İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Çarizmin Azərbaycanda yaratdığı idarəçilik. Müstəmləkə zülmünə qarşı çıxışlar və üsyanlar. Babilər hərəkatı



Yüklə 436,25 Kb.
səhifə77/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   73   74   75   76   77   78   79   80   ...   109
tarix

3.Çarizmin Azərbaycanda yaratdığı idarəçilik. Müstəmləkə zülmünə qarşı çıxışlar və üsyanlar. Babilər hərəkatı .

Gülüstan müqaviləsindən sonra Rusiya ələ keçirilmiş torpaqlarda möhkəmlənməyə başladı. Qafqazdakı rus qoşunlarının baş komandanı olub, Rusiyanın bölgədə müstəmləkəçilik siyasətini ardıcıl şəkildə həyata keçirən general A.P.Yermolov (1816 - 1827) özünün sağ əli saydığı erməni əsilli çar generalı knyaz R.Q.Mədətov vasitəsilə Rusiya ilə müqavilə bağlamış xanlıqlara təzyiqi artırmağa başladı. Onların məkrli planlarının ilk qurbanı 1814-cü ildə atası Cəfərqulu xanın yerinə Şəki hakimi təyin edilmiş İsmayıl xan oldu. Kürəkçay müqaviləsinin şərtlərinə əməl etməkdən boyun qaçıran və rus hökumətinə illik bacın ödənilməsi, rus qoşunları üçün taxıl ayrılması kimi tələbləri yerinə yetirməyib, müstəqilləşməyə çalışan İsmayıl xan (çox cavan olub, hətta heç evlənməmişdi) 1819-cu ildə Şəkidə Xan bağındakı qonaqlıqda R.Q.Mədətovun əli ilə yeməyinə zəhər qatılaraq öldürüldü. Rus hökuməti elə həmin il Şəki xanlığını ləğv edərək əyalətə çevirdi.

Ağasının tapşırığı ilə Şamaxı hakimi Mustafa xanı guya Qacarlarla əlaqə saxlamaqda, əhalini ruslara qarşı silahlandırmaqda ittiham edən R.Q. Mədətov xanı elə çıxılmaz vəziyyətə saldı ki, hökumət qarşısında özünü təmizə çıxarmağın mümkünsüzlüyünü görən Mustafa xan yaxın ətrafı ilə qaçaraq Cənubi Azərbaycanda Abbas Mirzəyə sığındı. Erməni R.Q.Mədətov Qarabağ hakimi Mehdiqulu xana qarşı xüsusilə amansız davranırdı. A.P.Yermolovla qurduqları məkrli plan əsasında 1818 - 1820-ci illərdə xandan knyaz R.Q. Mədətovun «Qarabağdakı dədə-baba torpaqlannı» geri qaytarmağı tələb edirdi. Çarəsiz Mehdiqulu xan A.P.Yermolovun tələbi ilə ata-babasından heç bir mülkü qalmayan və vergi verən zümrədən olan R.Q.Mədətova 1500 kəndli ailəsinin yaşadığı bir neçə kəndin "qaytarılması" haqqında saxta fərman imzalamağa məcbur oldu. Əsl saxtakarlıq bundan sonra başladı. Xan fərmanına R.Q.Mədətov Qarabağda istədiyi kəndlərin adını əlavə etdikdən sonra A.P.Yermolovun xüsusi səyləri ilə belə bir qondarma sənəd 1821-ci ildə rus çarı I Aleksandr tərəfindən təsdiq edildi. Mənbələrdə yazıldığı kimi, heç bir əsil-nəcabəti olmayan R.Q. Mədətov bu üsulla az qala Qarabağın yarısına yiyələnmişdi. Knyaz R.Q. Mədətov Şirvanda həyata keçirtdiyi hədə - qorxu, şər yaxmaq taktikasını Qarabağda da işə saldı, Mehdiqulu xanın da cənuba - Abbas Mirzənin yanına qaçmasına nail oldu. Beləliklə, Kürəkçay müqaviləsi ilə xanlıqların "bütövlüyünün saxlanmasına imperator zəmanəti verən" çar hökuməti imzaladığı bütün andlaşmalanı pozub atdı.

Ləğv edilmiş üç xanlığın yerində Müsəlman əyalətləri hərbi dairə rəisliyi yaradıldı, iqamətgahı Şuşada yerləşən bu idarəyə knyaz Mədətov başçı təyin edildi. Bundan sonra müsəlmanlar yaşayan torpaqlarda əsl rus - erməni siyasətinin yeridilməsinə başlandı. Müsəlman əyalətlərindəki rus qoşun dəstələrinin də başçısı sayılan Mədətov, xüsusilə Qarabağda müsəlman bəylərini sıxışdırır, vəzifədən uzaqlaşdırır, yerlərinə erməniləri təyin edir və müsəlman əhalisini amansızlıqla soyub talayırdı.

1826-cı ildə Şimali Azərbaycanda rus müstəmləkəçiliyinə qarşı ümumi üsyan baş verərkən əhalinin hədsiz nifrətini qazanmış erməni Mədətovun Qarabağda ələ keçirtdiyi malikanələri əhali tərəfindən yandırılmışdı. Rus mənbələrinin yazdığına görə, "Mədətov əhalini o dərəcədə cana yığmışdı ki, müsəlmanlarda qəbirə toxunmaq ən böyük günah sayıldığı halda, Mədətovun ata-babalarının qəbirləri dağıdılmış və murdarlanmışdı." Yuxarıda gətirilən faktlar Rusiyanın Azərbaycana gətirdiyi «əbədi xoşbəxtlik və fıravanlığ»ın bir qismidir. Bu, həm də Qafqazda rus müstəmləkəçiliyinin erməni formasında təzahürünün bariz nümunələrindən biridir.

Lənkəran xanlığı ilə "yaxşı münasibətlərdə" olan Rusiya hökumətinin təzyiqləri altında 1826-cı ildə Mirhəsən xan qaçaraq Abbas Mirzəyə sığınmağa məcbur oldu. Çar hökuməti bu xanlığı da ləğv edərək əyalətə çevirdi.

Rusiya Şimali Azərbaycanın işğalı prosesində xanlıqları ləğv edərək əyalətə çevirmiş, xanlıq idarə - üsulunu komendant idarə sistemi ilə əvəz etmişdi. Komendant idarə üsulu hərbi işğal və hərbi feodal səciyyəsi daşıyırdı. Rus zabitlərindən təyin olunan komendantlar əyalətin sosial - iqtisadi həyatına aid olan bütün məsələləri həll etmək səlahiyyətlərinə malik idilər. Əyalət məhkəməsinə də sədrlik edən komendantlar ruslara sədaqətli olan bəylərdən mahal naibləri təyin edirdilər.

Ali ruhani zümrəsinin nəzarəti altında olan şəriət məhkəmələri saxlanılsa da, onlar yalnız ailə - nigah və vərəsəlik kimi mülki işlərlə məşğul ola bilərdilər. Qafqazın Baş komandanının nəzarəti altında olan hərbi məhkəmələrdən rus işğalına qarşı çıxan bəylərə, ruhanilərə və kəndlilərə qarşı istifadə olunurdu. Bu məhkəmələr daha tez qərar verir və çox zaman ölüm cəzası verməsi ilə digər məhkəmələrdən fərqlənirdi.

Rus işğalı (1801 - 1828) və işğaldan sonrakı ilk illərdə Qafqazın baş komandanının Şimali Azərbaycanda yeritdiyi siyasətdən cəmiyyətin bütün təbəqələri narazı idi. Ruslara qarşı çıxan ali zümrənin nümayəndələri edam, həbs və sürgün edilir, onların əmlakları dərhal müsadirə olunub dövlət xəzinəsinin ixtiyarına keçirdi. Baş Komandanın hazırladığı 1818-ci il Əsasnaməsi ilə Qazax, Şəmşəddil və Borçalı ağalarının, 1817-ci il və 1824-cü il Sərəncamları ilə Quba bəylərinin, 1824-cü il Sərəncamı ilə Qarabağ bəy və ağalarının kəndli və torpaq huquqlanna sarsıdıcı zərbələr vurulmuşdu.

Bu dövrdə Azərbaycan kəndi bütövlükdə rus ordusunun ərzaq və digər ləvazimatlarla təmin olunması vəzifəsindən tamamilə asılı vəziyyətə salınmışdı. Ağır bacqoyma və vergi sistemi, vergilərin soyğunçu və amansız erməni tacirlərinə iltizama verilməsi, komendantların və digər rus məmurlarının qanunsuzluğu və hər cür özbaşınalığı bütün əhalini rus müstəmləkə orqanlarından narazı salmışdı. Çar I Nikolayın Cənubi Qafqazdakı vəziyyəti dərindən öyrənmək üçün senatorlar qraf P.İ.Kutaisov və Y.İ.Meçnikovun başçılığı ilə göndərdiyi komissiya 1829 - 1830-cu illərdə müsəlman əyalətlərində təftiş apararaq maliyyə - vergi sistemində hədsiz sayda çoxlu özbaşınalıqlar üzə çıxartmışdı. Senatorların fikrinə görə, belə ağır vəziyyət rus məmurları tərəfindən vergilərin çox zaman normadan ikiqat - üçqat yığılması, vergi yığılmasının onlann sözləri ilə deyilsə, "acgöz erməni tacirlərinə iltizama verilməsi", savaşların gedişində müflisləşən kəndlilərin taxılı xəzinəyə dəyərindən 8-10 dəfə ucuz satmağa məcbur edilməsi, hətta bu məbləğin də çox zaman onlara ödənilməməsi nəticəsində yaranmışdı.

Çar senatorları çara və ədliyyə nazirinə göndərdikləri raportlarda yazırdılar: "müsəlman əyalətlərində rus dairə rəislərinin, komendantların azğınlığından və əhalinin çəkdiyi əzab - əziyyətdən adam dəhşətə gəlir. Burada insan ləyaqəti tapdalanmış, hər cür ədalət unudulmuş, qanun isə yalnız əsarət aləti olmuşdur. Diyarın müsəlman əhalisinin səbr kasası dolmuş, ancaq xoşbəxtlikdən daşmamışdır."

Rusiyanın bölgədə müsəlman əyalətlərində qurduğu müstəmləkə rejimi və açıq qarət sistemi işğaldan bir qədər sonra müstəmləkə əsarətinə qarşı üsyanlara gətirib çıxartdı.

Rusiya hökumətinin müxtəlif yerlərdən bölgəyə yad olan xristian əhalini köçürərək yerləşdirməsi Azərbaycan kəndində torpaq azlığına gətirib çıxartmışdı. Milli və dini ayrı - seçkiliyə uğrayan yerli əhali çar hökumətinin bu siyasətindən çox narazı idi.

İnzibati - məhkəmə islahatı. XIX əsrin 30-cu illərində baş vermiş üsyanlar yatırıldıqdan sonra çar hökuməti Cənubi Qafqazda inzibati - idarə sistemini dəyişdirmək və bu sistemi ümumimperiya inzibati - ərazi bölgüsünə uyğunlaşdırmaq üçün islahatlar hazırlamağa başladı. Uzun müzakirələrdən sonra çar I Nikolay 1840-cı il aprelin 10-da komendant idarə üsulunun ləğv edilməsi və Cənubi Qafqazda inzibati-məhkəmə islahatı haqqında qanun imzaladı. 1841 -ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna görə komendant idarə üsulu ləğv olunur və Cənubi Qafqaz inzibati cəhətdən iki yerə bölünürdü: 1. Gürcüstan - İmeretiya quberniyası 2. Xəzər vilayəti.

Bu qanunda Şimali Azərbaycan torpaqlarının vahid inzibati bölgüdə birləşdirilməsi nəzərdə tutulmamışdı və xalqımızın sosial - hüquqi, etnik və mədəni xüsusiyyətləri çox az nəzərə alınmışdı. Şamaxı, Qarabağ, Şəki, Bakı, Quba, Lənkəran və Dərbənd qəzaları mərkəzi Şamaxı olan Xəzər vilayətinin tərkibinə, Yelizavetpol (Gəncə), Naxçıvan, İrəvan və Balakən qəzaları isə mərkəzi Tiflis olan Gürcüstan - İmeretiya quberniyasına daxil edilmişdi.

Hələ 1828-ci il martın 21-də I Nikolayın əmri ilə tarixi Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "erməni vilayəti" adlı inzibati bölgü yaradılmışdı. 10 aprel 1840-cı il qanununa görə «erməni vilayəti» ləğv edilmiş və yerində İrəvan və Naxçıvan qəzaları yaradılmışdı.

Quberniya və vilayət qəzalardan, qəzalar isə sahələrdən (nahiyələrdən) ibarət olurdu. Mahalların ləğv edilməsi ilə mahal naibləri olan bəylər idarə işindən uzaqlaşdırılır, onlar ruslardan təyin olunan sahə iclasçılan ilə əvəz edilirdilər.

Ali hakimiyyət Qafqazın baş hakiminə məxsus idi. Baş hakimin sədrliyi ilə Baş İdarə Şurası yaradılmışdı.

1840-cı il 10 aprel qanununa görə, ümumrusiya qanunları əsasında quberniya, vilayət, qəza və dairə məhkəmələri yaradıldı və məhkəmələr rus dilində aparılırdı. Şəriət məhkəmələri yalnız kəbin - talaq və vərəsəlik məsələlərinə baxırdı.

1844-cü ildə çar hökuməti Cənubi Qafqazda öz mövqeyini daha da möhkəmlətmək üçün Baş İdarə Şurasının əvəzinə canişinlik idarəsi sistemi yaratdı. Qafqaz canişini təyin olunan qraf M.S.Vorontsov çox“böyük hərbi və mülki səlahiyyətlərə malik idi və çardan başqa heç kimin qarşısında hesabat vermirdi.

1846-cı il 14 dekabr tarixli çar fərmanı ilə Cənubi Qafqazın inzibati- ərazi quruluşunda ciddi dəyişikliklər edildi: Gürcüstan - İmeretiya quberniyası və Xəzər vilayətinin yerində Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyaları təşkil edildi. Sonralar 1849-cu ildə İrəvan quberniyası, 1868-ci ildə isə Yelizavetpol quberniyası yaradıldı. Yeni inzibati - ərazi bölgüsü Azərbaycanın parçalanmasını daha da dərinləşdirdi.

1846-cı il 6 dekabr reskripti. Rusiya hökumətinin milli və dini cəhətdən ona yad olan və işğal dövründə əksəriyyəti Rusiyaya düşmən münasibət bəsləyən ali müsəlman zümrəsi ilə bağlı siyasəti dəyişkən səciyyə daşıyırdı. XIX əsrin 30-cu illəri - 40-cı illərin əvvəllərində hökumətin ali müsəlman zümrəsi ilə bağlı hazırladığı layihələrdə bu zümrəni tamamilə ləğv etmək, Şimali Azərbaycanba çarizmin əsas dayağı olacaq "təbii rus zadəganlığı" yaratmaq ideyası qırmızı xətt kimi keçirdi. Hökumət bölgənin bütün torpaqlarını 5 in rus zadəganı arasında bölüb, burada iri təhkimçilik təsərrüfatlan yaratmaq və müsəlman ali zümrəsini məhv etmək planlan üzərində baş smdmrdı. Bu plan rus zadəganlannın Cənubi Qafqaza gəlmək istəməməsi səbəbindən baş tutmadı.

1841-ci ildə hökumət Azərbaycan bəy və ağalarının torpaq hüquqlan üzərinə total hücuma başladı. İlk əvvəl Qafqazın Baş İdarə Şurasının hazırlayıb, 23 may 1841-ci ildə çar Nikolay tərəfindən təsdiq edilmiş qanuna görə Qazax, Şəmşəddil, Borçalı ağalarının ixtiyarında olan kəndlər müsadirə olunur və əvəzində kəndlilərin hesabına ağalara ömürlük təqaüd təyin edilirdi. Çar tərəfindən təsdiq edilmiş 28 may 1841-ci il fərmanı ilə Xəzər vilayətinin bəylərinin tiyul torpaqlarının əllərindən alınması və əvəzində onlara təqaüd ödənilməsi qərara alınmışdı. Hər iki qərar Azərbaycanın sahibkar kəndində böyük narazılıqla qarşılandı. Dövlət vergilərini ödəyən kəndlilərin üzərinə indi də ağa və bəylərin təqaüd xərcləri qoyulmuşdu. Bəylərin və kəndlilərin çar hökumətinə qarşı bir cəbhədə birləşərək çıxışlara başlaması hökuməti bərk təşvişə salmışdı. Cənubi Qafqaza xüsusi yoxlama üçün göndərilən hərbi nazir A.İ.Çemışev hökumətin bu addımının "səhv olduğunu" etiraf etdi və nəticədə "təbii rus zadəganlığı" yaratmaq planı boşa çıxdı. Çar I Nikolayın fərmanı ilə 1843-cü ildə ali müsəlman zümrəsinin yaradılmasına icazə verildi və çar Qafqaza göndərdiyi canişini M.S.Vorontsova bu zümrənin hüquqlarını tənzimləyəcək qanun layihəsini hazırlamağı şəxsən tapşırdı.

M.S.Vorontsovun sədrliyi ilə hazırlanmış qanun layihəsi 6 dekabr 1846-cı ildə çar I Nikolay tərəfindən canişinin adna reskript (buyruq) şəklində imzalandı. 6 dekabr 1846-cı il reskripti 12 maddədən ibarət olub, 10-u bəylərin torpaq hüquqlarından, 2-si isə bəy - kəndli münasibətlərindən bəhs edirdi.

Reskriptə əsasən bəylərin nəsli sahibliyində olmuş və indi də onların ixtiyarında qalan torpaqlar (mülk, tiyul və s.) üzərində onların tam irsi mülkiyyətçilik hüququ təsdiq olunurdu. Xan, bəy və digər torpaq sahibləri öz mülklərini nəsildən - nəslə keçirə, sata, bağışlaya, hər hansı şəkildə alqı - satqıya qoya bilərdilər. Yeganə şərt torpağı alan şəxsin ali müsəlman zümrəsinin nümayəndəsi olması idi. Qazax, Şəmşəddil, Borçalı ağalannm da müsadirə edilmiş bütün torpaqlan çann "xüsusi iltifatı" kimi onlara qaytanlırdı. Reskriptə görə bundan sonra rəiyyət, rəncbər, xalisə, nökər, əkər və başqa müxtəlif adların yerinə kəndlilərə ümumi bir ad "mülkədar tabelisi" adı verilirdi.

6 dekabr 1846-cı il reskripti ilə rus hökuməti ali müsəlman zümrəsinin torpaq hüquqlarını təsdiq etdi və ona münasibətini qəti şəkildə müəyyənləşdirdi. Hökumət ali zümrənin simasında özünə bölgədə sosial dayaq yaratmaq siyasətində ilk ciddi addımını atdı. Nəticədə ali müsəlman zümrəsi torpaq hüquqlan baxımından Rusiya zadəganlan ilə bərabər hüquq qazandı. Lakin ali müsəlman silki heç bir zaman silki imtiyaz və şəxsi hüquqlar baxımından nəinki rus, heç gürcü zadəganları ilə də bərabərləşdirilmədi. Belə bərabərlik Azərbaycanın bəy və ağalarına diyarın idarə edilməsində vəzifələr tutmaq hüququ verə bilərdi. Ancaq ali müsəlman zümrəsinə qarşı milli və dini ayrıseçkilik siyasəti yeridən rus hökuməti buna qətiyyət yol vermək istəmirdi.

1847-ci il "Kəndli Əsasnamələri". Azərbaycanın sahibkar kəndində bəy - kəndli münasibətlərinə tam hüquqi aydınlıq gətirmək və bu münasibətləri rəsmi şəkildə tənzimələmək üçün çar hökuməti 1847-ci ilin aprelin 20-i və dekabrın 28-də iki mühüm sənəd qəbul etdi. "Kəndli Əsasnamələri" adlanan bu sənədlərdən birincisi Şuşa, Şamaxı, Şəki, Bakı, Quba və Lənkəran qəzalarının bəy kəndlilərinə, ikincisi isə Qazax, Şəmşəddil və Borçalı məntəqələrinin ağa kəndlilərinə aid idi.

Yeni hüquqi sənədə görə 15 yaşından yuxarı kişi xeylağı olan kəndli 5 desyatinə qədər torpaq payı ilə təmin olunmalı, bunun qarşılığında kəndli taxıl məhsulunun onda birini, çəltik, meyvə - tərəvəz məhsulunun üçdə birini malcəhət vergisi şəklində bəyə ödəməli idi. Kəndli torpağı bəyin iş heyvanı, toxumu və alətlərindən istifadə edərək becərirdisə, malcəhət məhsulun beşdə birini təşkil edirdi. Otlaqlardan istifadə edən kəndlilər bəyə çöpbaşı adlı vergi ödəməli idilər. Bəy təsərrüfatında biyara çıxmaq üçün hər kəndli ailəsi bir kişi ayırmalı idi. Biyara çıxan kəndli ildə 18 gün əkin - biçin işi aparmalı idi. Kəndli biyara çıxmaq istəmirdisə, əvəzində pul ödəməli idi. Bütün kəndlilər hamılıqla ildə iki gün bəyin təsərrüfatında əvrəz (iməci) adlanan işi yerinə yetirməli idi.

Bəyin ev işlərini görmək üçün hər on kəndli ailəsi bir kişi, hər on beş ailə isə bir qadın qulluqçu ayırmalı idi. Bu sonuncu tələb əhali içərisində böyük narazılıq doğurmuşdu. Azərbaycanda tarix boyu torpaq sahibinin evinə qadın qulluqçu göndərmək ənənəsi olmamışdı. Azərbaycan bəyləri əsil kişilik göstərərək hökumətdən bu qaydanın ləğv olunmasını qəti şəkildə tələb etdilər. Hökumət kəndlilərin bəyin evinə qadın qulluqçu göndərməsi mükəlləfiyyətini ləğv etməyə məcbur oldu.

"Əsasnamələr"lə bəylərə kəndlilər üzərində polis və məhkəmə hüququ, kəndlilərə isə yaşayış yerini dəyişib başqa kəndlərə keçmək hüququ verilirdi. Başqa bəyin kəndinə keçmək istəyən kəndli bütün vergi və mükəlləfiyyətləri əvvəlcədən ödəməli və onu qəbul edəcək bəyin də razılığını almalı idi.

Beləliklə, 1847-ci il "Kəndli Əsasnamələri" ali müsəlman zümrəsi ilə kəndlilər arasındakı qarşılıqlı münasibətləri rəsmiləşdirərək qanuni şəklə saldı.

Bu dövrdə Cənubi Azərbaycanda geniş xalq kutlələrinin qarşı qarşiya durdugu əsas istismarçılar yerli feodallar idilər. Bir çox xanlar Türkmənçay müqaviləsindən sonra siyasi hakimiyyətdən kənar edilsələr də, onların kütlələr üzərində agalıgı toxunulmaz qalırdı. Beləlilklə, əhali həm yerli xanlarin, həm də hakim sülalənin getdikcə möhkəmlənən hakimiyyətinin zülmünə məruz qalirdı. Azərbaycanda hakim dairələrin zülm siyasəti-qanunsuzluq,soygunçuluq yerli əhalnin muxtəlif təbəqələri içərisində narazılığın artmasına kütləvi həyəcan və çıxışlarin baş verməsinə səbəb olurdu. 1847-ci ildə Zəncanda sənətkarlıq, xırda tacir və şəhər yoxsulları hakimə qarşı çıxmış və onu şəhərdən qovmuşdular. 1848-ci ildə yenə də Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş verdi.

1850-ci ildə Zəncanda babilər üsyana qalxdılar. Babizmin banisi Seyid Əli Məhəmməd olmuşdur.” Şeyxi” təriqətinə mənsub idi və həmin təriqətin son başçısı Seyid Kazım öldükdən sonra ona başçılıq etmiş, xalqa həqiqətlərin çatdırılmasında özünü sonuncu imam Mehdi ilə xalq arasında vasitəci elan etmiş və buna görə də 1844-cü ildən etibarən Bab (ərəbcə qapı ) ləqəbini götürmuşdür. Babın əsas ideyaları onun “Bəyan” kitabında öz əksini tapmışdı. Bab yeni yaradılacaq cəmiyyətdə, o cümlədən qadına münasibətdə bərabərlik, ədalət , şəxsiyyətin toxunulmazlıgını elan edir, öz fikirlərində tacir, sənətkar və kəndlilərin arzularını əks etdirirdi.

Şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Yaxinlıqdaki kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Əsas etibarilə kəndli və sənətkarlardan ibarət olan babilərin içərisində çoxlu tacir və xırda ruhanilər var idi. Ətraf kəndlərdən olan əhali də üsyançıları gizli şəkildə ərzaqla təmin edirdilər. Şah hökuməti tərəfindən üsyanı yatirtmaq üçün gönderilən qoşun dəstələri iyunun əvvəlində Zəncanı muhasirəyə aldılar. Lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək geri çəkilməli oldular. 30 minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən muhasirəyə alaraq hər tərəfdən hücuma keçdilər.Usyançıların çoxu həlak oldu, onun başçısı Məhəmmədəli isə agır yaralandı və üç gündən sonra vefat etti. Beləliklə, 1850-ci il dekabrın sonunda Zəncan üsyanı yatırıldı. 1848-1852-ci illərdə bütün İranda babilər hərəkatı məglub edilsə də , ölkədə , o cümlədən Cənubi Azərbaycanda babi tərəfdarlarının sayı daha da artdı. Əhalinin bütün narazı hissələrində babiliyə rəgbət çox güclu idi və şah hökuməti bunun qarşısını ala bilmirdi. Babi üsyanları öz ictimai-siyasi məzmunu və kütləviliyi ilə İranda və Azərbaycanda baş vermiş, ayrı-ayrı çıxışlardan fərqlənir və özünəməxsus yer tuturdu. Təsadüfi deyil ki, babilər hərəkatı zamanı gələcəyin bir çox inqilabçıları yetışmiş, onun inqilabi-demokratik hissəsi ölkədə baş verən xalq çıxışlarında, xususilə 1905-1911- ci illər İran inqilabında fəal iştirak etmişdilər.

4.XIX əsrin I yarısında iqtisadiyyat və mədəniyyət.

XIX əsrin I yarısında rus müstəmləkəçiliyi şəraitində Şimali Azərbaycanın mədəni həyatının bir çox sahələrində müəyyən irəliləyişlər olsa da, XIX əsrin II yarısında mədəniyyətimizin inkişaf meylləri güclənmiş və bu sahədə bir sıra mühüm yeniliklər baş vermişdi. Belə ki, yeni tipli məktəblər və mədəni - maarif müəssisələri açılmış, Avropa tipli ali təhsil almış ilk Azərbaycanlı ziyalı kadrlan yetişmiş, milli mətbuatın və milli teatnn əsası qoyulmuş, demokratik ruhlu ziyalılar Vətənimizin taleyi ilə bağlı məsələlərin önə çəkilməsi və xalqımızın milli şüurunun oyadılması sahəsində məqsədyönlü şəkildə fəaliyyət göstərməyə başlamışdılar.



Maarif. Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çar hökumətinin mədəniyyət və maarif sahəsində siyasətinin əsas məqsədi bölgədə öz imperiya maraqlarına uyğun gələn təhsil sistemini formalaşdırmaqdan, əhalini ruslaşdırmaqdan və imperiyaya sədaqətli təbəələr yetişdirməkdən ibarət idi. Çar məmuru Bibrişteyn yazırdı ki, bölgədə rus siyasətini elə həyata keçirtməliyik ki, buradakı yerli əhali nəinki rus dilində danışsın, hətta rus dilində düşünsün. Çar hökumətinin Azərbaycana gətirdiyi maarif sistemi silki xarakter daşıyırdı. Varlılar və kasıbların uşaqları eyni məktəbdə oxumurdular. Azərbaycanda xanlıqlar çağından qalma ibtidai məktəblər (yəni mollaxanalar), orta məktəblər (yəni mədrəsələr) hələ də vəqf əmlakından gələn gəlir hesabına fəaliyyət göstərirdi. 1842-ci il məlumatına görə, Şimali Azərbaycanda məscidlərin nəzdində 502 ibtidai məktəbdə 5 mindən çox şagird oxuyurdu. Məsciddən kənar ibtidai məktəblər isə demək olar ki, hər kənddə var idi. Bakının Qala hissəsində, hətta iki ibtidai qız məktəbində 25 şagird oxuyurdu. Rus hökuməti Şimali Azərbaycanın sərvətlərini soyub talayaraq əldə etdiyi gəlirlərdən milli məktəblərimizin fəaliyyətinə sərf etmək istəmirdi. Onu daha çox bölgədə rus dilində məktəblər açılması maraqlandırırdı. 1829-cu ildə verilmiş Əsasnamə ilə Şimali Azərbaycanda rus dövlət məktəblərinin açılması nəzərdə tutulmuşdu. Belə məktəblərdə bölgədəki rus qoşunlarında qulluq edən zabitlərin və inzibati id0arə orqanlarının məmurlarının uşaqlarına rus dilində ibtidai təhsil verməklə, gələcəkdə diyarın idarə olumnası üçün kadrlar hazırlanmalı idi. Çünki mərkəzi quberniyalardan kadr dəvət etmək böyük çətinlik törədirdi. 1829-cu il Əsasnaməsi ilə ilk məktəbi 1830-cu ildə Şuşada, 1832-ci ildə Naxçıvanda və Şamaxıda açılmışdı. Bu məktəblərdə təhsil rus dilində olsa da, hazırlanacaq rus kadrlar yerli əhali ilə ünsiyyət qurmalı olduqlarından Azərbaycan dili də əsas fənn kimi keçilirdi. Bu məqsədlə azərbaycan dilində bir neçə dərslik də hazırlanmışdı. Rus qəza məktəblərində artıq 50-ci illərdə xeyli azərbaycanlı şagird də təhsil alırdı və 1857-ci ildə azərbaycanlı şagirdlərin sayı 148-ə çatmışdı.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin