4.Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı.
Cənubi Azərbaycan xalqının İran despotizminə və xarici müstəmləkəçiliklərə qarşı mübarizənin ən parlaq səhifələrindən biri 1905-1911-ci illər İran inqilabı idi. XX əsrin əvvəllərində İranda feodal istismarı gücləndi, ölkənin Rusiya və İngiltərənin yarımmüstəmləkəsinə çevrilməsi təhlükəsi yarandı, möhtəkirlik artdı, maliyyə sistemində böhran gücləndi. Bütün İranda olduğu kimi, Cənubi Azərbaycanda da narazılığı artırdı. Yeni yaranan burjuaziya ölkədə qanun-qayda yaradılmasını, xüsusi mülkiyyətin qorunmasını, ölkədə xarici kapitalın nüfuzunun məhdudlaşdırılmasını tələb edirdi. Bütün bunlar ölkədə inqilabı hərəkatın baş versinə şərait yaratdı.
Dostları ilə paylaş: |