İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə85/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   81   82   83   84   85   86   87   88   ...   109
tarix

Milli mətbuata xüsusi diqqət yetirildi. 1905-ci ilin iyununda ana dilində “Həyat” qəzeti nəşr olundu. Qəzetin istəyi müsəlman və türklərin iqtisadi və siyasi tərəqqisi idi. Burada türk xalqlarının birliyinə, onun ümumi ortaq mədəniyyətə xüsusi diqqət yetirilirdi.1905-ci ilin payızında “Müsəlman cəmiyyəti xeyriyyəsi”,”Müdafiə və müsəlman kübarları və ziyalılarının ittifaqı cəmiyyəti”yaradıldı. Birinci cəmiyyət maarifin yayılmasına,ikinci cəmiyyət milli azadlıq hərəkatına diqqət yetirirdi. 1906-cı ildə H.Z.Tağıyev və M.Muxtarovun xeyriyyəçiliyi ilə “Nəşr maarif”və “Nicat” cəmiyyətləri əhalinin maariflənməsində,milli şüurun inkişafında mühüm rol oynadı.

Milli hərəkatın inkişafında demokratik ziyalılar da az rol oynamadı. C.Məmmədquluzadə,Mirzə Ələkbər Sabir,M.S.Ordubadi,Əzim Əzimzadə və başqaları “Molla Nəsrəddin” jurnalı ətrafında birləşərək milli müstəmləkəçilik zülmünə, ictimai ədalətsizliyə qarşı mübarizə aparırdılar.

Milli hərəkatın tələblərindən biri ana dilinin azad inkişafı və təhsilin ana dilində aparılması idi.1906-cı ilin avqustunda keçirilmiş Azərbaycan müəllimlərinin I qurultayı ana dilində təhsil məsələsini ciddi şəkildə gündəliyə gətirdi.

Birinci rus İnqilabı milli ucqarlarda xalqların milli azadlıq hərəkatına müsbət təsir göstərdi. Azərbaycan xalqının qabaqcıl nümayəndələri əhalini birləşdirib təşkilatlandırmaq üçün siyasi partiyaların yaradılmasının vacibliyini bilirdilər.Müstəmləkəçiliyə qarşı mübarizə aparmaq üçün ilk gizli təşkilatlar meydana çıxdı.1902-ci ildə yaradılan “Müsəlman gənclik təşkilatı” az sonra “Müsəlman dəmokratik Müsavat cəmiyyəti”nə çevrildi.Gizli fəaliyyət göstərən təşkilatın xeyli üzvü var idi. Onun yığıncaqlarında vacib məsələlərin qızğın müzakirəsi gedirdi. Bakıdakı nümayişlərdə müsəlman fəhlələrinin fəaliyyəti getdikcə artırdı. Bu isə onlar arasında təbliğat və təşviqat işini genişləndirməyi tələb edirdi. 1904-cü ilin payızında Mir Həsən Mövsümovun, Məmməd Həsən Hacınskinin,M.Ə. Rəsulzadənin təşəbbüsü ilə “Müsəlman sosial-dəmokratik Hümmət təşkilatı” yaradıldı. Hümmət təşkilatı RSDFP Bakı Komitəsinin nəzdində fəaliyyət göstərirdi. Əvvəlcə onun orqanı “Hümmət”qəzeti, sonra isə “Yoldaş”, “Təkamül” qəzetləri nəşr edildi. Təşkilat çarizmin müstəmləkə zülmünə, ictimai zülmə qarşı mübarizə məqsədi ilə yaradılmışdı. Onun qəzalarda şöbələri var idi. Lakin bolşeviklərin təsiri altında olan təşkilat əvvəlki milli qayələrindən uzaqlaşdığı üçün milli liderlər ondan aralandılar. Azərbaycanın sənaye-ticarət burjuaziyası “Müsəlman konstitusiya” partiyasını yaratdılar.

1905-ci ildə Azərbaycanlılara qarşı erməni soyqırımının qarşısını almaq üçün partiyalar və müdafiə cəmiyyətləri yaratmaq zərurəti yarandı. Bu məqsədlə Ə.B. Ağayev “Difai” (“müdafiə”) partiyasını yaratdı.Partiyanın Mərkəzi Komitəsi Bakıda, şöbələri qəzalarda fəaliyyət gpstərirdi. Kərim bəy Mehmandarovun başçılığı ilə Şuşada “Difai” partiyasının yerli şöbəsi-“Qarabağın birlik məclisi” yaradıldı.

1907-ci ilin mayında Gəncədə İsmayıl xan Ziyadxanov tərəfindən “Müdafiə” təşkilatı yaradıldı. Onun əsas məqsədi əhalini maarifləndirmək, onların hüquq və mənafelərini qorumaq, kəndlilərin vəziyyətini yaxşılaşdırmaq idi.

Bakıda Şərifzadə və Cuvarlinski tərəfindən “İttifaq” adli təşkilat yaradıldı. Bu təşkilat müsəlmanları rus-erməni təcavüzündən qorumaq üçün birliyə çağırırdı.

Milli-azadlıq idealarının xalq içərisində yayılmasında mətbuat böyük rol oynadı. “Nicat”, “İşıq”, “Səda”, “İqbal” qəzetləri bu sahədə xeyli iş gördü.

1911-ci ilin oktyabr ayında Abbasqulu Kazımzadə, Tağı Nağıyev, M.Rəsulzadə tərəfindən “Müsavat” partiyasının əsası qoyuldu. Onun1912-ci ildə çap olunan praqramında müsılman xalqlarının birliyinə, müstəqilliyinə, dövlətçiliyinin bərpa olunmasına daha çox yer verilirdi.1913-cü ildə vətənə qayıdan M.Ə. Rəsulzadə “Müsavat” partiyasının ideya istiqamətlərini və qayəsini tamamilə yeniləşdirdi. O, Ə. Hüseyzadənin “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyasını başlıca fəalliyət istiqaməti kimi irəli sürüldü. “Müsavat” partiyasının Kiyev universitetindəki şöbəsi Y.V. Çəmənzəminli tərəfinfən təşkil edilmişdi. 1915-ci ildə partiyanın orqanı “Açiq söz” qəzeti nəşr edildi.

1905 – ci il oktyabırı 17-də verilmiş Manfestə əsasən II Nikolay həmin il dekabrın 11-də Dövlət Dumasına seçkilər keçirilməsi haqqında fərman verdi. 1906-ci il mayın 31 – də Azərbaycanda I Dövlət Duması seçkiləri keçirildi. Dumada Azərbaycanı Ə.M.Topçubaçşov,İ.Ziyadxanov,M.Əliyev,Ə.Muradxanov,Ə.Haqverdiyev təmsil edirdilər.Rusiya müsəlmanlarindan seçilmiş 46 dəputat “Müsəlman fraksiyasi” təşkil etdilər. Onun sədri Ə.M.Topçubaşov seçildi.Fraksiya Kadet partiyasının mövqeyində dayandırdı. Duma cəmi 72 gün fəaliyyət göstərdi.İyulun 7-də çar onu qovdu.Buna etiraz olaraq bir qrup dəputat Vıborqa yığışaraq bəyannamə qəbul etdi.Onların arasında Ə.M Topübaşov və İ.Ziyadxanov da var idi.Onların cəzalandırdılar,3 ay həbsdə saxladilar .Topçubaşov “Kaspi” qəzetinin redaktorluğundan kənarlaşdırıldı.

1906-ci ilin sonu – 1907 ci ilin əvvəlində İİ Dövlət Dumasına seçkilər keçirildi.Azərbaycandan F.Xoyski,M.Şahtaxtinski, X.Xasməmmədov, İ.Tağıyev Mustafa Mahmudov və Zeynal Zeynalov seçildilər. II Duma 1907- ci il fevralın 20-də llk iclasını keçirdi.Dumanın müsəlman dəputatları öz fraksiyalarını yatardılarl. I və II Dumanın fraksiyalrının proqramları var idi.Müsəlman dəputatları fraksiyası kadətlərinin xalqın xeyrinə irəli sürdükləri təklifləri-şəxsiyyətin hüquqlarıının müdafiəsi,millətlərin hüquq bərabərliyi,aqrar məsələnin həlli və s. tələbləri müdafiə edirdilər.Azərbaycanlı dəputatlar dumada çarizmin azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini kəskin tənqid edirdilər. Lakin II Dumanin tərkibi çar hökümətini qane etmədi. 1907-ci il iyunun 3 –də II Dövlər Dumansının buraxılması və sosial demokratların həbs edilməsi haqqında fərman verildi. Bu fərman Rusiya qanunlarına zid olduğuna görə dövlət çevrilişi adlandırılırdı. Həmin gün III Dumaya seçkilər keçirilməsi haqqında fərman verildi. Müsəlman xalqlarının qeyri-yetkin olması iddia edildi və onların hüquqları məhdudlaşdırıldı. Cənubi Qafqazın müsəlman əhalisi yalnız bir deputat seçə bilərdi. III Dumada Azərbaycanı Xəlil bəy Xasməmmədov təmsil edirdi. III Dövlət Duması 1907-ci il noyabrın 1-dən 1912-ci il iyunun 9-dək fəaliyyət göstərdi. 1912-ci il sentyabr oktyabr aylarında IV Dövlət Dumasına seçkilər keçirildi. IV Dövlət Dumasına Azərbaycandan Məmmədyusif Cəfərov dəputat seçildi. 1917-ci il oktyabrın 6-da Müvəqqəti hökumət dumanı buraxdı


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin