyyətin bunu dəyişmək üçün nə edə biləcəyi 
il
ə bağlı müzakirə və refleksiyaya başlamaq üçün yaxşı başlanğıc nöqtədir. 
 
Potensial mane
ələr: 
2.3.2. 
İşləmək zərurəti 
B
əzi uşaqlar məktəbə getmək əvəzinə, işləmək məcburiyyətindədirlər. Bu, ailənin 
dolanışığını təmin etmək üçündür. Bu ailələr və uşaqlar uzunmüddətli perspektivdə təhsilin 
faydasını görmürlər. Onlar yoxsul, yaşamaq üçün əlavə gəlirə ehtiyacı olan və ya siyasi 
münaqişələrin mənfi təsirinə məruz qalmış ailələrdir. İşləyən uşaqların bəziləri öz ailələri ilə az 
t
əmasda olurlar və ya heç olmurlar, küçələrdə yaşayırlar. Onların istismar və sui-istifadə ilə 
üzl
əşmə riski yüksəkdir.  

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin