Mədəniyyət.
Xanlıqların yaranması ilə Azərbaycan şəhərlərində mədəni həyatın canlanması nəzərə çarpmağa başlayır. Xanlıqların əksəriyyətində məktəblər və mədrəsələr yetişməkdə olan nəsili savadlanmasında müəyyən rol oynayırdı. Azərbaycan dilində əlyazması şəklində olsa da tarixi ədəbiyyat meydana çıxır.
1711-ci ildə yazılmış “Təvarix Zaman-e” şah Abbas ibu xudabəndə anonim əsəri Şirvan və Qarabağ tarixindən də məlumat verir.
Azərbaycada coğrafiya sahəsində də əsərlər yaranmışdı. XVIII əsrdə yaşamış coğrafiyaşünas alim Zeynəlabdin Şirvani dünyanın bir sıra ölkələrinə səyahət etmiş “Büstünus-siyahə” (səyahətlər bağçası) və “Riyaz üs-siyahə” (səyahətlər bağları”) kitabını yazmışdır.
Xanlıq dövrü Azərbaycanın yazılı ədəbiyyatında yeni realist meyllər güclənirdi. Realist ədəbiyyatimızın zirvəzi Molla Vəli Vidadi (1709-1809) və Molla Pənah Vaqifin (1717-1797) yaradıcılığı idi.
Azərbaycan ədəbiyyatnda qoşma və gərəyalı ustad kimi tanınan Vidadinin yaradıcılığı lirik məzmunu ilə fərqlənir.
M.P.Vaqifin həyatının otuz ili Qarabağ xanlığı ilə bağlı olmuşdur 1769-1770-cı illərdən saraya cəlb edilmiş, ömrünün sonunadək Şuşada yaşamışdır.
Vaqif doğma xalqların vəziyyətini obyektiv təsvir etmişdir.Şair “Görmədim şerində”
Mən cahan mülkində mütləq doğma halət gömədim
Hər nə gördüm,əyri gördüm,özgə balət görmədim
Səksən yaşında Vaqifin faciəli ölümü onun yaradıcılığına son qoydu. Şifahi xalq poeziyasının ən görkəmli nümayəndəsi Xəstə Qasım idi.Avropada kitab çapı XV əsrin ortalarında məlum olsa da şərqdə o cümlədən Azərbaycanda əlyazma kitablarından istifadə olunurdu. Bu dövrdə kitab tərcüməsi işində yeni linklər var idi. “Kəlilə və Dimnə” kimi ibrətamiz kitabın bu dildə tərcüməsi xüsusilə diqqətəlayiq idi. Azərbaycanın müğam sənəti keçmişdə olduğu kimi böyük şöhrət qazanmışdı.
Azərbaycan demokrativ tətbiqi sənəti və başqa sahələrdə irəliləyiş özünü göstərirdi. Memarlıq tikinti işləri genişlənmişdi. 1768-69-cu ildə böyük cümə məscidi, 1783-1787-ci illərdə Şuşa qalasının böyük daş hasarı, 1788-89-cu ildə Əsgəranın həriki qalası, xan bağının tikintiləri və s. inşa edilmişdir.
Azərbaycan torpaqlarının bir dövlət içərsində birləşmiş olmaması vahid xarici siyasət yeridilməsinə imkan vermirdi. Buna görə Azərbaycan xanlıqları özlərinin qoruyub saxlamq ,xanlıqlar arasındakı münasibətləri tənzim etmək üçün ölkəyə göz dikmiş müxtəlif qüvvələr ilə hesablaşmalı olurdular.
Dostları ilə paylaş: |