İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş


Xanlıqların iqtisadi vəziyyəti, sosial silki quruluşu və idarəetmə, XVIII əsr.Azərbaycan mədəniyyəti



Yüklə 436,25 Kb.
səhifə69/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   65   66   67   68   69   70   71   72   ...   109
tarix

4.Xanlıqların iqtisadi vəziyyəti, sosial silki quruluşu və idarəetmə, XVIII əsr.Azərbaycan mədəniyyəti

Azərbaycan xanlıqları çox da böyük olmayan dövlət qurumları idilər. İri və xırda feodalların mənafeyinə xidmət edirdilər. Xanlıqlarda ali hakimiyyət xanın özünə məxsus idi. Azərbaycan xanları qanunlar vermirdilər, çünki müsəlman adətinə görə möminlər üçün lazım olan qanunlar Quranda şərh edilmişdi.Sənətkarlıq və İncəsənət mərkəzləri olan Azərbaycan şhərləri xanlıqların mərkəzi şəhərləri kimi həm də mədniyyət mərkəzləri idilər. Torpaq mülkiyyət forması olan mülk mükədarların, mülk sahiblərinin tam mülkiyyət hüququ var idi, bu torpaqlar alınıb satıla bilərdi. Bu torpaq sahibliyi forması mülk və mülk xalisəyə bölünürdü. Mülk sahibi gəlirin bir hissəsini xəzinəyə verməli olduğu halda, mülk-xalisə sahibi bu vurğudan azad idi.Torpaq mülkiyyətinin digər bir formas tiyul idi. Tiyul şərti torpaq mülkiyyti olub,müəyyən xidmətlərə görə verilirdi.

Müsəlman məscidlərin və digər dini idarələrə məxsus olan və torpaqları xəzinəyə vergi və mükələfiyyətlərdən azad idi.

Kənd icması torpağı bütün xanlıqlarda mövcud idi. Bu torpaqlardan xəzinəyə vergi yığılırdı.

XVIII əsrin sonu XIX əsrin əvvəllərində Şamaxıda beş-on min, Bakıda dörd-beş min, Şəkidə altı min, Şuşa və Dərbəndin hərəsində on min nəfər əhali yaşayırdı. Azərbaycan xanlıqları dövlət quruluşuna görə monarxiya idi. Xanlqıalrın dövlət atributları, taxtı-tacı, möhürü, bayraqı, hökmdarlıq əsası və puldan ibarət idi.Bir çox xanlarda xanın yanında Divan fəaliyyət göstərirdi.

Xanlıqlarda vəzir daha böyük səlahiyyətə malik idi. Xan saryında vəzifə tutan sərkəli maliyyə işlərinə, sandıxdar ağası xəzinəyə eşikağası xanın şəxsi təsərrüfatına nəzarət edirdi.

Azərbaycan xanlıqları inzibati cəhətdən mahallara bölünürdü. Şəki xanlığ 8 Qarabağ 21, İrəvan 14, Urmiya 14, Lənkəran 6 mahaldan ibarət idi. Mahalları naiblər, kəndləri kəndxudalar, şəhərləri isə kələntər və ya qalabəyilər tərəfindən idarə olunurdu.

XVII əsrin ikinci yarısında Azərbaycanda ali zümrəni bəylər təşkil edirdi. Ali zümrəni başında xan dururdu və bu zümrə sultan, məlik, ağa bəy və ruhanilərdən ibarət idi.

Xanlıqlarırda aşağı zümrəni təşkil edən kəndlilər dövlət və sahibkar kəndliləri adlanan iki əsas qrupa bölünürdü. Kəndlilər öz iqtisadi və hüququ vəziyyətinə görə rəiyyət, rəncbər və elat adlanırdı.

Azərbaycanda natural təsərrüfat olduğu üçün əhalinin çoxu ev sənətkarlığı ilə məşğul olurdu.

Şamaxı XVII əsrin ortalarında əvvəlki şöhrətini bərpa etməyə başlamışədı. Şəhərin sənətkarlıq həyatında ipək parça istehalı üstünlük təşkil edirdi. 1784-cü ildə Şamaxıda emal olunan 400 ton ipək xarici bazarlara çıxarılmışdı. Quba vəTəbriz xalçaları bütün dünyada tanınırdı.

Xanlıqlarda əsas pul vahidi gümüş və misdən hazırlanan abbasi idi.

Hindistan və Orta Asiyanı Rusiya və Qərbi Avropa ölkələri ilə birləşdirən karvan yolalrını Azərbaycanda keçməsi Xəzər dənizi-Volqa su yolundan istifadə edilməsi xarici ticarətin inkişafı üçün əlverişli şərait yaradırdı, Xarici ölkələrə Bakı xanlığından neft, duz, zəfəran,Quba xanlığıdan xam ipək, xalça, boyaq, mahud və kətan məhsulları, taxıl, Şamaxı və Şəki xanlıqalrından əsasən xam ipək vətoxuculuq məhsulları ixrac olunurdu.

Azərbaycaa Rusiyadan qənd, dəmir, mahmud, müxtəlif boyaq məhsulları, türkiyədən isə daha çox silahlar gətirilirdi.

Lahicda metal məmulatları istehsalı, böyük söhrət qazanmışdı.

Gəncə, Şüşa, Cavad kimi məldarlıq bölgəslərinin yaxınlığında olan şəhərlər də dəri istehsalı yayılmışdı.

Bakıda boyaçılıq, Təbriz və Ərdəbildə yun vəipək parçalar, zərgərlik məmulatları istehsalı inkişaf etmişdi.

Xanlıqların silahlı qüvvələri əsasən çəriklərdən (süvari0 və piyadalardan ibarət idi. Bunlardan əlavəxan lazım gəldikdə muzdlu qoşundan da istifadə edirdi.

Şəhərlərdə asayışı qorumaq üçün maaflardan ibarət xüus dəstələr saxlayırdılar. Onlar vergi və mükəlləfiyyətlərdən azad idilər.

Xanın ordus on,yüz və min nəfərdən ibarət dəstələr təşkil edirdilər ki, onluq da “on başı”, “yüz başı” və “min başı”lar komandanlıq edirdilər.

Xanlıqlarda qoşunların miqdarı hər şeydən əvvəl onun iqtisadi qüdrətindən asılı idi.

Şəki xanlığında iki min, Şamaxı xanlığında iki min, Bakı xanlığında beş yüz, Qarabağ xanlığında yeddi min, İrəvan xanlığında beş min, Naxçıvan xanlığında on min qoşun var idi.




Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin