Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur.
Protokol №8, 14.02.2018
Bakı-2018
1.XIX əsrin başlanğıcında Azərbaycanın daxili vəziyyəti. Rusiya işğallarının başlanması.
XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti. XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi.
Ağa Məhəmməd xan Qacar XVIII əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın cənubundakı xanlıqları özünə tabe etdi. Osmanlı sarayına elçi göndərdi. Sultan bildirdi ki, Qacar Gürcüstanı ələ kecirəcəyi halda onu İran şahı kimi tanıyacaqdır. 1791-ci ildə Osmanlı dövləti ilə müharibəni qələbə ilə başa vuran Rusiya Yassı sülhünü imzalamaqdan sonra Cənubi Qafqazda fəallaşdı. Şimali Azərbaycan xanları da qacarın hücum təhlükəsi qarşısında kömək ücün Rusiyaya müraciət etdilər.