İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Şimali Azərbaycanda aqrar, inzibati və məhkəmə islahatları



Yüklə 436,25 Kb.
səhifə80/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   76   77   78   79   80   81   82   83   ...   109
tarix

2.Şimali Azərbaycanda aqrar, inzibati və məhkəmə islahatları.

1870-ci il kəndli islahatı. 1861 -ci ildə Rusiyada kəndli islahatı keçirilmiş və təhkimçilik hüququ ləğv edilmişdi. Rusiyadan fərqli olaraq Azərbaycanda sahibkar kəndliləri torpağa təhkim olunmamışdılar və sahibkarlarla kəndlilər arasında yalnız asılılıq münasibətləri hökm sürürdü. Çar hökuməti XIX əsrin 60-cı illərinin əvvəllərində Şimali Azərbaycanda kəndli islahatının keçirilməsinə hazırlıq görməyə başladı. İslahatı keçirtmək üçün ilk növbədə dövlət, sahibkar və kəndlilərin pay torpaqlarının sərhədlərini müəyyənləşdirmək üçün 1861 -ci ildə Zaqafqaziya Mərz Palatası yaradıldı. Mərzləşdirmə işi o qədər ləng gedirdi ki, 1862-ci ildən, yəni bu iş başlayandan keçən 25 il ərzində torpaqların cəmi 5 %-i mübahisəsiz hesab edilmişdi, islahata hazırlıq sahəsində ikinci mühüm addım 1866-cı ildə bəy komissiyalarının yaradılması oldu. Bu komissiyalar Bakı. Tiflis. İrəvan quberniyalarinda va Şuşa qəzasında ali müsəlman zümrəsinin tərkibini dəqiq müəyyənləşdirməli idi. Bəy komissiyalarının fəaliyyəti nəticəsində bütövlükdə Şimali Azərbaycanda 1188 bəy nəsli əsl - nəcabətli bəy nəsli kimi tanınmış, 1048 nəslə isə lazımi təsdiqedici sənədləri olmadığı əsas gətirilərək bəy titulu verilməsindən imtina edilmişdi.

Rusiya hökuməti nəhayət 1870-ci ilin may ayının 14-də Azərbaycanın sahibkar kəndində islahat keçirilməsini nəzərdə tutan Əsasnaməni təsdiq etdi. 14 may 1870-ci il Əsasnaməsində kəndliləri və bəyləri maraqlandıran üç əsas məsələyə - feodal aslı münasibətlərin ləğv edilərək kəndlilərə azadlıq verilməsi, torpaq, vergi və mükəlləfiyyət məsələlərinə toxunulmuşdu.

Əsasnamə ilə Azərbaycanın sahibkar kəndlilərinin feodal aslılıq münasibətlərinə son qoyulması və onlara azadlıq verilməsi elan edilirdi.Əsasnaməyə görə kəndlinin istifadəsində olan torpaq və əkin sahələri, meyvə, tut, üzüm bağları onun pay torpağı hesab edilirdi və həmin pay torpağıkəndlinin daimi istifadəsində saxlanılırdı. Kəndli öz pay torpağını hissə -hissə və ya bütöv şəkildə sahibkarla qarşılıqlı razılığa əsasən satın ala bilərdi,ancaq satın alınacaq torpaqlar bir ev və ya kəndli ailəsi üçün 15 desyatindənçox ola bilməzdi. Satınalma zamanı kəndliyə dövlət tərəfindən heç bir yardım göstərilmirdi.

Sahibkar kəndlilərinin satın alacaqları torpaqların qiymətləri çoxyüksək müəyyən edilmişdi və bütövlükdə Rusiyadakından 7,7 dəfə baha idi.Üstəlik dövlət də «ödənc» əməliyyatının həyata keçirilməsinə heç bir maddiyardım göstərmirdi. Rusiyada torpağın satın alınması həm də məcburi idi.Kəndli bankları vasitəsilə torpaqların satın alınmasına borc pul ayrılırdı.Bunun nəticəsidir ki, 1870-ci il kəndli islahatı Azərbaycanın sahibkarkəndlisini torpaq mülkiyyətçisinə çevirmək əvəzinə, onların yalnız torpaqdan daimi istifadə hüququnu qanuni şəklə salmışdı. Ancaq tək elə bu cəhətiilə də islahat burjua xarakteri daşıyırdı, cünki sahibkar kəndliləri praktiki olaraq öz pay torpaqlarının sahibləri kimi çıxış edirdilər mülkədar heç cürəonu bu torpaqdan çıxara bilməzdi. İndi kəndli hər desyatin torpağa görənatural vergi olan onda bir (malcəhət) və yaxud otuz qəpik pul ödədikdənsonra məhsulun yerdə qalan hissəsindən sərbəst şəkildə istifadə edə bilərdi.

Ümumiyyətlə, 1870-ci ildən 1912-ci ilədək Şimali Azərbaycanın çoxaz - cəmi 40 sahibkar kəndində 2 min desyatin torpaq sahəsi kəndlilərtərəfindən satın alınmışdı. Buna görə də sahibkar kəndliləri 1912-ci il aqrarislahatına qədər öz pay torpaqlarının mülkiyyətçisinə çevrilə bilmədiklərindən uzun müddət "müvəqqəti mükəlləfıyyətli" hesab edilmişdilər.

Hər kəndli ailəsindən 18 gün müddətində mülkədarın təsərrüfatındaişləmək üçün bir nəfər ayrılmasını nəzərdə tutan biyar mükəlləfiyyəti 1870-ci il islahatına görə ləğv edilmişdi. Biyar hər desyatin pay torpağına görə otuzqəpik pulla əvəz olunurdu.

1870-ci il islahatı ilə Azərbaycanın sahibkar kəndlilərinin azad elanedilməsi və qeyri-iqtisadi asılılıq münasibətlərinin ləğv olunması kənddəkapitalist münasibətlərinin inkişafına müəyyən yol açmışdı.

Məhkəmə islahatı. 1864-cü il noyabrın 20-də Rusiyada həyata keçirilən məhkəmə islahatına görə silki məhkəmə ləğv edilir, bütün zümrələr üçün eyni olan ümumi məhkəmə yaradılırdı. İndi məhkəmə iclasları açıq keçirilirdi, məhkəmə prossesini izləmək istəyənlər məhkəmə zalına buraxılır və bu prosses haqqında mətbuat səhifələrində məlumat verilə bilərdi. Bundan sonra hakimlər müstəqil qərar çıxartmaq hüququ alırdılar və məhkəmə prossesində vəkillər və andlı iclasçılar iştirak edirdilər. Bu yeniliklərin tətbiq edilməsi demokratik hüquq və azadlıqların mövcud olmadığı Rusiya cəmiyyəti üçün çox mütərəqqi hadisə idi.

Məhkəmə islahatı Şimali Azərbaycanda guya əhalinin «ictimai şüur baxımından geri qalması» bəhanəsi ilə bir qədər gec və ləng həyata keçirildi. Bu zaman Rusiyadan fərqli olaraq 22 noyabr 1866-cı il Nizamnaməsi əsas götürülürdü. Nizamnaməyə görə Azərbaycanda məhkəmədə andlı iclasçıların iştirakı nəzərdə tutulmamışdı. Məhkəmə hakimləri seçki yolu ilə seçilmir, yalnız Qafqaz canişininin təqdimatı əsasında təyin edilirdilər. Hakim vəzifəsinə bir qayda olaraq azərbaycanlılar təyin edilmirdilər. Azərbaycanlı yalnız hakimin müavini vəzifəsini tuta bilərdi. Məhkəmə yalnız rus dilində aparıldığından iclaslarda tərcüməçi iştirak edirdi.

Məhkəmə islahatı haqqında Nizamnamənin Şimali Azərbaycanda tətbiqinə 1868-ci ilin fevralın 19-dan başlandı. Həmin gün Bakı dairə məhkəməsi və Bakı barışıq məhkəməsi fəaliyyətə başladı.

Quberniyalarda yaradılan dairə məhkəmələri Şimali Azərbaycanda ən ali məhkəmə distansiyası olub, Tiflis Məhkəmə Palatasına tabe idi. Barışıq məhkəməsi isə bir pillə aşağı məhkəmə orqanı hesab olunurdu. Qafqaz canişini tərəfindən təyin olunan barışıq hakimləri mülki işlərə, şəxsi münaqişələrə və xırda cinayət işlərinə baxırdılar.

Şəhər islahatının keçirilməsi. XIX əsrin 60-70-ci illərində həyata keçirilən burjua islahatlanndan biri də şəhər islahatı idi. Şəhər islahatının keçirilməsinin əsas səbəbi artıq şəhər əhalisinin tərkibində həlledici rol oynayan sənayeçilərin, sahibkarların şəhərlərin ictimai - siyasi həyatında fəal iştirak etmək tələbləri ilə bağlı idi. 16 iyun 1870-ci ildə Rusiyada şəhər idarə orqanlarının təşkili haqqında Əsasnamə qəbul edildi. Həmin Əsasnaməyə görə Şəhər Dumasına seçkilərdə yalnız 25 yaşına çatan, şəhər rüsumunu ödəyən və müəyyən əmlaka malik olan kişilər iştirak edə bilər.

XIX əsrin 70-ci illərində Şimali Azərbaycanda şəhər statusuna malik olan 10 şəhər var idi. Şəhərlərimizdə ictimai idarə sistemi mövcud olmayıb, səhər təsərrüfatı tamamilə polis idarəsinin ixtiyarında idi.

Çar hökuməti 1870-ci il Əsasnaməsini Azərbaycan şəhərlərinə tətbiq etməyə tələsmirdi. Bakı quberniyasının qubernatoru heç bir əsas olmadan Bakı şəhərinin ictimai idarə etməyə hələ hazır olmadığını bəhanə gətirərək və burada islahatın dar çərçivədə həyata keçirilməsini təklif etmişdi. Yelizavetpol qubernatoru isə yerli əhalinin geriliyi və inkişafdan son dərəcə gen qalması kimi əsassız bəhanə ilə Əsasnamənin tətbiqinin qəti əleyhinə çıxmış və şəhər təsərrüfatının polis idarəsinin ixtiyarında saxlanılmasını təklifetmişdi. Uzun müzakirələrdən sonra, 1870-ci il Şəhər Əsasnaməsi ilk dəfə 1878-ci ildə yalnız Bakı şəhərində tətbiq edildi. Əvvəlcə 6 - 9 dekabr 1877- ci ildə əmlak senzi əsasında Bakı Şəhər Dumasına seçkilər keçirildi. Şəhər əhalisi ödədiyi verginin miqdarına uyğun olaraq üç qrupa bölündü və hər qrup Dumaya 24 qlasnı - deputat (üzv) seçə bilərdi. Şəhərin əsil sahibi olan Azərbaycan əhalisindən seçilən deputatların sayı xristian qlasnıların sayından çox ola bilməzdi. Əsasnaməyə uyğun olaraq şəhərin aşağıdakı ictimai idarə orqanları yaradılmışdı: 1. Şəhər Duması; 2. Dumanın icraedici orqanı olan Şəhər İdarəsi. Bu iki orqanın başçısı (qlava) yalnız rus olmalı idi. Başçını Şəhər Duması seçsə də, Daxili İşlər Nazirliyi təsdiq edirdi.

Bakı Şəhər Duması 8 yanvar 1878-ci ildə açıldı. Azərbaycanlılardan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov kimi dövrünün görkəmli şəxsiyyətləri Bakıda fəaliyyətə başlayan ilk Şəhər Dumasına deputat seçilmişdilər.

Şəhər Dumasının səlahiyyət dairəsinə şəhər təsərrüfatının idarə edilməsi, yerli ticarət və sənayenin himayə edilməsi, yanğınla mübarizə, səhiyyə, xalq təhsili kimi sahələr daxil idi. Bakı Şəhər Dumasında bütün işlər rus dilində aparılırdı.

Çar hökuməti 1892-ci ildə yeni Şəhər Əsasnaməsi verərək qubernatorların şəhərlərin özünüidarə işlərinə müdaxilələr etmək sahəsində hüquqlarını genişləndirdi. Bu Əsasnaməyə uyğun olaraq 1897-ci ildə Gəncədə tam həcmli şəhər özünüidarəsi, Lənkəran, Nuxa, Şamaxı, Quba və digər şəhərlərdə isə sadələşdirilmiş ictimai idarələr yaradıldı.

İnzibati - idarə sistemində dəyişikliklər. 1859-cu ildə Şamaxıda baş verən zəlzələdən sonra quberniyanın mərkəzi Bakıya köçürüldü və Şamaxı quberniyası Bakı quberniyası adlandırıldı. 1860-cı il inzibati islahatana görə Dərbənd quberniyası ləğv edildi, Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı.

Şimali Azərbaycanın inzibati - ərazi bölgüsündə ən ciddi dəyişiklik 1868-ci ildə mərkəzi Gəncə olmaqla, Yelizavetpol quberniyasının yaradılması oldu. 1883-cü ildə çar hökuməti Qafqaz canişinliyini ləğv etdi və diyarın idarəsi Qafqazdakı mülki hissə üzrə baş rəisə tapşırıldı.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin