10
2.2. Dam
ğalanmanın mənfi təsirləri
D
amğalama
həm mənfi, həm də müəyyən dərəcədə faydalı ola bilər. Uşağın diaqnozunu
bilm
ək məktəbdə onun ehtiyac duyğuğu dəstəyi almasını təmin
etməkdə müəyyən dərəcədə
faydalı ola bilər. Lakin damğalama mühitin və sosial proseslərin yaratdığı maneələri nəzərə
almadığı üçün uşağın məktəb həyatına mənfi təsir edir.
Biz
əlilliyi olan uşağı tibbi diaqnozla damğaladıqda onun ehtiyacı olan dəstək barədə stabil
fikir yaradırıq. Damğalama problemi ondan ibarətdir ki, bəzən eyni diaqnozlu uşaqlara eyni dəstək
t
ələb olunmur.
Damğalama uşağın məhdudiyyətinin sabit olmadığını və zamanla dəyişə biləcəyini
n
əzərə almır. Biz hamımız yaşlandıqca müəyyən məhdudiyyətlər qazana bilərik. Damğalama,
h
əmçinin şəxsin güclü cəhətlərini və istedadını nəzərə almır. Bütün uşaqlar məktəbdə iştirak edə,
qarşılıqlı
ünsiyyətdə ola, öyrənə və mühitə uyğunlaşa bilərlər. Şəxsin məhdudiyyətinə görə
damğalanması bizi
onun qabiliyyətlərini, istedadını və istəklərini öyrənməkdən çəkindirə bilər.
Dostları ilə paylaş: