Su hidrogenin oksigenlə tam oksidləşməsi məhsulu olub, 11,11%
hidrogendən və 88,89% oksigendən ibarətdir.
Suyun fiziki xassələri anomal olmaqla, yerdəki bütün cisimlərdən fərqlənir:
- su maksimal sıxlığa ( ρ = 1000 kq/m
3
) 4
0
S temperaturda malik olur;
- digər cisimlərdən fərqli olaraq, su donarkən sıxılmır, əksinə həcmini
10%-ə qədər artır;
- suyun xüsusi istilik tutumu bütün təbii maddələrdən (hidrogen və
amiyakdan başqa ) yüksəkdir.
Su təkcə həyatı təmin etmir, su həm də həyatdır. İnsan özü 60 – 65%, onun
beyni isə 82 – 85% sudan ibarətdir.
Su özü – özünü təmizləmə xassəsinə də malikdir.