İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə68/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   64   65   66   67   68   69   70   71   ...   109
tarix

1783-cü ildə Rusiya və Katrli-Kaxetli çarlığı Georgiyevski traktatını imzaladılar.Bu sənədə görə Şərqi Gürcüstan Rusiya himayəsinə keçdi, Tiflisdə rus qarnizonu yerləşdirildi.Rusiyanın köməyin ilə Qarabağ məlikləri və İrəvanın azsaylı erməni əhalisi burada xristian dövləti yaratmaq üçün mübarizəyə başladılar.Bundan xəbər tutan xan məlikləri Şuşa həbsxanasına saldırdı.Lakin məliklər həbsdən qaçıb Tiflisə getdilər və orada rus-gürcü qüvvələrinin köməyi ilə 1787-ci ildə Qarabağa “xaç yürüşü” etdilər.Həmin vaxt Rusiya-Osmanlı müharibəsinin başlaması ilə bu yürüş Gəncə yaxınlığında dayandırıldı.Rus ordusu Cənubi Qafqazı tərk etdi.

1783-cü il Georgiyevski müqaviləsindən sonra II İraklı Rusiyaya arxalanaraq İbrahim xanı Gncədən sıxışdırmağa çalışırdı. İbrahim xan daha tədbirli çıxaraq gürcü çarının nümayəndələrinin Gəncədən qovulmasına nail oldu. 1786-cı ildən Gəncə xanlığı müstəqil oldu. Haimiyyətə Rəhim bəy gəldi. Rəhim bəy qardaşı Cavad xan müstəqil siyasət yeritməyə başladı və Gürcüstan asılılığna son qoydu.

XVIII əsrin sonunda İranda hakimiyyətə Ağa Məhəmməd şah Qacar gəldi. O, Azərbaycanın cənub xanlıqlarının hamısını İran ərazisi ilə birləşdirdi və özünə tabe etdi. Dövlətin mərkəzini Tehrana köçürdü. İran şahı cənubda öz işini başa çatdırıb, üzünü Şimala çevirdi. Şimali Azərbaycan xanları Ağa Məhəmməd şaha münasibətlərinə görə üç qrupa bölmək olar:

1)Qrupa-onun tərəfini saxlayanlar; Gəncəli Cavadxan, Şəkili Məhəmmədhəsən xan və qubalı Seyfəli xan, 2) Qrupa-qatı düşmən münasibəti bəsləyənlər Qarabağ, Şamaxı və Talış xanlıqları, 3) Qrupa- Bakı xanı Hüseynqulu xan isə tərəfdaları və düşmənləri arasında tərəddüd edirdi. Şimali Azərbaycan xanlıqlarının bu cür qruplaşması təsadüfi deyildi, xanların siyasi məqsədlərini ifadə edirdi.

Ağa Məhəmməd xan Qacarın (1742-1707) əsas məqsədi keçmiş Səfəvi dövlətinin sərhədlərini bərpa etmək idi. Ağa Məhəmməd xan Qacar bu məqsədinə çatmaq üçün 1795-ci ildə Şimali Azərbaycana və Kartli-Kaxetiya üzərinə yürüşə başladı. Qacarın bu yürüşü qarşısında əsas maneə Qarabağ xanlığı idi. İbrahimxəlil xan dərhal keçmiş mütəffiqi gürcü çarı II İrakli ilə barışdı. Avar hakimiyyətindən xeyli hərbi qüvvənin Qarabağa gətirilməsinə nail oldu. Araz çayı üzərindəki Xudafərin körpüsünün dağılması haqqında əmr versin.

85 minlik qüvvə ilə üç istiqamətdə yürüşə çıxan Qacar Şuşa üzərinə hücuma şəxsən özü başçılıq edirdi. Şuşa qalasının 33 günlük mühasirəsi bir nəticə vermədi. Şahın qoşunları itki verdi, toplarının əksəriyyəti sıradan çıxdı. “Qarabağnamə” kitabının müəllifi Mirzə Adıgözəlov bəy Qacar qoşunlarının məğlubiyyətə uğramasını təsvir edərək, Ağa Məhəmməd şahın dilindən çıxan sözləri yazır; “qalıb tam məğlubiyyətə uğrayınca yarı yoldan qayıtmaq daha yaxşıdır”.Qısa müddət ərzində bizim bütün qoşunlarımız və heyvanlarımız bu dərin qanlı dənizdə məhv olar və bizlərdən heç birimiz İran torpağına sağ-salamat gdib çıxmışıq”.

Qacar Şuşanı ala bilməyib Gürcüstan üzərinə sentyabrın 12-də getdi. Tiflisi viran qoydu, lakin ordusunun ərzaqla təminatındakı çatışmamazlığı, rus qoşunlarının hücum təlükəsi və Xorasanda qiyam qaldırmasını nəzərə alaraq Tiflisi tərk etdi. Geri qayıdarkən yeni Şamaxı şəhərini dağıtsada, Şirvan və Şəkini ələ keçirə bilmədi və Azərbaycanın şimal torpaqlarını tərk etdi.

Rus qoşunlarının Azərbaycanı tərk etməsi, Qacar niyətini həyata keçirməyə hazırlaşdı. Ağa Məhəmməd xanın hücumu ərəfəsində Şimal Azərbaycan xanları ağır günlər keçirirdi, həm Qacarın birinci hücumu, həm də rus qoşunlarının işğalçılıq fəaliyyəti özünü biruzə verirdi. Əhali var-yoxdan çıxmış, talan edilmişdir.

Qacar əvvəlcə Talış da Mustafa xanı cəzalandırmağı qərara aldı. Onun dəstələri Talış xanlığını tutdu. Yeni hücum zamanı kömürmə tədbiri də həyata keçirildi. Naxçıvan belə tədbirə məruz qaldı və xan öldürüldü. İbrahim xan Qarabağın müdafiəsinin çətinliyini nəzərə alaraq Cara getdi.

1797-ci ilin yazında yeni yürüşə başlandı. Qarabağın başsız qalmasından istifadə edən Məhəmməd bəy xanlığı ələ keçirdi. O, Vaqifi və onu oğlunu edam etdirdi. Şuşa ynə Qacara çox ciddi müqavimət göstərdi. Şuşa şəhərinin ağsaqqaları əhalinin təhlükəsizliyinə Qurana and içdirməklə təminat verən Qacarla danışıqlarından sonra qalanın qapıları açıldı və Qacarın döyüşçüləri şəhərə daxil oldular. Qacarın Şuşada hökmranlığı cəmi bir həftə çəkdi. 1797-ci il iyulun 4-də Ağa Məhəmməd şah Qacarın öz yaxın xidmətçilərinin təşkil etdiyi sui-qəsd nəticəsində öldürüldü. Sonra isə İbrahimxəli xan Qacarın cənazəsini hörmətlə Tehrana yolladı. Nikah diplomatiyasından istifadə edərək münasibətləri yoluna qoydu.

Beləliklə XVIII əsrin sonu xanlıqların apardığı siyasət, vaxtaşırı aralarındakı müharibələr xanlıqların biri-birinin torpaqlarına təcavüz etmələri, onların zəifləməsinə və Rusiya işğalı üçün şərait yaratmış oldu.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin