42
adlandırmışışdır. Bu cür anlayış ekooji taxçanın qrafiki modelinin daha asanlıqla
qurulmasına imkan verir.
Ekoloji taxçanın modelinin nümunəsi kimi onun vəziyyətinə üçölçülü fəza
koordinat sistemində baxmaq olar.Bu zaman fərz edək ki,növün normal həyat
fəaliyyəti (ekoloji taxçası) yalız üç amildən- təzyiq (P), temperatur (T) və
nəmlikdən (V) asılıdır.Əgər, hər amil üzrə növün tolerantlıq hüdüdlarını (P-P
1
,T-T
1
və V-V
1
) uyğun koordinat oxları üzərində qeyd etsək və fəzada onların
proyeksiyalarını qursaq ekoloji taxça müəyyən bir parallelepipedlə təsvir olunar.
(Şəkil 4.1).
Lakin, məlumdur ki,hər-hansı orqanizmin ekoloji taxçası yalnız üç amildən ibarət
ola bilməz.Ona görə də,orqanizmin normal həyat fəaliyyətinin asılı olduğu daha üç
amil ( işıqlanma (C),qidanın tərkibi (X) və hərəkətlilik (H) ) göturək.Eyni koordi-
nat başlanğıcından başqa bir üçölçülü fəza koordinat sistemində bu amillər üçün
də anoloji əməliyyatı aparsaq ,yenə bir parallelepiped alarıq. İkinci parallelopiped
də orqanizmin işıqlanma (C),qidanın tərkibi (X) və hərəkətlilik (H) kimi amillər-
dən asılı olaraq ekoloji taxçasını ifadə edir.Orqnizmin verilmiş altı amildən asılı
olan ekoloji taxçası isə hər iki parallelopipedin kəsişməsi ilə məhdudlanmış fəza
şəklində təsəvvür olunmalıdır.Modeldən də göründüyü kimi,ekoloji amillərin sayı
artdıqca ekoloji taxça da darlır.
Şəkildə təsvir olunmuş fundamental modeldən istifadə edərək aşağıdakı üç qaydanı
söyləmək olar.
Dostları ilə paylaş: