Su ehtiyatları və onun paylanması Su Yerdə həyatın əsas komponentlərindən biridir. Sudan içmək üçün, kənd
təsərrüfatında, enerji istehsalmda, gəmiçilikdə, balıqçıhqda və s. istifadə olunur.
Su ehtiyatlan dedikdə əsasən şirin suyun ehtiyatı nəzərdə tutulur. İnsan üçün
isə əsas əhəmiyyətə çay suları malikdir. Göl sularından nisbətən az istifadə olunur.
Buzlaqlardan isə istifadə olunmur.
Şirin suların ehtiyatı cəmi 2120 km
3
-dur. Lakin çay suları ildə 23 dəfə
(suyun dövranı nəticəsində) yeniləşdiyi üçün onun illik dövri həcmi 47000 km -a
çatır.
Duzluluğu 0,1%-dən az olan sular şirin sular hesab olunur. Yeraltı şirin
suların həcmi yerüstü şirin suların həcmindən 100 dəfə çoxdur.
Şirin su ehtiyatları qitələr üzrə belə paylanmışdır6 Avstraliya – 25 km
3
,
Avropa – 80 km
3
, Afrika – 195 km
3
, Şimali Amerika – 250 km
3
, Asiya – 565 km
3
,
Cənubi Amerika – 1000 km
3
.
Ən çox şirin su ilə təmin olunmuş ölkə Braziliyadır. Amazonka çayının illik
axını 6930 km
3
– dur. Bu isə MDB ölkələrinin hamısında birlikdə olan çayların
cəmindən 1,5 dəfə çoxdur.