İNŞaat fakultəSİ İCTİMAİ FƏNLƏr kafedrasi fənnin adi: Azərbaycan tarixi MÖvzu 1 : Azərbaycan tarixinə giriş



Yüklə 436,25 Kb.
səhifə75/109
tarix02.01.2022
ölçüsü436,25 Kb.
#35015
1   ...   71   72   73   74   75   76   77   78   ...   109
tarix

1796-cı ildə Ağa Məhəmməd xan özünü İran şahı elan etdi və bununla Qacarlar sülaləsinin hakimiyyəti dövrü (1796-1925) başlandı. 1797-ci ilin yazında Ağa Məhəmməd şah Azərbaycanın şimalına yürüş etdi. Həmin vaxt aclıq və talanlardan zəif düşmüş Azərbaycan xanlıqları müqavimət göstərə bilmədilər. İbrahimxəlil xan ailəsi ilə Car-Balakənə qohumu Avar xanının yanına getdi. Şuşa tutuldu, cəza tədbirləri başlandı. Həmin vaxt Ağa Məhəmməd şah Şuşada sui-qəsd nəticəsində öldürüldü. Qacarın qoşunu tələsik İrana çəkildi.Şahın qardaşı oğlu Fətəli şah adı ilə İranda taxta çıxdı. İbrahimxəlil xan Şuşaya qayıtdı və qızını İran şahına verməklə münasibətləri qaydaya saldı.

Azərbaycanın Arazdan cənubdakı torpaqları Qacarlar səltənətinin tərkibində idi. Qacarlar dövlətinin başçısı Fətəli şah 1799-cu ildə oğlu Abbas Mirzəni Azərbaycan ordusunun başçısı təyin etmiş və 1805-ci ildən Cənubi Azərbaycan torpaqlarının idarə edilməsini də ona tapşırmışdı. Dövrünün görkəmli dövlət və hərbi xadimi olan, şahzadə titulu daşıyan Abbas Mirzə islahatlar apararaq Azərbaycan ordusunu müasir, modern bir orduya çevirməyə çalışırdı. Bu vətənpərvər türkün qəlbində gələcəkdə dövlətin paytaxtını Təbrizə köçürtmək, türk dilini Qacar imperatorluğunun rəsmi dövlət dili elan etmək arzusu yaşayırdı. Cənubi Azərbaycanın hərbi, mədəni və iqtisadi həyatının yeniləşdirilməsi sahəsində atdığı addımlara görə, sonralar din xadimlərinin təsiri ilə Fətəli şah tərəfindən Azərbaycandan uzaqlaşdırılmışdı. 1832-ci ildə Xorasanda vəfat edən Abbas Mirzə son nəfəsində «Azərbaycan, Azərbaycan» - deyərək gözlərini yummuşdu.

Azərbaycanın şimalında isə tam siyasi pərakəndəlik hökm sürürdü. Ayrı-ayrı xanlıqların torpaqlarımızı vahid dövlətdə birləşdirmək cəhdləri baş tutmadığından Azərbaycan hər hansı bir xarici təcavüzün qarşısını almaqda gücsüz idi. Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün əsas təhlükə Rusiyadan gəlirdi. Bölgədə rus təcavüzünün qarşısını almağa Osmanlının da artıq yetərincə gücü qalmamışdı. Hələ üstəlik Osmanlı imperiyası üçün əsas təhlükə olan Napaleon Fransasına qarşı koalisiyaya qoşulmağa məcbur olan Osmanlı hökuməti istər-istəməz Rusiya ilə yaxınlaşmalı olmuşdu. 1799-cu il yanvar ayının 3-də 8 il müddətinə bağlanmış Osmanlı-Rusiya ittifaq müqaviləsi Rusiyanın Cənubi Qafqazda əl - qolunu açdı. Müqaviləyə əməl edərək bitərəf mövqe nümayiş etdirən Osmanlı dövləti 1806-cı ilədək bu bölgədə gedən hərbi - siyasi proseslərə demək olar ki, qarışa bilmədi.

Bölgə üçün əsas təhlükə mənbəyi olan Rusiyanın Cənubi Qafqaz və Azərbaycan siyasəti təcavüzkarlığı ilə seçilirdi və onun əsas məqsədi Azərbaycanın torpaqlarını və sərvətlərini ələ keçirmək. Xəzəri Rusiyanın daxili dənizinə çevirmək, Şimali Qafqazdakı azadlıq mübarizəsini cənubdan təcrid etmək, Osmanlını tamamilə bölgədən sıxışdırıb çıxartmaq və İngiltərənin Şərqdə təsir dairəsini genişləndirmək cəhdlərinin qarşısını almaqdan ibarət idi.

Rusiya - Azərbaycan savaşının başlanması. 1801-ci il sentyabrın 12- də Rusiya imperatoru I Aleksandr (1801 - 1825) Kartli - Kaxetiyanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Kartli - Kaxetiya ilə birlikdə Azərbaycanın Qazax, Borçalı Şəmşəddil və Pəmbək torpaqları da Rusiyanın tərkibinə qatıldı. Bununla Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı başlandı.

Rusiya Qacar hökumətini qabaqlamaq və Azərbaycan xanlıqlarını öz siyasi təsiri altına almaq üçün ilk vaxtlar diplomatik addımlara üstünlük verərək Azərbaycanın şimal xanlarını Georgiyevsk şəhərində danışıqlara dəvət etdi. Xanların əksəriyyəti bu təklifi rədd etsələr də, 1802-ci il dekabrın 26-da Rusiya ilə Quba və Lənkəran xanları, habelə Tarku şamxalı və Qaraqaytaq usmisi arasında müqavilə bağlandı. 12 maddədən ibarət, olan Georgiyevski müqaviləsinə qoşulan xanlar və hakimlər könüllü olaraq Rusiyanın himayəsinə keçməklə, Qacarlar hücum edəcəyi təqdirdə birgə çıxış etməyə soz verirdilər. Müqavilədə Cənubi Qafqazda ticarətin genişləndirilməsi və Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsi məsələləri də nəzərdə tutulmuşdu. Bu müqavilə əslində Rusiyanın işğalçılıq niyyətini pərdələyən dəyərsiz bir kağızdan başqa bir şey deyildi. Çünki onu imzalayanlar az sonra Qacarların deyil, Rusiyanın təcavüzünə məruz qaldılar. Qacarların isə Abbas Mirzənin başçılığı ilə göndərdiyi Azərbaycan ordusu şimal torpaqlarımızda rus işğalına qarşı savaş aparan əsas qüvvə idi.

1803-cü ildə Qafqazın baş komandanı təyin edilmiş general Sisianovun başçılıq etdiyi rus ordusu Qanıx çayı sahilində döyüşdə carlılar üzərində qələbə qazanaraq Balakəni ələ keçirtdi. Ruslar əhaliyə amansız divan tutaraq Balakəni tamamilə dağıtdılar.

1803-cü il aprelin 1 2-də Tiflisdə Car-Balakən camaatlığı ilə Rusiya arasında imzalanmış «Andlı öhdəlik» haqqında saziş bağlandı. Sazişə görə Car- Ralakən əhalisi Rusiya xəzinəsinə hər il 220 pud ipək bac ödəməli, carlılar sədaqət əlaməti olaraq Tiflisə girovlar (əmanət) verməli, Car - Balakən ərazisində rus-qoşunları yerləşdirilməli idi.

1804-cü ildə yenidən Cara hücum edən rus qoşunu Zaqatalada məğlub edildi və general Qulyakov öldürüldü. Həmin ilin yanvarında general Sisianov Car - Balakən camaatlığını yenidən rus silahının hökmünə tabe etdi.

1803-cü ildə Şəmkiri ələ keçirən rus qoşununun növbəti hədəfi Gəncə oldu. Gəncə hakimi Cavad xan rusların tabe olmaq təklifini qətiyyətlə rədd etdi. Şəhər qəhrəmanlıqla işğalçılara müqavimət göstərsə də, silah və sayca üstün olan ruslar 1804-cü il yanvar ayının 2-dən 3-nə keçən gecə Gəncə şəhərini zəbt etdilər. Cavad xan və oğlu Hüseynqulu ağa qəhrəmanlıqla vuruşaraq Vətənimiz yolunda şəhid oldular. General Sisianov Gəncə savaşını kütləvi qırğına - qətliama çevirdi. Əhaliyə amansız divan tutuldu. Üç saat ərzində xalqı kütləvi şəkildə qırdılar. 3 mindən bir qədər çox əhalinin yaşadığı Gəncənin müdafiəçilərindən təkcə ölənlərin sayı 1500 nəfərdən çox idi. Bununla bağlı Mir Mehdi Xəzani yazırdı: "Bu cür qala almaq və bütövlükdə qətliam olunmaq Çingiz xan və Teymurləng zamanından sonra bu vilayətlərdə görünməmişdi."

Rus hərbçilərini təltif etmək üçün xüsusi olaraq "Gəncənin alınmasında iştirakına görə" medalını təsis edən Rusiya hökuməti Gəncə xanlığını ləğv edərək dairəyə çevirdi. Minillik tarixi olan Gəncənin adı dəyişdirildi və çar I Aleksandnn arvadı Yelizavetanın şərəfinə bu tarixi şəhərimiz Yelizavetpol adlandırıldı. Kim «Gəncə» sözünü dilinə gətirərdisə, bir rus gümüş manatı cərimə olunurdu.


Yüklə 436,25 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin