İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə54/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   50   51   52   53   54   55   56   57   ...   109
umumi ekologiya

Karbonun  dövranı.Bütün  digər  elementlər  kimi  karbonun  (C)  da  dövranı  böyük 
və kiçik tsikllərlə baş verir.Karbonun biotik dövranı böyük dövranın tərkib hissəsi 
olmaqla,orqanizmlərin  həyat  fəaliyyəti  ilə  bağlıdır.  Atmsferdə  CO
2
    şəklində 
(23.5x10
11
  t)  olan  karbon  bitkilərin  fotosintezi  üçün  “  xammal  “  olmaqla    üzvi 
maddənin yaranmasında iştirak edir və sonradan bitki maddəsi ilə birlikdə müxtəlif 
trofik  səviyyələrdə  konsumentlər  tərəfindən  mənimsənilir.  Bitki,  heyvan  və 
redusentlərin  (  destruktorların  )  tənəffüsü  zamanı  karbon  CO
2
  şəklində  yenidən 
atmosferə  qaytarılır.  Karbonun  müəyyən  hissəsi  isə  “ölü”  üzvü  maddədə  toplanır 
və  sonradan  faydalı  qazıntı  (mədən,  yataq)  halına  çevrilir.  Daş  kömür,  torf  və.s. 
keçmiş  geoloji  dövrlərin  bitkilərinin  fotosintezi  nəticəsində  yaradılmış  üzvi 
maddələrdir.   
    Yeraltı  qatlarda  yerləşən  yanacaq  növərini  çıxararaq  onları  yandırmaqla  insan 
akumliyasiya olunmuş günəş enerjisini azad edir. Yanacağın yanması zamanı CO
2
  
şəklində  karbon  ayrılır.  Bu  zaman  karbonun  bioloji-texniki  adlanan  dövranı  baş 
verir.  
     Əsas  karbon  kütləsi  okeanın  dibindəki  karbonat  çöküntülərində  (yataqlarında) 
(1,3x10
16
  t),kristal  suxurlarda  (1x10
16
  t),daş  kömür  və  neftdə  (3,4x10
15
  t)akum-
iliyasiya  olunmuşdur  (toplanmışdır).Məhz,bu  karbon  tədricən  geoloji  dövranda 
iştirak edir.                                                                                                                                     
    Yerdə  həyat  və  atmosferin  qaz  tərkibi  isə  bitki  və  heyvanların  toxumalarında 
olan (5x10
11
t),kiçik dövranda iştirak edən,nisbətən az miqdarda karbonun hesabına 
saxlanılır      
    Biosferdə  karbonun  tam  dövrü  300  il  təşkil  edir.Yəni,bütün  karbon  qazı  bu 
müddət ərzində canlı maddədən keçir. 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin