İrəvan xanlığı. XVlll əsrin ortalarında bu xanlığın əsasını Mir Mehdi xan qoydu.İrəvan xanlığı bir neçə dəfə gürcülərin hücumuna məruz qaldı.1780-ci ildə İrəvan xanı ll İrakliyə pul ödəməyi, gürcü çarı da xanlığın ərazi bütövlüyünü qorumağı və Gürcüstana köçürdüyü əhalini qaytarmağı öhdəsinə götürdü.Lakin İrəvan xanı xırac verməkdən imtina etdi.Bu xanlığın Osmanlı dövləti ilə həmsərhəd olması böyük əhəmiyyətə malik idi.Çünki Osmanlılar İrəvanı gürcü və erməniləri himayə edən Rusiya təcavüzündən müdafiə edirdilər.1783-cü ildə Georgiyevsk traktatından sonra ll İraklinin İrəvan xanlığına basqınları çoxaldı.Bu zaman İrəvanın azsaylı erməni əhalisi də fəallaşdı,Qarabağ məlikləri ilə əlbir olub xristian dövləti yaratmaq planı irəli sürdü.Lakin 1787-ci ildə Rusiya-Osmanlı müharibəsinin başlanması buna imkan vermədi.1795-ci ilin yayında İrəvan Ağa Məhəmməd xanın hücumuna məruz qaldı.