1796-cı ilin əvvəlində rus ordusu Gürcüstana daxil oldu və oradan Gəncəyə hücum etdi. Cavad xan xərac ödəməyə razılıq verdi və şəhəri dağıntıdan xilas etdi. Digər rus ordusu V.Zubovun başçılığı ilə Dərbəndə yaxınlaşdı. II Yekaterina Azərbaycan əhalisinə manifestlə müraciət etdi. Bu zaman qubalı Şeyxəli xan qonşu xanlardan yardım istədi. Yalnız bakılı Hüseynqulu xan müraciətə cavab verdi. Zubovun ordusu Dərbəndi tutdu və qalanın idarəsini Şeyxəli xanın bacısı Pəricə xanıma tapşırdı. Yayda Quba, bakı işğal edildi. Rus ordusu Pirsaatda düşərgə saldı. Şamaxılı Mustafa xan və qarabağlı İbrahim-Xəlil xan Zubovun yanına hədiyyələr göndərib Rusiyaya itaət vəd etdilər. Qubalı Şeyxəli xan, şəkili Səlim xan və bəzi Dagıstan hakimləri isə Rusiya işğalına qarşı çıxdılar və Zubova qarşı sui-qəsd etdilər. Lakin qəsd baş tutmadı. 1796-cı ilin sentyabrındaQuba və Qazıqumuq xanlarının birləşmiş qüvvəsi Qubanın Alpan kəndiyaxınlığndarus hərbicilərini məğlub etdi.Əlavə qüvvə gəldikdən sonra rus ordusu oktyabrda Gəncəni işgal etdi. Lakin noyabrda II Yekaterina öldü və oğlu I Pavel hakimiyyətə gəldi. O, anasına nifrət etdiyi ücün əks siyasət yeritdi və rus qoşununu Azərbaycandan geri cagirdi.