İNŞaat fakultəSİ “İCTİMAİ FƏNLƏR” kafedrasi



Yüklə 57,01 Kb.
səhifə10/12
tarix02.01.2022
ölçüsü57,01 Kb.
#47179
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 3. Milli və dünya dinləri

Pravoslavlıq
1054-cü ildə xristianlıq iki böyük qola parçalandıqdan sonra şərqi xristianlar ortodoks (yunan dilində “doğru təlim”, “həqiqi inanc”, “düzgün etiqad” mənasına gəlir. – Red.) və ya pravoslav (hərf tərcüməsi: “doğru mədh etmə” . – Red.) adlandırıldı. Pravoslavlıq katoliklik və protestantlıqdan sonra xristianlığın sayca
üçüncü ən böyük qoludur. Dünyada pravoslavların sayı 125-180 milyon nəfər
arasında dəyişir. Başqa xristian məzhəbləri ilə müqayisədə pravoslavlar daha
çox mühafzəkardır. Onlar erkən xristianlığın ehkamlarını dəyişdirmir və ya
onlara əlavə etmirlər. Müqəddəs Rəvayət pravoslavlıqda imanın əsas mənbəyi sayılır. Pravoslavlara görə, Müqəddəs Rəvayət - Bibliya, Kilsə Ataları (pravoslavlar yalnız II-VIII əsrlərdə yaşamış kilsə atalarının təlimlərini qəbul edirlər) və Kilsə Müəllimlərinin dini təlimləri, ilk yeddi ümumdünya kilsə məclislərinin qərarları və müqəddəslərin həyat hekayələrindən ibarətdir. Pravoslav aləmdə vahid dini mərkəz olmasa da, nüfuzuna görə Konstantinopol Ortodoks Kilsəsi ilk yerdə gəlir. Bu kilsənin rəsmi adı belədir:
Ümumdünya Konstantinopol Patriarxatlığı. Pravoslav dünyada rahiblik geniş yayılıb. Bu xristian məzhəbində ruhanilər qara (rahib həyatı yaşayan) və ağ olmaqla iki qrupa bölünürlər. Qara ruhanilərə evlənmək qadağandır. Ağ ruhanilər isə yüksək dini rütbə alanadək evlənə bilər. Lakin ağ ruhanilərə boşanmaq və ya həyat yoldaşlarını itirsələr belə, təkrar evlənmək qadağandır.

Pravoslavlarda ən böyük dini bayram İsa Məsihin dirilməsi şərəfnə
keçirilən Pasxadır. Hər yerli pravoslav kilsənin öz “müqəddəsi” vardır. Yerli
kilsələr öz müqəddəslərinin şərəfnə bayramlar keçirirlər. Məsələn, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının müqəddəsi - apostol
Varfolomey sayılır. Hər il iyun ayının 24-də ölkəmizdə yaşayan rus pravoslavları
Qız qalasının yanında yığışaraq, bu həvarinin şərəfnə dini ayin yerinə yetirirlər.
Eyni zamanda, Azərbaycandakı rus pravoslavlar hər il noyabr ayının 2-də
Müqəddəs Əzabkeş Bakılı İohannın xatirəsini yad edirlər.


Yüklə 57,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin