İnklüziv dəyərlər çiçəyi
Müdriklik
Mərhəmət
İnam
Cəsarət
İnklüziv
dəyərlər
Bərabərlik
İştirak
İcma
Fərqliliyə hörmət
Dayanıqlılıq
Zorakılıqdan
imtina
Hüquqlar
Dürüstlük
Sevinc
Sevgi
Gözəllik
Ümid
8
Mövzu 2.
ƏLİLLİYİN SOSİAL MODELİ
2.1.
Əlillik nədir: sosial və tibbi yanaşma
“Əlilliyi olan şəxslər” kimdir?
Konvensiyanın 1-ci maddəsinə əsasən “Əlilliyi olan şəxslər müxtəlif maneələrlə qarşılaşarkən
c
əmiyyətin həyatında tam və səmərəli iştiraka mane olan fiziki, psixi, əqli və ya hissiyyat
pozuntuları olan insanlardır”. Tərifə əsasən şəxsi əlil edən şey onun məhdudiyyəti ilə ətraf
mühitd
əki maneələr arasındakı əlaqədir.
Əlilliyə tibbi yanaşma
Əlilliyin tibbi modeli fərdə köklənir, onu problemi olan insan kimi təsvir edir. Bu yanaşma şəxsin
c
əmiyyətdə fəal olmamasına şərait yaradan amilləri və ya maneələri nəzərə almır. İnklüziv təhsil
kontekstind
ə isə tibbi yanaşma əlilliyi olan uşaqların məktəbdə öyrənmək və səmərəli şəkildə
iştirak etmək imkanlarını məhdudlaşdırır. Əlilliyə tibbi yanaşma insan hüquqlarına əsaslanan
yanaşmanın dinamikliyini və kompleks xarakterini əks etdirmir, fərdə diaqnozu əsasında
baxmağımıza gətirib çıxarır. Nəticədə uşaq əlilliyə görə damğalanır, maneələri aradan qaldırmaq
v
ə təhsil sistemində islahat aparmaq əvəzinə uşaq problem olaraq qəbul olunur.
|