İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə74/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   70   71   72   73   74   75   76   77   ...   109
tarix

1796-cı ilin əvvəlində rus ordusu Gürcüstana daxil oldu və oradan Gəncəyə hücum etdi. Cavad xan xərac ödəməyə razılıq verdi və şəhəri dağıntıdan xilas etdi. Digər rus ordusu V.Zubovun başçılığı ilə Dərbəndə yaxınlaşdı. II Yekaterina Azərbaycan əhalisinə manifestlə müraciət etdi. Bu zaman qubalı Şeyxəli xan qonşu xanlardan yardım istədi. Yalnız bakılı Hüseynqulu xan müraciətə cavab verdi. Zubovun ordusu Dərbəndi tutdu və qalanın idarəsini Şeyxəli xanın bacısı Pəricə xanıma tapşırdı. Yayda Quba, bakı işğal edildi. Rus ordusu Pirsaatda düşərgə saldı. Şamaxılı Mustafa xan və qarabağlı İbrahim-Xəlil xan Zubovun yanına hədiyyələr göndərib Rusiyaya itaət vəd etdilər. Qubalı Şeyxəli xan, şəkili Səlim xan və bəzi Dagıstan hakimləri isə Rusiya işğalına qarşı çıxdılar və Zubova qarşı sui-qəsd etdilər. Lakin qəsd baş tutmadı. 1796-cı ilin sentyabrında Quba və Qazıqumuq xanlarının birləşmiş qüvvəsi Qubanın Alpan kəndi yaxınlığnda rus hərbicilərini məğlub etdi.Əlavə qüvvə gəldikdən sonra rus ordusu oktyabrda Gəncəni işgal etdi. Lakin noyabrda II Yekaterina öldü və oğlu I Pavel hakimiyyətə gəldi. O, anasına nifrət etdiyi ücün əks siyasət yeritdi və rus qoşununu Azərbaycandan geri cagirdi.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin