Məlikliklər. Xaçın,Vərəndə, Dizaq, Gülüstan(Talış) və Çiləbördməliklikləri Qarabağın dağlıq hissəsində yerləşirdi və Qarabağ xanından asılı idilər.Onlar “xəmsə” məlikləri də adlanırdı.Xaçın məlikliyinin əhalisi yerli xristian albanlar idi.Qalanları isə digər yerlərdən: Dizaq məliyi Loridən, Vərəndə məliyi Göyçədən,Çiləbörd məliyi Mağavuzdan,Talış məliyi Şirvandan köçüb gəlmiş xristian albanlar idilər.Məliklər Nadir şaha yaltaqlanmaqla Qarabağ mahal hakimi olmuşdular.Sonrakı dövrdə isə Qarabağ xanlığının güclənməsinə qarşı çıxır, pərakəndəlik yaradırdılar.Ona görə də məliklərin müqavimətinin qırmaq Qarabağ xanlığının müstəqilliyi uğrunda mübarizə etmək idi.