İnnovasiyalar texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix14.10.2022
ölçüsü1,17 Mb.
#65132
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
yazili resurslar

36
İNNOVASİYALAR


Müəllimlərin proyektorlardan tədris prosesində istifadəsi ilə bağlı şagirdlərin
cavablarının ümumi göstəriciləri belədir: heç vaxt istifadə edilmir – 23,3 faiz; ayda
1 dəfə istifadə edilir – 36,3 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 23,3 faiz, müntəzəm
olaraq hər gün istifadə edilir – 18 faiz. 
Təhlillər göstərir ki, tipik ümumtəhsil məktəbləri və «İlin ən yaxşı ümumtəhsil
məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə şagirdlərin əksəriyyəti tədris
prosesində bu tədris avadanlığının istifadə edilməsi ilə bağlı mənfi fikir bildirmişlər. 
Qrafik 7-də şagirdlərin məktəblərin tipinə görə, video, CD və DVD-lərdən tədris
prosesində istifadəsi ilə bağlı cavab göstəriciləri ifadə olunmuşdur.
Məktəblərin tipinə görə, ayrı-ayrılıqda alınan nəticələrə diqqət yetirək. Tipik
ümumtəhsil məktəblərində heç vaxt istifadə edilmir – 39 faiz; ayda bir dəfə istifadə
edilir – 45 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 14 faiz; müntəzəm olaraq hər gün
istifadə edilir – 2 faiz; «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinin qalibi
olan məktəblərdə: heç vaxt istifadə edilmir – 33 faiz, ayda bir dəfə istifadə edilir –
47 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 18 faiz, müntəzəm olaraq hər gün istifadə
edilir – 2 faiz.
«Elektron məktəb»lərdə müəllimlərin 46 faizi müntəzəm olaraq hər gün; 47 faizi
həftədə 2-3 dəfə tədris prosesində mövzuların məzmunu ilə bağlı video, CD və DVD-
lərdən istifadə edir. Ümumi şəkildə götürdükdə, «Elektron məktəb»lərdə işləyən
müəllimlərin 93 faizinin tədris prosesində ya müntəzəm olaraq hər gün, ya da
həftədə 2-3 dəfə video, CD və DVD-lərdən istifadə etdiyi vurğulanır.
37
http://journal.edu.az
Nərminə Məmmədova
Texnoloji avadanlıqların və resursların ümumtəhsil məktəblərində istifadəsinə dair araşdırma
Qrafik 6. 
Proyektorlardan istifadə ilə bağlı şagirdlərin cavab göstəricilərinin
cavablarının paylanması


Qrafik təsvirə görə, hər üç məktəb tipində müəllimlərin tədris prosesində video,
CD və DVD-lərdən istifadə etməsi üzrə ümumi göstəriciləri belədir: müntəzəm
olaraq hər gün istifadə edilir – 17,3 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 26 faiz;
ayda 1 dəfə istifadə edilir – 32,3 faizi; heç vaxt istifadə edilmir – 24 faiz.
Tipik ümumtəhsil məktəbləri və «İlin ən yaxşı ümumtəhsil məktəbi»
müsabiqəsinin qalibi olan məktəblər üzrə şagirdlərin əksəriyyəti video, CD və DVD-
lərdən tədris prosesində istifadə edilməsi ilə bağlı mənfi cavab vermişlər. Burada
diqqət çəkən mühüm məqamlardan biri, şagirdlərin digər suallara verdikləri ca-
vablarla bu suala verdikləri cavablar arasında uyğunluğun olmasıdır.
Qrafik 8-də anket sorğusunda iştirak edən şagirdlərin tədris prosesində qəzet,
jurnal və s. kimi yazılı resurslardan istifadə edilməsi ilə bağlı suallara verdikləri
cavabların faiz göstəriciləri ifadə olunub.
Qrafikə əsasən məktəblərin tiplərinə görə, tədris prosesində müəllimlərin qəzet,
jurnal və s. kimi yazılı resurslardan istifadəetmə göstəricilərinə diqqət yetirək. Tipik
ümumtəhsil məktəblərində: heç vaxt istifadə edilmir – 41 faiz; ayda 1 dəfə istifadə
edilir – 45 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 14 faiz; «İlin ən yaxşı ümumtəhsil
məktəbi» müsabiqəsinin qalibi olan məktəblərdə: heç vaxt istifadə edilmir – 36 faiz;
ayda 1 dəfə istifadə edilir – 46 faiz; həftədə 2-3 dəfə istifadə edilir – 18 faiz; «Elektron
məktəb»lərdə: heç vaxt istifadə edilmir – 2 faiz; ayda 1 dəfə istifadə edilir – 5 faiz;
həftədə 2-3 dəfə istifadə edilir – 47 faiz; müntəzəm olaraq hər gün istifadə edilir –
46 faiz.
AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №2

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin