İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


XIX əsrin II yarısında Azərbaycan mədəniyyəti



Yüklə 436,25 Kb.
səhifə82/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   78   79   80   81   82   83   84   85   ...   109
tarix

4.XIX əsrin II yarısında Azərbaycan mədəniyyəti.

1872-ci il 13 may Əsasnaməsi ilə Şimali Azərbaycanın bütün qəza məktəbləri 6 illik təhsil verən pullu şəhər məktəblərinə çevrildi.

1874-cü il 24 may Əsasnaməsi ilə 3 və 5 illiktəhsil verən kənd ibtidai məktəbləri açıldı. Belə məktəblərdə kəndlilərin uşaqları oxuyur vətəhsil yalnız rus dilində aparılırdı. Ümumiyyətlə, ibtidai məktəblərin saxlanılması xərclərini yerli şəhər idarələri və yaxud kənd cəmiyyətləri ödəyirdi. Rusiya hökuməti tərəfindən Şimali Azərbaycanda gimnaziya tipli ilk rus dilli orta təhsil müəssisəsi 1865-ci ildə açılmış Bakı Realnı məktəbi idi. 1881-ci ildə isə Gəncədə də belə bir gimnaziya fəaliyyətə başladı. Qadınlara orta təhsil vermək üçün Bakıda 1874-cü ildə ilk qadın gimnaziyası (Nina qız məktəbi) açıldı. Orta məktəblərdə təhsil pullu idi və Universitetlərə qəbul olunmaq hüququ ancaq gimnaziya məzunlarına verilirdi.

Azərbaycan məktəblərində dərs demək üçün müəllim kadrlarının hazırlanmasında 1876-cı ildə açılmış Qori müəllimlər seminariyasının, xüsusilə M.F.Axundovun və A.O.Çemyayevskinin səyləri ilə bu seminariyanın 1879-cu ildən fəaliyyətə başlayan Azərbaycan şöbəsi böyük rol oynamışdı. 1899-cu ilədək, yəni iyirmi il ərzində Qori seminariyasında 89 nəfər azərbaycanlı müəllim hazırlanmışdı. Azərbaycanın maarifçi ziyalılarının təşəbbüsü və inadkarlığı hesabına XIX əsrin 80-ci illərində rus - tatar məktəbləri açılmasına başlandı. Əsas məqsəd azərbaycanlı şagirdləri orta məktəbəhazırlamaq idi. İlk belə məktəb Bakıda 1887-ci ildə gənc pedaqoqlar olan Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən yaradılmışdı. Digər rus məktəblərindən fərqli olaraq 1881-ci il Əsasnaməsinin tələbləri rəhbər tutularaq belə məktəblərdə birinci tədris ilində Azərbaycan dili məcburi fənn kimi keçilirdi. 1899-cu ilin sonunda Şimali Azərbaycanın bütün rus-tatar məktəblərində təhsil alan 837 şagirdin demək olar ki, hamısı azərbaycanlı idi.

XIX əsrin 60 - 90-cı illərində Şimali Azərbaycanda "üsuli - cədid" tipli yeni məktəblər açılmağa başladı. İlk belə məktəbi Seyid Əzim Şirvani

1869-cu ildə Şamaxıda açmışdı. 1882-ci ildə Ordubadda, 1894-cü ildə Naxçıvanda «üsuli - cədid» məktəblərinin açılmasında Məmməd Tağı Sidqinin böyük rolu olmuşdu. "İran maarifinin atası" sayılan Mirzə Həsən Rüştiyətərəfindən 1883-cü ildə İrəvanda, 1887-ci ildə isə Təbrizdə «üsuli - cədid» məktəbləri açılmışdı. «Üsuli - cədid» məktəblərində tədris yeni usulla aparılırdı və hərf - heca üsulundan daha səmərəli səs üsuluna keçilmişdi. Bu məktəblərdə ilk dəfə olaraq elmi biliklər xalqımızın doğma ana dilindəaparılırdı. Rus dili də tədris olunurdu. Əzbərləmə sistemi əvəzinə şüurlu mənimsəmə üsulu tətbiq edilir, cismani cəza verilmir, şagirdlərlə insan kimi rəftar olunur və müasir tədris avadanlıqlarından istifadə edilirdi.

Elm. XIX əsrdə yaşayıb - yaratmış Abbasqulu Ağa Bakıxanov (1794 - 1846) Şərq dilləri və ədəbiyyatının böyük bilicisi kimi tanınsa da, Vətənimizin tarixini ilkin mənbələr əsasında bütöv şəkildə araşdırmağın zəruriliyini ilk dərk edən görkəmli Azərbaycan tarixçisidir. Çoxillik elmi araşdırmaların nəticəsi kimi 1841-ci ildə tamamladığı «Gülüstani - İrəm» əsəri Vətənimizin tarixinin qədim zamanlardan 1813-cü il Gülüstan sülhünəqədər olan dövrünü əhatə edir.

XIX əsrdə Azərbaycanın ayrı-ayrı xanlıqlarının tarixi üzrə yazılmış salnamələr içərisində Mirzə Adıgözəl bəyin 1845-ci ildə tamamladığı «Qarabağnamə», Mirzə Camal Cavanşirin 1847-ci ildə yazdığı «Qarabağ tarixi», Kərim Ağa Fatehin 1829-cu ildə yazdığı «Şəki xanlarının müxtəsər tarixi», İsgəndər bəy Hacmskinin 1847-ci ildə yazdığı «Qubalı Fətəli xanın həyatı», Mir Mehdi Xəzaninin 80-ci illərdə tərtib etdiyi «Qarabağ tarixi» əsərlərini xüsusi qeyd etmək lazımdır.

Bu dövrdə Azərbaycanda coğrafiya elminin inkişafında məşhur coğrafiyaşünas - səyyah Hacı Zeynalabdin Şirvani və A.A.Bakıxanovun əvəzsiz xidmətləri olmuşdur.

Nəinki Azərbaycanın, bütövlükdə Rusiya şərqşünaslıq elminin inkişafında Azərbaycan alimləri Mirzə Cəfər Topçubaşov (1790 - 1869) və MirzəKazımbəy (1802 - 1870) böyük rol oynamışlar.

M.C.Topçubaşov iyirmi il (1829 - 1849) Peterburq Universitetindətürk və fars dillərindən dərs demiş, kafedra müdiri olmuş, Rusiya Arxeologiya cəmiyyətinin Şərq numizmatikası şöbəsinə başçılıq etmiş, Britaniya Kral Asiya cəmiyyətinin həqiqi üzvü olmuşdur.

Dünya şöhrətli şərqşünas - alim Mirzə Kazımbəy əvvəlcə Kazan Universitetində kafedra müdiri və dekan vəzifələrində çalışmış, sonra isəPeterburq Universitetində (1849 - 1870) elmi - pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1853-cü ildə Peterburq Universitetində Şərq dilləri fakültəsinin açılmasına nail olmuş və bu fakültənin ilk dekanı seçilmişdi. M.Kazımbəy Şərqşünaslıq elmində əldə etdiyi nailiyyətlərinə görə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Britaniya Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçilmişdi. Şərq dillərinin öyrənilməsi sahəsində əldə etdiyi böyük elmi nailiyyətlərə görə onu müasirləri «Rusiya şərqşünaslığının atası» adlandırırdılar.

Strasburq Universitetində təkcə ali təhsil almaqla kifayətlənməyən Möhsün bəy Xanlarov (1857 - 1921) Almaniyada məşhur üzvü kimyaçı alim Fittiqin laboratoriyasında elmi araşdırmalar apararaq dissertasiya müdafiə etmiş və kimya doktoru alimlik dərəcəsi almışdır.

XIX əsrin II yarısında Azərbaycanda biologiya, kənd təsərrüfatı vətəbabət elmlərinin inkişafında Həsən bəy Zərdabinin (1842 - 1907) xidmətləri böyükdür. H.B.Zərdabi 1865-ci ildə Moskva Universitetinin təbabət elmləri şöbəsini bitirmişdi. Vətənə qayıtdıqdan sonra H.B.Zərdabi çox geniş elmi, pedaqoji və publisistik fəaliyyət göstərmişdir.

Həkim A.Axundov Almaniyada təbabət sahəsində dissertasiya müdafiə etmişdi.

Milli mətbuat. «Əkinçi»yə qədər Tiflisdə rus dilində çıxan bir neçəqəzetə Azərbaycan-türkcəsində vərəq şəklində edilmiş Əlavələri saymasaq, Azərbaycanda başqa heç bir milli qəzet çap olunmamışdır. Azərbaycan milli-azadlıq hərəkatının banilərindən biri olan Həsən bəy Zərdabi milli mətbuatımızı yaratmaq üçün üç il ərzində məqsədyönlü şəkildə fəaliyyət göstərmiş, İstanbulda olaraq ərəbcə mətbəə hürufatı (şriftləri) əldə etmiş, Tiflisdən və başqa şəhərlərdən mətbəə avadanlıqları alıb gətirmişdi. Uzun yazışmalardan sonra 1875-ci il iyunun 22-də ilk milli qəzetimiz olan «Əkinçi» qəzetinin birinci nömrəsini çap etdirə bilmişdi. 1875 - 1877-ci illər ərzində«Əkinçi» qəzetinin 56 nömrəsi çapdan çıxmışdır. Ana dilində çap olunan «Əkinçi» qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Hətta Qərb ölkələrində də tanınan «Əkinçi» qəzeti bütün Şərq dünyasında Avropa üslubunda nəşr olunmuş ilk mətbuat orqanı idi.

Həsən bəy Zərdabi o dövrün görkəmli ziyalılarını qəzetin ətrafında birləşdirmişdi. Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani qəzetlə fəal əməkdaşlıq edirdilər. Mirzə Fətəli Axundov qəzetin çıxmasınıalqışlamış və ona öz məqalələrini göndərmişdi.

«Əkinçi» qəzeti mütərəqqi maarifçiliyi və demokratik ideyaları təbliğ etməklə yanaşı, xalqımızın milli şüurunu oyatmağa çalışır, ana dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. 1877-ci ildə Rusiya – Osmanlı müharibəsinin başlanması ilə əlaqədar Rusiya hökuməti qəzetin gizli şəkildəOsmanlıya rəğbətlə yanaşmasını nəzərə alıb, «Əkinçi»nin səhifələrində siyasi məsələlərə toxunulmasını qadağan etmişdi. 1877-ci ilin sentyabrında isəqəzetin bağlanması haqqında fərman verildi.

1879-cu ildə Tiflisdə Seyid Əfəndi Ünsizadənin redaktorluğu ilə«Ziya» adlı həftəlik qəzet çap olumnağa başladı. 1880-ci ildən qəzet «Ziyayi Qafqaziyyə» adlandırıldı. Azərbaycan dilində mətbəə üsulu ilə çap olunan bu qəzetin nəşri 1884-cü ilədək davam etdi. Seyid Ünsizadənin qardaşı Cəlal Ünsizadə Tiflisdə 1883-cü ildə türkcə ilk jurnal olan «Kəşkül»ün (ərəbcə«çanta» sözündən götürülüb, yəni həyatın hər sahəsindən məlumatları bir yerə toplayan deməkdir - Red.) nəşrinə başladı. 1884-cü ildə qəzetə çevrilən «Kəşkül»ün nəşri 1891-ci ilədək davam etmişdi. «Əkinçi»nin yolunu davam etdirən «Kəşkül» qəzeti demokratik və maarifçi ideyaları yaymaqla qalmır, milli və mədəni inkişafımızın yollarını da göstərməyə çalışırdı. Heç dətəsadüfi deyil ki, «Azərbaycan milləti» adını da ilk dəfə 1890-cı ildə məhz bu qəzet işlətmişdi.

Milli teatr. 1873-cü il martın 10-da Bakının realnı məktəbinin müəllimi Həsən bəy Zərdabi və onun şagirdi Nəcəf bəy Vəzirov tərəfindən MirzəFətəli Axundovun «Lənkəran xanının vəziri» pyesinin tamaşaya qoyulması Azərbaycanın mənəvi həyatında çox böyük hadisə oldu. Beləliklə, milli teatrımızın əsası qoyuldu. Bakı teatr həvəskarları qrupunun peşəkar aktyorlar truppasına çevrilməsini görən görkəmli xeyriyyəçi, xalqımızın rifahı və tərəqqisi yolunda böyük xidmətlər göstərdiyinə görə «millət atası» adını qazanmış Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə Bakıda teatr üçün bina tikdirdi.

XIX əsrin 70 - 90-cı illərində Bakı ilə yanaşı, Quba, Nuxa, Şuşa, Naxçıvan və İrəvanda da teatr tamaşaları göstərilirdi. 1895-ci ildə "Bakı Artistlər Cəmiyyəti" adlı təşkilat yaradılmışdı. Musiqi, rəssamlıq və memarlıq. XIX əsrdə Azərbaycanda aşıq musiqisi və muğam sənəti də inkişaf etməkdə idi. Aşıqlardan Molla Cümə, Aşıq Ələsgər nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da şöhrət qazanmışdılar. Azərbaycan muğam sənətinin Sadıqcan, Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu kimi nümayəndələrini nəinki Qafqazda,onun hüdudlarından kənarda da yaxşı tanıyırdılar.

XIX əsrdə Azərbaycan rəssamlığında portret janrı inkişaf etmişdi. Bu sahədə aparıcı rəssam Mirzə Qədim İrəvani həmin əsrin 50-ci illərindəİrəvan Xan sarayındakı Güzgülü salonun divar naxışlarının vurulmasında mühüm rol oynamış və «Cavan adam», «Oturmuş qadın», «Abbas Mirzə», «Şah Tələt» portretlərini çəkmişdir.

Dövrün digər rəssamı Mir Mövsüm Nəwab (1833 - 1918) miniatür və illüstrasiyalarla yanaşı, Əmir Teymurun portretini yaratmışdır.

Məşhur ustad Qəmbər Qarabağlı şagirdləri ilə birlikdə 1848 - 1851- ci ildə Şəki Xan sarayının divar rəsmlərini bərpa etmişdi.

XIX əsrin şəhərsalma və memarlığında Qasım bəy Hacıbababəyov böyük rol oynamışdır. Bu məşhur memar Bakı şəhərinin Parapet adlanan mərkəzi meydanının tikintisini həyata keçirtmişdir. Onun ən böyük tikililərindən biri də Böyük karvansara (indiki Araz kinoteatrının binası) hesab olunur. 1898-ci ildə görkəmli memar I.V.Qoslavskinin layihəsi əsasında H.Z.Tağıyevin xüsusi müsəlman qız məktəbinin inşasına başlanılmışdı.

Yüzilliyin sonunda Bakı şəhərində əsil bina tikintisi yarışı gedirdi. Bakı sahibkarlan bir - birinin bəhsinə ən gözəl və dəbdəbəli memarlıq abidələri tikdirirdilər. Yeni banalarda milli memarlıq və romantik üslublar ustalıqla uzlaşdırılırdı.

XIX əsr Azərbaycan poeziyasının digər görkəmli nümayəndəsi SeyidƏzim Şirvani (1835 - 1888) idi. Seyid Əzim poeziyasında da rus müstəmləkərejiminin Azərbaycan cəmiyyətinə gətirdiyi eybəcərliklər kəskin şəkildə tənqid olunur, xalqı gerilikdən və cəhalətdən xilas etməyin əsas yolu kimi maarifçilik ön plana çəkilirdi.

XIX əsr Azərbaycan poeziyasının daha bir görkəmli nümayəndəsi Mirzə Şəfi Vazeh (1792 - 1852) idi. XIX əsrin 40-cı illərinin sonunda Tiflisəgələrək Mirzə Şəfidən Şərq poeziyasını öyrənən Alman alimi Fridrix Bodenşted müəlliminin şerlərini alman dilinə tərcümə edərək 1851 -ci ildə«Mirzə Şəfi nəğmələri» adı altında bir kitab şəklində nəşr etdirmişdi. Almaniyada dəfələrlə nəşr olunan bu kitab tez bir zamanda demək olar ki, bütün Avropa dillərində, o cümlədən rus dilində çap olunur. Maraqlıdır ki, Mirzə Şəfinin əsərlərinin belə şöhrət qazanması onu Avropada təbliğ edən F.Bodenşteddə həsəd hissini o qədər gücləndirir ki, müəlliflik iddiasına düşür, şerlərin əsil müəllifinin onun özü olduğunu iddia etməyə başlayır.

XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, heç şübhəsiz Mirzə Fətəli Axundovdur (1812 - 1878). Nəinki Azərbaycan milli dramaturgiyasının, ümumiyyətlə müsəlman, türk dünyasında dramaturgiyanın banisi sayılan Mirzə Fətəli Axundov 1850 - 1855-ci illər arasında bu sahədə klassik nümunələr olan altı ölməz komediya yaratmışdır. Məhz onun bu əsərləri Azərbaycanın mədəni həyatında yeni bir hadisə olan Avropa tipli teatrın yaranmasına gətirib çıxartmışdır. «Şərqli Qoqol» adlandırılan M.F.Axundov əsərlərində millətimizin inkişafına mane olan nə varsa, onu kəskin şəkildə tənqid etməklə milli şüurumuzun oyanmasında öz əvəzsiz xidmətini göstərirdi.

1860 - 1865-ci illərdə yazdığı məşhur «Kəmalüddövlə məktubları» vədigər fəlsəfi əsərləri M.F.Axundovun tam demokratik, maarifçi bir dünyagörüşə malik olduğunu açıb göstərir. Mirzə Fətəli Axundov bir nəfərin vəyaxud bir sülalənin hamının və bütöv xalqların üzərində ağalıq etdiyi despotik hakimiyyətin və mütləq monarxiya üsul - idarəsinin qəti əleyhdarı olub, parlamentli, yəni seçkili-demokratik idarə formasının tərəfdarıkimi çıxış edirdi. Mirzə Fətəli Axundov «Müsyö Jordan və Dərviş Məstəli şah» əsərində Fransada baş vermiş 1848-ci il inqilabının təsirindən gec – tez digər şəhərlərin də obrazlı şəkildə «xarab olacağını», yəni dağılacağını bildirməklə, heç şübhəsiz ki, çar üsul-idarəsinin mərkəzi olan Peterburqu nəzərdətuturdu. Özünün məşhur «Hacı Qara» komediyasında isə çar müstəmləkəorqanları tərəfindən müsəlman türklərinə qarşı aparılan siyasətdə ermənilərin və ennəni məmurlarının bir alət olduğunu bədii obrazlar şəklində açıb göstərmişdir.

Mirzə Fətəli Axundov 1857-ci ildən etibarən türk dünyasında əlifba islahatı məsələsini irəli sürən ilk ziyalı hesab olunur. Bu məqsədlə Osmanlı dövlətinə öz layihəsini təklif etsə də, qəbul olunmamışdı. 1876-cı ildə Tiflisdə Qori Müəllimlər Seminariyasının türk-tatar bölməsinin açılması uğrunda mübarizəyə başlamış və onun bu arzusu ölümündən bir il sonra - 1879-cu ildə gerçəkləşmişdi.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin