1905-ci il dekabrın 12-də qəndin bahalaşmasına etiraz olaraq, Tehranda bazar bağlandı. Bunun ardınca tacir və sənətkarlar, burjua nümayəndələri, liberalruhlu ruhanilər müqəddəs yerlərdə bəstə oturdular və bununla da İran inqilabı başlandı. Təbriz, Tehran, Girman, Şiraz və başqa şəhərlərdə numayiş kecirildi.
İnqilab istirakçılarının əsas tələbləri məşrutənin (konstitusiyanın) qəbul edilməsi, məclis çağırılması , xarici məmurlarin vəzifədən kənərlaşdırılması və ölkədən qovulması kimi məsəlləsrin həllindən ibarət idi. 1906-ci il avqustun şah məşrutə (konstitusiya) qəbul esilməsi və məclisə seçkilər keçirilməsi haqqında fərmanı verdi. Lakin bu vəd yerinə yetirilmədi. Sentyabrın 20-də bir dəstə ruhani Təbrizdə ingilis konsolluğunda “Samsaxan” məscidində bəsdə oturdular. Şəhərdə mitinq, nümayiş və tətillərin arası kəsilmirdi. Şah məclisə seçkilər keçirilməsinə razılıq verdi. Bu, xalqın irtica üzerində ilk qələbəsi idi. Təbrizdə baş verən hadisələr 1904-cü ildə yaradılmış “İctimaiyyune-amiyyun” (“Mücahid”) sosial demokratik qrupu rəhbərlik edirdi. Təbrizdə təşkil olunmuş “Gizli mərkəz” geniş fəaliyyət göstərdi.
1906-cı ilin sentyabrında Təbrizdə məclisə seçkilər başlandı. Bu məqsədlə əvvəlcə hərəkatın başçılarından ibarət Əncuman (şura) seçdi. Bu şura ən çox “Azərbaycan əyalət şurası” kimi tanınırdı. Yerlərdəki şuralar Cənubi Azərbaycanın şəhər və kəndlərində yaradılmış demokratik hakimiyyət orqanı idi və İnqilab dövründə demokratik qayda-qanunların yaradılmasında böyük rol oynadı. İnqilabın silahlı mücahid dəstələri yaradıldı. Azərbaycandan məclisə deputatlar seçildi və sonra onlar Tehrana yola düşdülər. Ölüm yatağında olan Müzəffərəddin şah 1906-cı il dekabrın 30-da konstitusiyanı imzaladı və konstitusiya qüvvəyə mindi. Lakin 1907-ci il yanvarın 19-da taxta çıxan Məmmədəli şah konstitusiyanı tanımaqdan imtina etdi.
Dostları ilə paylaş: |