İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə90/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   86   87   88   89   90   91   92   93   ...   109
tarix

1908-ci ilin iyunun 23- sahin göstərişi ilə rus kazak dəstələri məclisin paytaxtdakı Azərbaycan şurasının binasını top atəşinə tutdu ve məclisin dağıdıldı. Konstitusiyaya tərəftarları ve demokratik qüvvələrə divan tutulmasına başlandı. Cənubi Azərbaycanda ve onun esas şəhəri Təbrizdə eksinqilabi qüvvələrə amansızlığına baxmayaraq, encumanlar öz fəaliyyətini davam etdirirdi. 1908-ci ilin iyunun 23-də Tehranda eksinqilabi dövlət çevrilişi baş verdi. Konstitusiyaya tərəftarları və demokratik qüvvələrə divan tutuldu. İnqilabi sadiq ola qüvvələrə Səttarxanın ətrafında toplamağa başladılar.

1908-ci ilin iyunun 1-də şahın əmri ilə hökumət qoşunları ve İran ayri-ayri yerlərindən gəlmiş feodal dəstələri şəhəri üzərinə hücumlari keçirdi. 1908-ci iyunun 18-də Səttarxanın İnqilabı gedişində dönüş yaradan 1 fədəkarlıq göstərdi.

Silahlı qüvvələri hərbi cəhətdən təşkil etmək üçün Səttarxanın başçılığı ilə “Hərbi şura” yaradıldı. Oktyabrın eksinqilabı qüvvələr şəhərdən kenara çıxarıldı. Bu üsyançıların İran irticasi üzərində böyük qələbəsi idi.bu qələbələrə görə Səttarxan “serdare milli” (“millet serkerdəsi”), Bağır xan “salari-milli” adlandırılırdı. Rusiyanın “Novaya vremya” jurnalı onun İran İnqilabının Puqaçovu, Avropa metbuatı İran inqilabının Hannibalı adlandırırdı. Baki istisna olmaqla,Cenub Azərbaycanın bütün əyalətləri eksinqilabçılardan temizlendi.

Qafqazdan, Mərkəzi Asiyadan, Türkiyədən Təbriz İnqilabçılarına yardımlar və kömək göndərilirdi. Azərbaycan milyonçuları H.Z Tağıyev, N.Mütəllibov inqilabçılara pullu yardım etmişdilər.İstanbulda yaradılmış (1908) “Əncüməne-səadəte İraniyan” (“İranlıların saedət şurası”) üsyançılara silahla kömek edirdi.

Şah höküməti Azərbaycana qarşı yeni dəstələr göndərdi. Səttarxana ve Bağırxana qarşı fitnəkar tədbirlər hazırlayırdılar. 1909-cu ildə eksinqilabı qüvvələr Təbrizi mühasirəyə aldı. Şəhərdə aclıq başladı, vəziyyət pisləşdi. Belə bir şəraitdə 1909-cu il aprelin 25-də İngiltərə ilə elbir olan çarizim guya xarici təbeləri müdafiə etmək bahanəsi ilə Şəhərə qoşun yeritdi. Şah hökumətinin əsgərləri şəhərdən çıxdı, rus qoşunu mücahidələri tərkisilah etməyə başladı.

Gilan ve İsfahanda İnqilabı hərakat genişləndi. İnqilabçılar Teharanı ələ keçirdilər. 1909-cu ilin iyulun əvvəllərində Məmmədəli şah dəvrildi, onun 14 yaşlı oğlu Sultan Əhməd taxta çıxarıldı. Konistitusiya yenidən bərpa edildi. Mərkəzi hökumət İngiltərə və Rusiyanın təhriki ilə Səttarxan və Bağırxanı Təbrizdən çıxarmağa çalışırdı. Onları Tehrana dəvət etdilər. Əvvəl razı olmasalar da, qan tökülməsin dəyə, Tehrana getməyə razılıq verdilər. 1910-cu ilin martın 19-da onlar bir dəstə fədai ile Tehrana getdilər, onları Şəhərdə təntənə ilə qarşıladılar. 1910-ci il avqustun 7-də fədailərin toplandığı parka 7 min silahlı yeridildi. Döyüşdə fədailərdən 18 nəfər öldürüldü, 40 nəfər o cümlədən Səttarxan da yaralandı. Sonradan Səttarxan bu yaralardan öldü. Bir çox fədailəri həbs etdilər. Səttarxan ve Bağırxanın Azərbaycana qayıtmasını qadağan etdilər.

Təbrizə əks inqilabçıların hücumu davam edirdi. 1911-ci il dekabrın 20-də şəhərə hücuma başlayan çar qoşunları dekabrın 28-də onu ələ keçirdi. İnqilabı qüvvələri təqib edir və onlara amansız divan tuturdular. 1905-1911-ci illərdə İran burjua inqilabı Azərbaycandakı inqilabi hərakat xarici müdaxiləçilərin-İngiltərə və Rusiyanın fəal iştirakı ilə yatırıldı. İnqilab Azərbaycan xalqının ictimai-siyasi və milli şüurunun inkişafında böyük rol oynadı.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin