3.Xanlıqların yadelli işğalçılara qarşı mübarizəsi
Azərbaycan xanlıqları dövlətçiliklərini bərpa etdikdən sonra müstəqil siyasət yeritməyə başladılar. Əsas məsələ isə öz hakimyyətlərini möhkəmlətmək, onu qorumaq və xarici iqtisadi əlaqələri təmin etməkdən ibarət idi. Urmiya, Şəki,Quba və Qarabağ xanları xarici siyasətdə Azərbaycan torpaqlarının birləşdirilməsinə nail olmağa xüsusi diqqət yetirirdilə.Azərbaycan xanlıqları bu məqsədləri həyata keçirmək üçün əsasən İran, Türkiyə və Gürcüstanla müvafiq münasibətlər yaratmağa çalışırdılar.
Azərbaycan xanlıqları onlarla etnik və dini baxımdan bir olan Osmanlı dövləti ilə yaxın dostluq münasibətləri saxlamağa çalışırdılar. Qafqaz uğrunda Osmanlı Rusiya imperiyası Rusiya təcavüzünə qarşı Azərbaycan xanlıqlarından ibarət müsəlman dövlətləri ittifaqı yaratmağa çalışırdı.
İngiltərə, Fransa və Qərbi Avropa ölkələri Türkiyənin Qafqazı tutmaq cəhdlərini müdafiə edirdilər.
Osmanlı dövləti 1770-ci və 1771-ci illərdə bu məqsədlə daha güclü olan Quba xanlığına xüsusi elçi də göndərmişdi. Rusiya Osmanlı imperiyasının bu istiqamətindəki fəaliyyətini təşvişlə izləyir və müvafiq tədbirlər görməyə çalışırdı. Rus diplomatiyası hər vasitə ilə Osmanlı imperiyası ilə Azərbaycan xanları arasındakı münasibətləri pisləşdirməyə çalışırdı.
Kiçik Qaynarca müqaviləsindən (1774) sonra Osmanlı imperiyası ilə Azərbaycan xanlıqları arasındakı yaxınlaşma daha da artdı. Azərbaycan xanlıqları isə Rusiyanın təcavüzünün genişlənəcəyi təqdirdə Osmanlı imperiyasının himayəsinə keçməyə çalışırdılar.
Qarabağ, Şəki və Quba xanları bu niyyətlə 1785-ci ildə İstanbula elçi də göndərmişdilər. 1787-1791-ci illərdə rus-türk müharibəsində Türkiyə Azərbaycan xanlıqlarının köməyindən özünü məhrum etdi və ağır şərtlərlə Yassı sülhünü imzaladı. Bu bölgədə Rusiyanın nüfuzunu gücləndirdi.
Xarici siyasi vəziyyətini xeyli yaxşılaşdırmış, Qafqazı ələ keçirmək fikrindən heç vaxt əl çəkməmiş Rusiya çarının daim diqqət mərkəzində idi. Hələ 1792-ci ildə II Yekatrina Şimali Qafqazda olan rus qoşunlarının baş komandanına yazmışdı ki, “Bizə yaxşı münasibət bəsləyən bütün xanlara onları himayə edəcəyimizi vəd elə”.
1796-cı ilin aprelində 30 minlik rus qoşunu general Valerian Zubovun başçılığı altında Dərbəndə yaxınlaşdı. Zubov Quba xanına təslim olmağı təklif etdi, lakin rədd cavabı aldı. Dərbənd yaxınlığında Quba xanının qoşunları ilə çar qoşunları arasında döyüş baş verdi. Xan məğlub oldu. Rus qoşunları Qubanı tutub, Bakı üzərinə yeridi. Bakı hakimi müqavimətin əhəmiyyətsiz olduğunu görüb, çar hakimiyyətini qəbul etdi. Zubov daha sonra Şirvana hücum etdi. Şamaxı xanı tabe olmaq istəməyib dağlara çəkildi. Zubov Salyan yaxınlığında düşərgə saldı. Quba xanı öz elçilərini Zubovun yanına göndərdi və Rusiyanın hakimiyyətini qəbul etdiyini bildirdi. Müqavimətin əhəmiyyətsiz olduğunu görən Talış, Şamaxı, Gəncə, İrəvan, Naxçıvan, Xoy və Qarabağ xanları Zubovun yanına elçilərini göndərib, Rusiyanın hakimiyyətini qəbul etdiklərini bildirdilər.
1796-cı ilin noyabrında II Yekatrina vəfat etdi. Hakimiyyətə gəlmiş I Pavel əsas qüvvələri toplayıb Fransaya qarşı çıxmaq fikrində olduğundan Qafqazda olan rus qoşunlarını geri çağırdı. Digər bir səbəb isə orduya böyük xərc tələb olunurdu. Nəhayət yerli xalqların işğalçı rus qoşunlarına münasibəti devrilmiş xanların fəaliyyətinin nəticəsi idi.
XVIII əsrin 40-80-cı illərində Azərbaycan xanlıqlarının Gürcüstanla münasibətləri onların xarici siyasət fəaliyyətində mühüm yer tuturdu.
XVIII əsrin 50-ci illərində böyük nüfuza malik olan Şəki xanlığının Gürcüstanla münasibətləri gərgiin idi. Kartli-Kaxet çarllığı II İrakli və oğlu Teymuraz Şəki xanlığını ələ keçirmək istəyirdilər. Bunu görən Hacı Çələbi səkkiz mi nəfərlik qoşun yaratdı. Bu qoşunla onun torpaqlarına hücum edən gürcü qoşunlarını məğlub etdi. Gürcü hökmdarları ikinci dəfə qisas almağa hazırlaşırdılar, lakin 1752-ci ildə Urmiya qoşunlarının Gürcüstana hücumu onların ümidlərini puça çıxardı.
1762-ci ildə Teymurazın ölümündən sonra II İrakli Karli-Kaxetiya çarlığını birləşdirdi. Şərqi Gürcütan Azərbacan xanlıqlarına qarşı işğalçılıq yoluna qədəm qoydu.
Dostları ilə paylaş: |